"Şuşa ili"ndə  ədəbi tənqid

 

2022-ci il - Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə (5 yanvar 2022-ci il) "Şuşa ili" oldu. İli sərəncamdan irəli gələn yüksək ruh yüksəkliyi, milli-mənəvi dirçəliş, qürur hardasa bir qədər üstünlük pafosu ilə yaşadıq, yaşadığımızı hiss idrak etməyə çalışdıq. Vətən müharibəsində tarixi Zəfərimizdən təkanlanan bu üst/üstün başlanğıc - Qələbə diskursu (-ki, "Şuşa ili" bunun əyani faktı, timsalı, möhtəşəm bildirisiydi-) həyatımızın hər bir sahəsinə sirayət etdiyi kimi, ədəbiyyatda onun bir parçası olan ədəbi tənqiddə özünü yansıtmalı, hiss etdirməli, görsətməli əl-əlbət, göstərməli idi. Məqaləmizin məramı bu; nəzərə alanda ki, bugün daha iri miqyasda "Şuşa ili" davam edir, Türksoy tərəfindən Şuşamız türk-Turan dünyasının mədəniyyət paytaxtı bəyan olunmuş, - mövzunun aktuallığı da yerində.

Yeri gəlmişkən, lap bu günlərdə 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin Konfransında İSESKO-nun qərarı ilə Şuşa şəhəri "2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülmüş, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti daha bir Sərəncam imzalamışdır.

Şuşa ili həm Azərbaycan yazıçılarının, Azərbaycan yazıçısının ili idi; yaxşı mənada.  Müstəqillik illərinin uzun intizarından sonra Azərbaycan Yazıçıları ən nəhayət XIII qurultayını Qarabağ sevincləri içrə, böyük Qələbənin bitib-tükənməyən əks-sədası, alqış,  təntənə şənlik əhval-ruhiyyəsi içində keçirdilər. Hesabatlarını da daha hər hansı mücərrəd-müqəyyəd adresata deyil, konkret "Şuşa ili"nin özünə verdilər. Hesabatların bu dəfəki çətinliyi yalnız yazıçıların qurultaydan qurultaya keçdiyi yolun məsafəsini ölçməklə (2015-2022-ci illər) bitmirdi; zatən belə yol yorğunluğu (mənəvi yük-əzab-iztirab..., bədii-estetik çabalar yorğunluğu) müstəqillik boyu (1991-1997, 1997-2004, 2004-2014-də)  yazıçılarımızı daim müşaiyət etmiş. Bu dəfəki çətinlik, əksinə, ən nəhayət "ələmdən nəşəyə" köklənmiş ədəbiyyatın trayektoriyasını izləmək, həm təkcə son yeddi ilin timsalında deyil, ümumən müstəqillik işığında nəzərdən keçirmək, tənqidi analizini vermək çətinliyiydi.

