Deyiləm
Döymə pəncərəmi payız
küləyi,
Üşüyər otağım,
O
mən deyiləm!
Səmtini dəyişib çıxma
qarşıma,
Gəzib tapdalanan çəmən
deyiləm.
Gəlmisən, bilirəm, yaz havasında,
Gözünün, könlünün saz havasında,
Dilləndir hər kəsi öz havasında,
Özgə havasına dinən
deyiləm.
Sən çırpan bağların
barı qalmayıb,
Tökülüb yarpağı, narı qalmayıb,
Boşalıb pətəyim, arı
qalmayıb,
Dəli harayına dönən
deyiləm.
Baxmaram havaya, divanə
olsan,
Yağışa çevrilib boşalıb-dolsan,
Çırpınıb pəncərəm
yanında qalsan,
Açmaram, özümdən əmin
deyiləm,
Üşüyər otağım...
O
mən deyiləm!
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 16.