Bölgələrdə ədəbi həyat - Qax-Zaqatala-Balakən
Azərbaycanın Şimal-qərb
bölgəsində, dağlar
qoynunda yerləşən,
Qax-Zaqatala-Balakən rayonları
özünün füsunkar
gözəlliyi, göz
oxşayan təbiəti
ilə seçilir. Azsaylı xalqların kompakt yaşadığı
bu bölgə, əfsuslar olsun ki, sanki ədəbi
mühitdən kənarda
qalıblar. Hansı ki, Qax-Zaqatala-Balakən rayonlarında da ədəbi mühitin formalaşmasında xidmətləri
olan şairlər, yazıçılar var. Onların bir çoxları respublika mətbuatında dərc oluna bilmədiklərinə
görə ictimaiyyətə
tanış deyildirlər.
Onların arasında azsaylı xalqların nümayəndələri də
vardır ki, onlar iki-üç dildə şeirlər yazırlar. Bölgə yazarları arasında Azərbaycan Yazıçılar
Birliyinin üzvləri
də var. Dilbər guşənin yazarlarının ölkə
ictimaiyyətində tanınması
üçün respublika
mətbuatında dərc
olunmalarına ehtiyac vardır.
Əlmaniz ƏLƏKBƏRLİ
AYB-nin Zaqatala bölməsinin rəhbəri
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr. ¹ 52. - S. 16.