Hesabatlar ayrı-ayrı mövzular-sahələr-sexlər, ədəbi növlər-janrlar-yaradıcılıq istiqamətləri üzrə, il boyu (yanvar-iyul ayları) Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında səsləndi "Ədəbiyyat qəzeti"ndə dərc olundu: Elçin Hüseynbəylinin nəsr üzrə ("Nəyimiz var, nəyimiz yox: 2015-2019" - Ədəbiyyat qəzeti, 5 fevral 2022), Firuz Mustafanın dramaturgiya ("Dramatik pauzalar: əvvəl sonra" - ƏQ, 12 fevral 2022), Sayman Aruzun Cənub ədəbiyyatı ("Azərbaycanın Güneyində müasir ədəbi proses" - ƏQ, 26 fevral 2022), Qəşəm Nəcəfzadənin Uşaq ədəbiyyatı ("Müasir uşaq ədəbiyyatının dünəni, bu günü sabahı" - ƏQ, 9 aprel 2022), İbrahim İlyaslının poeziya ("Şeirdən ucalıq umma dünyada..." - ƏQ, 16 aprel 2022), İlqar Fəhminin bölmələr internet ("Azərbaycan Yazıçılar Birliyinin regional bölmələrinin internet resurslarının fəaliyyəti haqqında məruzə" - ƏQ, 21 may 2022), Azər Turanın publisistika ("Janrın sərhədlərinə sığan sığmayan mətnlər" - ƏQ, 21 may 2022), Əsəd Cahangirin ədəbi tənqid ("Ədəbi tənqidin Hamlet sualları. 2014-2022-ci illər Azərbaycan ədəbi tənqidi haqqında qeydlər" - ƏQ, 28 may 2022), Əkbər Qoşalının "Türk dünyasında ədəbiyyat, ədəbiyyatda türk dünyası" (ƏQ, 28 may 2022), Səlim Babullaoğlunun tərcümə ("Keçmişə gələcək naminə. 2014-2022-ci illərdə tərcümə işinin vəziyyəti" - ƏQ, 23 iyun, 9, 16, 23 iyul 2022) üzrə hesabat məruzələri qarşıda quran vəzifənin öhdəsindən ümumən gəldi; yeddi ilin ədəbi fəaliyyyəti ədəbiyyat materialları əsasında ümumən Azərbaycan yazıçısının, ədibinin, qələm əhlinin "Şuşa ili"nə ilə, necə, hansı miqdar miqyasda gələ bildiyini görükdürə bildi. Tam informasion mənzərədən əlavə, o da deyilməlidir ki, "Şuşa ili"nə məruzələr sırasında məxsusi seçilən, bu ya digər janrın "Hamlet sualları"na gərəyincə analitik, idraki, perspektiv aydınlıq gətirən, nəticədə təqdir rezonansları doğuran məruzələr oldu (Firuz Musatafanın dramaturgiya, Azər Turanın publisistika, Səlim Babullaoğlunun tərcümə hesabatları kimi). Ən yaxşı cəhət odur ki, məruzələr hər ədəbiyyat sahəsinin öz adamına - nasir, şair, dramaturq, publisist, tənqidçi, tərcüman digər ədəbiyyat funksionerlərinə həvalə olunmuşdu (görünür ki, bu məqamın alqışı AYB sədri Anar müəllimə düşür). Bu, janrı (sahəni) canlı praktikada bilən məruzəçinin, qovğa qayğılarını da ədəbiyyatın içindən çözməsinə, müstəqillik işığına tutub aydın proqnozlar verməsinə bir vəsilə olur (Firuz Musatafanın, Azər Turanın, Səlim Babullaoğlunun, Əkbər Qoşalının məruzələrində olduğu kimi).

Bəzi məruzələrdə ədəbiyyatın öz praktikasından başqa, kənar baxışa, deyək,  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ardıcıl (illik) keçirdiyi "Ədəbi proses" müzakirələrinə istinadlar (Elçin Hüseynbəylinin məruzəsində olduğu kimi), yaxud tənqidi münasibət (Əsəd Cahangirin məruzəsində olduğu kimi) yer almışdı. Bu, özlüyündə yaxşı haldır; cari ədəbiyyatı, ədəbi prosesi içdən kənardan işıqlandırmaqla bütöv mənzərələrə nail olmaqdan başqa, həm ölkədə ədəbiyyatla dövləti səviyyədə məşğul iki qurumun (ədəbi proses subyektinin) nəticə birliyinə doğru cəhdləri ifadə edir. Amma hər halda Ədəbiyyat İnstitutunun cari prosesə yanaşması ayrı bir rakursdur; bir var yaranan ədəbiyyata müəlliflərinin gözü ilə, yaradıcılıq laboratoriyasının içindən baxmaq, proseslə yanaşı yaradıcılıq enerjisi potensialının özünü ifadə etmək, görükdürmək (AYB hesabatlarında olduğu kimi), bir var nəticələrdən çıxış etmək, yaranmış ədəbiyyatın reprezentasiyasını etmək, tənqidi analizini vermək (Ədəbiyyat İnstitutunun illik "Ədəbi proses" müzakirələrindəki kimi).

