Dünya
Bir
neçə şeirdir
mən yazdıqlarım,
Bunlardır həyatda dövlətim,
varım.
Əgər varsa bir də, vəfalı yarım,
Belə yaşamağa dəyər
dünyada.
Sevənlərin sayı sənin
çox olsa,
Düşmənlərin sayı,
əsla, yox olsa,
"İnsanam" deyənin gözü tox olsa,
Belə yaşamağa dəyər
dünyada.
Sevilmək qismətdir, görəsən
gərək,
Yaşamaq sevməkdir, sevəsən
gərək.
Sevənin qədrini biləsən
gərək,
Belə yaşamağa dəyər
dünyada.
Şakir İBRAHİMLİ
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16.