Sənsiz

 

Məni məndən aldın, özün bilmədən,

İnan, sənsiz çox səssizəm, səssiz.

Həyatım oldun, özüm bilmədən,

Röyamsan, xəyalsan, sənsizəm, sənsiz.

 

Sənsizliyə dözə bilmirəm daha,

Hicranın ucuzmuş, vüsalın  baha,

Səni and verirəm o bir Allaha,

Mən sənsiz heç nəyəm, sənsizəm, sənsiz.

 

Əlimdə əlinin izləri qaldı,

Son dəfə baxışdıq, göz yeri qaldı,

Arxanca həsrətin iz yeri qaldı,

Əlçatmaz zirvəsən, sənsizəm, sənsiz.

 

 

Şirin İbrahimov

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16.