Ötən ilin (hazırkı) müzakirələri daxil olmaqla, artıq on ildir Ədəbiyyat İnstitutunda ayaqda olan bu vacib tənqid işinin "Şuşa ili"nə (2022-ci il) hesabatı da (4-5 mart 2022-ci il) bir qədər fərqli oldu, fərqlənə bildi. Əvvəla, Qələbə ili (2020-2021), Qələbə diskursunun ədəbiyyatımıza gətirdiyi yeni əhval-ruhiyyəni, faktları, əsərləri, ümumi mənzərəni qeydə ala, təsbit edə, bütöv şəkildə təqdimləyə bildi. Cari ədəbiyyatın bütün istiqamətləri, janrları, təzahür sahələrini (ilin ədəbi mənzərəsi, ədəbi tənqid, şeir, poema, roman, povest, hekayə, Cənubi Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, sonet, publisistika, uşaq ədəbiyyatı, esse, ədəbi cərəyanlar, müharibə ədəbiyyatımız, dramaturgiya, ədəbiyyat tarixçiliyi, rus dilli Azərbaycan ədəbiyyatı, oçerk, ədəbi gənclik, sosial şəbəkə ədəbiyyatı, bölgələrdə ədəbi həyat, satira, ədəbi əlaqələr, bədii tərcümə, Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı) əhatə edən 30 məruzədən ibarət konfrans materialları əvvəlcə "Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışında ("Ədəbi yekunlar 2020-2021" - 5 mart 2022) yığcam şəkildə, daha sonra "Ədəbi proses" sırasından (ki, artıq on ildir işıq üzü görür) növbəti kitab halında ("Ədəbi proses 2020-2021. VIII-IX". Bakı, "Elm təhsil", 2022) çap olundu.

Konfransa giriş sözündə akademik İsa Həbibbəylinin bəyan etməyə tələsdiyi - "Müharibə ədəbiyyat. Zəfər diskursu", ədəbiyyatda diskursun dəyişməsi, "zəfər diskursu"nun ədəbiyyata yeriməsi halı-məqamı-faktı, əslində il boyu gəlib-gəlişib, az qala bütün məruzələri birləşdirən, bir nöqtəyə vuran məxrəc oldu. Bu zaman amma ədəbi tənqidin diqqət yönəltməyə çalışdığı daha bir amil vacibdən vacib görünürdü: "Belə ki, Qələbə sevinclərindən danışırkən, mənimcə, ədəbiyyatda Diskursun dəyişməsi o zaman daha parlaq nəzərə çarpacaqdır ki, ədəbiyyat Özü (o cümlədən tənqidi) yeni Zamanı dərindən, axıracan idrak edə, qalib xalqın ardınca öz qələbələrini bu sıraya düzə, gerçəkləşdirə bilsin." (T.Əlişanoğlu, Yeni zamana giriş: ədəbi tənqiddə diskurslar - ƏQ, 5 mart 2022) Bu isə ümum-pafos patetik riqqət dolu cari əhval-ruhiyyədən daha da dərinlərə getməyi tələb edir. Ki, habelə bunun ilk izlərini "Şuşa ili"nin ədəbi tənqidində görürük.

 

 

***

 

Ümumən müşahidələr belə göstərir ki: Azərbaycan həyatında hər bir dirçəliş, intibah havası ilk olaraq xalqın soykökü məsələsini bir daha qaldırır, aktuallaşdırır. Sanki qürur dəmində millət "kim olduğunu, kimlərdən ibarət olduğunu" bir daha yada salmaq, axıracan anlamaq, dürüstləşdirmək istəyir. İstər XVIII əsr, Azərbaycan üçün Şuşa fenomeninin ölüm-dirim önəmi kəsb etdiyi xanlıqlar dövrü olsun, istər XX yüzilin əvvəlləri Azərbaycanı üçün türklük məqamının varlıq-yoxluq məsələsi, "millətin imzası" statusu aldığı romantizm istiqlal hərəkatı çağları olsun, istərsə bugün bir daha, Azərbaycan Prezidentinin sözləri ilə vurğulasaq: "Şuşa - Qarabağın tacıdır", tarixi "Tacın qaytarılması" zamanı. Günün romanlarından birisi elə belə adlanır - "Tacın qaytarılması" (Səyyad Aran, Tacın qaytarılması. Bakı, "Elm təhsil", 2022).

"Şuşa ili"ndə ədəbi tənqid bir xeyli Günün bu metafizikasına açıldı.     

