Ana əlləri
Hərəni bir cürə yaradıb Allah,
Anamın var idi xırda əlləri.
Var
idi onların böyük hünəri,
Xırdaca olsa da, Ana əlləri.
O
əllər nə qədər iş bacararmış
Həyətdə, mətbəxdə, evin içində.
İşə
gedən kimi, həm iş yerində
Dinc dura bilmirdi Ana əlləri.
Yadımdan çıxmayır, uşaqlığımda,
Gah
əzizlənərdim, gah döyülərdim.
Mən küsüb gedəndə,
geri qaytarıb,
Bağrına sıxardı Ana əlləri.
Qəza təsadüfən yaratmış
yara,
Yuxum ərşə çəkib,
gətirib zara.
Loğmanın rolunu ifa edərək,
Ağrıkəsiciydi Ana əlləri.
Bilmirəm, nə hikmət
var idi, onda,
Nə qədər mərhəmət
var idi, onda.
Yorğun bədənimə o, toxunanda
Məni dincəldərdi Ana əlləri.
Deyirəm, hazırkı qoca
yaşımda,
Nə ola, indi də yaşasaydı, kaş.
Ey
Ömər Dinçili,
dilin səhv desə,
Ağzımdan vuraydı Ana əlləri.
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16.