Yalan dünyadı
Qocalıq qəddimi, belimi
əydi,
Aylarım ağladı, ilim
ağladı.
Cavanlığım hanı, de, harda qaldı?
Dərd çəkən göz
oldu, gözüm ağladı.
Dünya
əbədidir, biz isə
bəzək,
Hər gələn dünyadan
köçüb gedəcək.
Yaşayan günlərin qədrini
bilək,
Bizi
yola salıb qalan dünyadı.
Kimləri ağlatdı, kimi
güldürdü,
Kimə həyat verdi, kimi öldürdü,
Hər kəsin ömründən
bir pay götürdü,
Canlardan canları alan dünyadı.
Nə qədər dünyada
yalanlar gördüm,
Böhtana, yalana uyanlar gördüm,
Dünyanın malından doyanlar
gördüm,
Karvanları boşalıb-dolan dünyadı.
Canım da qurbandı yaxşı
kəslərə,
Alqışlar, təriflər azı,
min kərə!
Heç kəs düşməsin
böhtana, şərə,
Quruyub, yox olub, solan dünyadı.
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16.