Necə sevməyəsən Zaqatalanı?!
Bu qədər gözəllik yoxdur heç harda,
Gözəldir burdakı yağış
da, qar da,
Allah verib xalqa hər cürə var da,
Tapmazsan belə yer, gəzsən, dünyanı,
Necə sevməyəsən Zaqatalanı?!
Bu yerin aranı,
boz dağı da var,
Meyvə bağları da, gül
bağı da var.
Tərifə layiqdi parkı,
meydanı,
Necə sevməyəsən Zaqatalanı?!
24 millət burda olub cəm,
Fərqlənir büsbütün burdakı
aləm.
İlahi qoymayır kimsə çəkə qəm,
Sevincə qərq edir yaşlı, cavanı,
Necə sevməyəsən Zaqatalanı?!
Dikəlib buraya dünyanın
gözü,
Burdadır, elə bil cənnətin özü.
Danışmaqla bitmir xalqların
sözü,
Olub bu ərazi dillər dastanı,
Necə sevməyəsən Zaqatalanı?!
Zaqatala adlı bu gözəl məkan,
Verib Şıxamirə şirin
ömür, can.
Daim yüksək olub burda yaşayan,
Hər bir vətəndaşın
dini, imanı,
Necə sevməyəsən Zaqatalanı?!
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr.
№ 52. - S. 17.