Tanıyın məni

 

Vətənim, eşqinlə döyünür ürək,

Səni bəbəyimtək qoruyam, gərək.

Bu yurda, yuvaya sipər olaq biz,

Qoy, anlasın bunu, gələn nəslimiz.

 

Hər deyən hədyana inanmasınlar,

Həddi aşmasınlar, üz saxlasınlar.

Geriyə baxmayıb, daş atmasınlar,

Mənim dediyimi unutmasınlar.

 

Lazımsa, canımı əsirgəmərəm,

Vətən, el yolunda ərənəm, ərəm.

Bu yaşda döyüşə özüm gedərəm,

Nəyə qadirəmsə, mən göstərərəm.

 

Görsünlər ki, aslan necə döyüşür,

Önündə çaqqallar necə bürüşür.

Qartalın şığıyıb, ova cummağın,

Qarğanın yalvarıb, imdad ummağın.

 

Rəşid Mirzəyev

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 17.