“Uşaq ədəbiyyatında Tofiq
Mahmud imzası” kitabı - çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
“Uşaq ədəbiyyatı”
şöbəsinin əməkdaşlarının
birgə fəaliyyəti
nəticəsində “Şəxsiyyətin
pasportu” seriyasından
“Uşaq ədəbiyyatında
Tofiq Mahmud imzası” kitabı
çap olunmuşdur.
“Elm və təhsil” nəşriyyatında işıq
üzü görmüş
monoqrafiyanın ön
sözünün müəllifi
akademik İsa Həbibbəyli,
rəyçisi professor Şirindil
Alışanlı, elmi
redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, məsul redaktoru isə filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlıdır.
Kitabda Azərbaycanın
tanınmış uşaq
şairi və yazıçısı Tofiq
Mahmudun ömür yoluna və yaradıcılığının bütün tərəflərinə
işıq salınmış,
görkəmli yazıçının
zəngin ədəbi
irsi, şəxsiyyətinin
və istedadının
miqyası, nümayiş
etdirdiyi fəal ziyalı mövqeyi Elnarə Akimovanın “Tofiq Mahmud imzası ədəbi-nəzəri fikirdə”,
Mətanət Vahidin “Tofiq Mahmudun uşaq poeziyası – balacaların dünyasına
açılan pəncərə”,
Gülnar Qəmbərovanın
“Tofiq Mahmudun uşaq nəsri”, Səadət Bayramovanın
“Tofiq Mahmudun poemaları”, İlhamə
Ağazadənin “Milli-özünüdərkin
formalaşmasında Tofiq
Mahmudun uşaq dramlarının rolu” adlı analiz yazılarında elmi-nəzəri
səviyyədə öz
əksini tapmışdır.
Ədəbiyyat qəzeti. - 2023.
- 30 dekabr, №
52. - S. 10.