Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu

 

Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Ana dilimizin yeni daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib. Söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış aydın, banbal, batağan, bişməcə, boyaçı, böv, buzxana, bükməçi, bürümə, ceviz, çaba, çağrı, çaxçur, çaxıntı, çalkeçir, çətələ, çinə, çivzə, çodar, dağçı, deşdək, dərnə, diləkçə, diriliş, dolğu, əkinti, əntiqçi, əsim, gödəkçə, görəlgə, görüntü, gözləm, guppun, gülməcə, günəşum, güvən, köçkün, kürəyəc, qamçı, qayım, qomarğa, qorqud, qovana, qurğan, qural, quralma, qurmaca, quytun, quzaq, lumu, maya, milçə, odər, olum, ora, ova, ovxam, önəm, özüm, paravan, sadaq, sağın, sarğac, silgəc, suvama, suyum, südçörəyi, sürəc, taxım, tanıtım, torumca, turan, tutağac, tutama, yadırğa, yayaq, yetənək, yorğu, uca s. kimi minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri, bitki, heyvan, silah, minik, alət, qurğu adları, eləcə müasir həyatımızda geniş işləklik qazanmış anneksiya, antiterror, bioenerji, biosistem, bloger, bloq, boulinq, datakart, daycest, demarkasiya, deşifrə, destabil, detoks, dominat, dopler, eksport, ekzitpol, eleqant, elitar, emiqrant, emiqrasiya, entuziazm, erudit, eyforiya, feysbuk, flot, gid, inisial, instaqram, kardiocərrah, kseroks, login, logistika, loqo, mesencer, parfüm, ratsiyaçı, reformçu, reket, rezus, rezüme, rul, satiraçı, skalpel, skrinşot, sloqan, sosium, spot, ştrixkod, tester, tvitter, yutub, vayber, vitraj, vizaj s. kimi terminlərlə zənginləşdirən lüğətin daha  bir əlamətdar uğurunəşrin Ulu Öndərin türk dünyasında zərb-məsələ çevrilmişBir millət, iki dövlətkəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması nəticə etibarilə dilimizin Ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.

Lüğətin tərtib müəllifiXalq yazıçısı Afaq Məsud, Ön sözünün müəllifi redaksiya heyətinin üzvüakademik Nizami Cəfərov, redaksiya heyətinin digər  üzvlərifilologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya  elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya  elmləri doktoru, professor Rüstəm Kamal filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.

 

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 7.