Arzu
Gəl, bu gün yenidən biz cavan olaq,
Açaq qəlbimizi o xoş illərə.
Qaçaq bu şəhərin qalmaqalından
çoxdan olmadığım doğma yerlərə.
Otların ətrindən məst olaq bir az,
Bizi ovsunlasın meşələr yenə, dostlar.
Utana-utana qızcığaz kimi,
Titrəyə-titrəyə sığınım sənə.
Yabanı
güllərdən dər mənim üçün,
Uçum sevincimdən bir uşaq kimi.
Havaya ucalan
kövşənin ətri
yayılsın sinəmə sarı yağ kimi.
Unudum qırx
cürə dərdi-sərimi,
Yarımçıq
qoyduğum acil işləri...
Sən də ürəyimi dilə tut, danış,
Ayırım dünyada xeyirlə şəri.
Bizi sehrləsin
ulduzlu göylər,
Yenə xatırlayaq keçən
günləri.
Açıb ürəyimi dan ulduzuna,
Onunla göylərə
məktub göndərim.
Çəkib arxasınca aparsın bizi
gecəyə yol açan Ayın işığı.
Qaçışaq
əl-ələ, nəfəs
dərmədən,
Suların üstüylə üzüaşağı.
Sürüb günümüzü, çapaq
dördnala,
Geridə saxlayaq külək atını.
"Tut, qaçır
o qızı" - oynu
oynayaq,
Yenə yada salaq xalq adətini.
Sonra ocaq çatıb bir çay dəmləyək
ətirli otların çiçəklərindən.
Nə olar, oğurla belə bir günü,
Ya qışın,
ya da ki, yazın əlindən.
Bəlkə çadır quraq, sevinib-gülsün
ulu babaların ruhu dağlarda.
Heç vaxt unutmasın balalarımız,
Kökümüz yaşayır bu torpaqlarda...
Al məni şəhərin məngənəsindən,
Bu soyuq daşların
əlindən qurtar.
Qurtar manqurtların
əlindən məni,
Gözü yolda qalan o Yurta*
apar...
Xalı
Nənəmin toyuma hədiyyəsidi -
Divardan asdığım bu qədim xalı.
Gözümü çəkdikcə onun rəngləri,
uçur, uzaqlara gedir xəyalım...
Onun hər
rəngini nənəm
düşünüb,
Sonra naxışını
sifariş verib.
Nənəm elə bil ki, göy qurşağını
çəkib bu xalının üstə endirib.
Bununçün o çöldə qoyun otarıb,
Köhnə cəhrəsində yun da əyirib.
Boyayıb ipləri, dualarıyla
Tanrıdan ömrümə bir gün diləyib.
Onun yeddirəngli
mübarək üzü
Allahın sevdiyi ocaq yeridi.
Şükür ki, nənəmin xeyir-duası
hər yerdə mənimlə qoşa yeridi.
Elə qəlbi yuxa, elə həlim ki,
Doğma Ufanı da bəzəyir, hətta.
Uzaq aullardan
gələn balalar
yığışır
sehrli qanadı altda.
Nənəmin sirr dolu bu
əmanəti
yoluma hər
zaman bir işıq verir.
İndi bu yerlərdən uzaq olsa da,
Onun toxuduğu
bu qədim xalı
bütün bu dünyaya yaraşıq verir.
Qəmli gözlərimdən
mənə
danışma
Qəmli gözlərimdən mənə
danışma,
Mən qəmi həb kimi içirəm indi.
Dəm vurma bu qədər
boy-buxunumdan,
Hər gün göy üzünə uçuram
indi.
Səndən ayrılalı gözüm
açıldı,
Elə bil dünyanı təzə görürəm.
Hər axşam görüşə
gedənlər kimi,
Güzgüyə doyunca baxıb gülürəm.
Təzəcə dil açan uşağam, sanki,
Tez-tez çağırıram
sənin adını.
Yenə də od tutub
alışır üzüm,
Çapıram dördnala xəyal atımı.
Uçuram sevincdən azad quş kimi,
Görmək istəmirəm səni bir daha.
O günü, nədənsə, əriyib
getdim
Odlu baxışının
qanadı altda.
Yüz yerə bölündü dünya gözümdə,
Yayıldı ətrafa qırıntıları.
Axtarıb gəzirəm onları indi,
Yığıram içimə sinəmi yarıb.
Ah, niyə rastlaşdıq səninlə
onda?
Mən axı körpəcə bir fidan idim.
Əvvəl ruh oxşayan mahnı kimiydin,
Sonra dərdə dönüb ürəyə
endin.
Kisənbikənin xatirəsinə
(Kiçik poema)
Kisənbikə Bayrasova (1679-1739) zorla xaç suyuna çəkilmiş müsəlman qadın - başqırd.
