Ay ata
Toxunma, qəlbimin yaman
günüdür.
Göz yaşım süzülüb,
daman günüdür,
Qoymayın, yanıram, aman
günümdür,
Səs-soraq salmışam mən
bu həyata,
Səni axtarıram ata,
ay ata.
Yaxınmı, uzaqmı, aram,
hardasan?
Soyuldu, göynədi yaram,
hardasan?
Sən yoxsan, qurudu
param, hardasan?
Dərdini dərdimə mən
qata-qata,
Səni axtarıram ata,
ay ata.
Başımızın taxtı-tacı gəlsənə,
Günlərimiz keçir acı,
gəlsənə,
Qan ağlayır qardaş,
bacı gəlsənə,
Gəl, səninlə verim
qanad-qanada,
Səni axtarıram ata,
ay ata.
Əl-ayağım getmir işə,
yan, deyir,
Dil dodağa, dodaq dişə yan, deyir,
Göz yaşım da düşə-düşə
yan, deyir,
Yanıram, amandı, yas tuta-tuta,
Səni axtarıram ata,
ay ata.
Mən yanıram dağlar
qədər, a dağlar,
Ömür-günüm
oldu hədər, a dağlar,
Mənə qalan oldu kədər, a dağlar,
Dura bilməyirəm rahat-rahata,
Səni axtarıram ata,
ay ata.
Əmrah deyir, hanı atam, neyləyim,
Mənə oldu yaman sitam, neyləyim,
Bəlkə məzara üz
tutam, neyləyim?
Deyəm, qalx ayağa, sən yata-yata,
Səni axtarıram ata,
ay ata.
Əmrah Almalı
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr.
№ 52. - S. 17.