Tbilisidə "Mən öləndə, ağlama" tamaşasının premyerası olub

 

Dekabrın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvin Nurəliyevanın "Mən öləndə, ağlama" əsərinin əsasında quruluş verilmiş tamaşanın premyerası baş tutub.

525.az xəbər verir ki, psixoloji dram janrında olan tamaşanın süjet xəttini Leyla adlı bir xanımın həyat hekayəsi təşkil edir. Keçirdiyi sarsıntılardan xəstəxana divarları arasına düşmüş Leyla öz yaşantılarını təsirli bir dillə ifadə edir. bütün bu tarixçənin içərisində bu gün üçün aktual olan sosial problemlər yer alıb.

Premyera anşlaqla keçib Gürcüstanın müxtəlif bölgələrindən gələn Azərbaycanlı tamaşaçılar əsəri böyük maraqla qarşılayıblar.  

Tamaşanın sonunda yaradıcı heyət səhnəyə dəvət olunub. Əsərin müəllifi Pərvin Nurəliyeva deyib ki, dünyanın hər bir yerində qadın problemləri aktual olaraq qalır: "Qadınların həyatda üzləşdiyi problemlər, keçirdiyi çətinliklər olduqca vacib məsələlərdir. Hər gün sosial şəbəkədən, mediadan bu bəlaları ifadə edən xəbərləri oxuyuruq bir daha anlayırıq ki, belə mövzularda əsərlər tamaşaçılara daha çox təqdim edilməlidir".

P.Nurəliyeva gürcü Azərbaycan xalqları arasındakı mədəni əlaqələrdən söz açıb: "İki gündür ki, Tbilisidəyəm burdakı Azərbaycanlıların necə vətənə bağlı olduqlarını, mədəniyyətimizin təbliğatı üçün çalışdıqlarını görürəm. Dünən Mirzə Fətəli Axundzadənin Ev-Muzeyində, Nəriman Nərimanovun Xatirə muzeyində olanda, burda uyuyan dörd böyük AzərbaycanlınınMirzə Fətəli, Mirzə Şəfi Vazeh, Fətəli XanXoyski Həsən bəy Ağayevin qəbirlərini ziyrət edəndə Tiflis ədəbi-mədəni mühitinin qaymaqları olan həmyerlilərimiz haqqında düşündüm. bu günki tamaşanı bu mədəni əlaqələrimiz, burdakı həmyerlilərimizin vətənlə emosional bağlarının qırılmaması istiqamətində , addım hesab edirəm. Quruluşçu rejissor başda olmaqla bütün yaradıcı heyətə təşəkkürlərimi bildirirəm. Gürcüstanın müxtəlif bölgələrindən tamaşaya baxmağa gələn Azərbaycanlılara xüsusi minnətdarlığım var"

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, kollektiv tamaşanın hazırlanmasına 2 ay sərf edib: "Əsərlə mən çoxdan tanış idim oxuduğum andan diqqətimi cəlb etmişdi. Uzun müddət üzərində işlədim, amma çox qısa müddətdə quruluş verildi. Biz bu tamaşanı qastrol səfərlərinə , festivallara da aparmağı düşünürük. Hazırda aktyorlarla tamaşanı gürcü rus dillərində hazırlayırıq..."

Qeyd edək ki, tamaşada Heydər Əliyev adına Tbilisi qeyd Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyor aktrisaları - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova Fuad İsfahanlı, Turqay Vəlizadə rol alıblar. Tamaşanın rəssamı isə Nino Kitiadır.

 

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, № 48- 49. - S. 15.