Kilsədən qaçıb (üç
dəfə), yenidən
İslama qayıtdığına
görə Yekaterinburq
şəhərində
diri-diri odda yandırılmışdır.
Dayandır burada dəmir atını,
Belini düz
saxla, farağat dayan!
Burda əyilməyə
ehtiyac yoxdu,
Başını uca tut, yuxudan oyan!
Yanıb şəhid olan Kisənbikənin
ruhu qarşısında
baş əyək yalnız.
Onun əyilməyən
müqəddəs ruhu
burda qərib-qərib
dolaşır yalqız.
Burda tər
su kimi aparır
məni,
Bu, nə qorxudandı, nə də istidən.
Od tutub yanıram
Kisənbikətək,
Onun kül
olduğu o tonqalda mən.
Onda şahidləri
lənətlənmişdi
çiçəkli
baharın ortancıl ayı.
Bir az gec
olsa da, tutdu onları,
Ürək parçalayan ana harayı.
Bu daş dövrümüzün söhbəti
deyil,
Ona bu günlərdə
edam qurdular.
Kişilər hamının gözü önündə
ona diri-diri
bir od vurdular.
Bir dua oxudu
od öz dilində,
Qatillər itirdi öz başlarını.
Səssizcə seyr edən qaya daşları
saxlaya bilmədi göz yaşlarını.
Buna dözəmmədi,
susmadı Kuray*,
Naləsi dağlara dəyib qayıtdı.
Belə haqsızlığa tab gətirməyib,
Ağidel* özünü qayadan atdı.
Bəs niyə unutdu bu xalq bu
dərdi?
Cəhənnəm odunu kim çatdı
onda?
O qanlı-qadalı ağır günləri
ağsaçlı
Uralın* qaldı yadında.
Saç yolub, dizinə döydümü dağlar?
Görən, yarıldımı torpağın
bağrı?
Bu göylər bu dərdi necə
götürdü,
Harda gedib
qaldı bu boyda ağrı?
Ancaq o kimsədən
əfv istəmədi,
Aman diləmədi əlini açıb.
Bilirdi Allahın yoluyla gedən
son anda yenə
də göylərə
uçub .
Allaha yalvarıb
o söyləmədi:
"Mi bu əzabdan tez xilas elə",
Üç dəfə qaçmışdı
xaçdan, kilsədən,
Qaçmışdı
tikanlı, daşlı
yol ilə.
Halını pozmadan "Bismillah!" deyib,
İmanla alovun içinə girdi.
Xalqının gələcək günləri
üçün
qorxunu bu odun gözündən
dərdi.
Yandı... əvəzinə, külü
danışdı:
"Adım Katya deyil, Kisənbikədi.
Mənim də öz dinim, öz Allahım var,
Deməyin, mən öldüm, gücüm tükəndi".
O yanıb ölmədi, Allah qorudu,
Dini də, dili də salamat durur.
Alov yandırsa
da, gül bədənini,
Ruhu ruhumuzu
qanadlandırır.
Kim ki, şəhid düşür torpağı
üstə,
Mələklər xor ilə dua
oxuyur...
Ruhları göylərə ucalıb
gedir,
Yatdığı torpaqsa, çiçək
qoxuyur.
Xalqımın qəlbində onun heykəli
tuncdan, poladdan da möhkəm dayanır.
Kisənbikə üçün qalanan tonqal
indi qəlbimizdə
alışıb-yanır.
Ancaq sinəmizə
çəkilən bu
dağ
ağrı verə-verə daim qalacaq.
Qanlı xatirəsi yaddaşımızda
əbədi məşəltək alovlanacaq.
Dayandır burada dəmir atını,
Belini düz
saxla, farağat dayan!
Burda əyilməyə
ehtiyac yoxdu,
Başını uca tut, yuxudan oyan!
Yanıb şəhid olan Kisənbikənin
ruhu qarşısında
baş əyək yalnız.
Onun əyilməyən
müqəddəs ruhu
burda qərib-qərib
dolaşır yalqız.
Başqırdlar qoy, bunu heç
unutmasın,
Yekaterinburq deyil buranın adı
Hər başqırd həmişə
yadda saxlasın,
Bura Kisənbikə - Bayrasqraddı.
*Yurt - çadır. Başqırd xalqının
müqəddəs yurd
yeri - vətən
*Kuray - başqırd
milli musiqi aləti
*Ağidel - çay adı
*Ural - dağ adı
Larisa Abdullina
İstedadlı başqırd şairəsi Larisa Abdullina
Ufada çap olunan "Ağbuzat" dərgisinin baş redaktoru, Başqırdıstan
və Rusiya Yazarlar Birliyinin üzvüdür.
Tərcümə edəni:
Baloğlan CƏLİL
Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S 8.