Azərbaycan xalqının mifoloji-əski tarixi çağlarda(n) genezisi, soykökü məsələsi akademik Nizami Cəfərovun "Ədəbiyyat qəzeti"ndə bir-birinin ardınca dərc etdirdiyi "Azərbaycan tarixinin "Avesta" problemi" (ƏQ, 23 iyul 2022), "Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan xalqı haqqında deyir?" (ƏQ, 13 avqust 2022), "Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya" (ƏQ, 27 avqust 2022) məqalələrindən ayaq alaraq, ədəbiyyata ("Ədəbiyyatın tarix dərsləri" - "Azərbaycan" jurnalı, ¹ 2, 2022; "Qədim rus ədəbiyyatında antitürk kabusu" - ƏQ, 9 iyul 2022; "Azərbaycan ədəbiyyatı tarixinin etnokulturoloji sistemi: təsəvvürlər, mülahizələr" - ƏQ, 30 iyul 2022; "Təzkirətüş-şüəra"da ərəblər, farslar, türklər"- ƏQ, 19 noyabr 2022) dilə dair ("Azərbaycan dilinin tarixində ərəbcə farsca - ƏQ, 17 sentyabr 2022; "Azərbaycan dilinin tərcümeyi-halı" - ƏQ, 3 sentyabr 2022; "Azərbaycan türkologiyası: təməllər, təmayüllər - ƏQ, 1 oktyabr 2022) yeni fikir mülahizələrini qapsadı. Azərbaycan xalqının soykökünün heç "qarışıq mənşə"dən deyil, lap əzəldən, eradan əvvəlki minilliklərdən "türklük" üzərində gəlməsinə dair tarixçilərlə (konkret halda mərhum akademik İqrar Əliyevlə) elmi polemika təkcə bugünün söhbəti deyil, N.Cəfərovun da ekskurs etdiyi kimi, "hələ keçən əsrin 70-ci illərindən" Mirəli Seyidov, Yusif Yusifov, Mahmud İsmayılov, Tofiq Hacıyev, Süleyman Əliyarov, Elməddin Əlibəyzadə, Firidun Cəlilov, Əlisa Nicat kimi (bura Nizami Cəfərovun özünü daxil etmək gərəkir) məşhur mifşünas, tarixçi, dilçi, ədəbiyyatçı yazıçıların "etnogenez baxışları"nda umumən az qala yüz ildir Cənubda Şimalda açıq gizli opponent mövqelərində davam edir: "Keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda həm türklüyə, həm islama, həm müasirliyə (ümumbəşəriliyə) sözün həqiqi mənasında müharibə olunması təkcə bugünlə məhdudlaşmayıb tarixə nüfuz etdi. əvvəlki məqalələrimizdə göstərdiyimiz kimi, türklüyün islamın tarixi mövqeləri çox böyük sürətlə heç bir əsas olmadan süni şəkildə irançılıq elementləri vasitəsilə işğal edildi..." (N.Cəfərov, "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan xalqı haqqında deyir?" - ƏQ, 13 avqust 2022).

Bugün "türk əsri"nin gündəmə gəldiyi, Turan ideyasının gün-gün reallaşdığı, nəzəriyyədən praktikaya yeridiyi dəmdə, görünür ki, sadəcə bütün nöqtələri yerinə qoymaq, ictimai-siyasi proseslərin, o cümlədən ideolojinin ardınca elmi arealda da "tacın qaytarılması" vədəsi yetmişdir. Akademik Nizami Cəfərov tarix səhnəsində "yeni konsepsiya"nın müddəalarını "tarix elmləri doktoru Həsən Həsənovun qədim Azərbaycan tarixinə həsr olunmuş çoxsaylı araşdırmaları"ndan, konkret halda "Makedoniyalı İskəndər Atropat. Ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında" monoqrafiyası"ndan (Moskva, 2017, Bakı, 2017) əxz edir sistemləşdirir. heç nahaq olmayaraq. Belə ki: "...yeni konsepsiyanın yaradıcısı uzun illər Azərbaycanda ( ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə!) ən yüksək səviyyədə ideoloji fəaliyyətlə məşğul olmuş... Heydər Əliyev məktəbinin yetirməsi olan bir milli intellektual-ideoloqun öz xalqının tarixinə konseptual baxışları, yəqin ki, etnosiyasi səciyyə daşımalı(dır)... Nəhayət, Azərbaycan xalqının etnogenezinə münasibətdə keçən əsrin 30-cu illərindən başlayaraq meydan sulayan, 50-ci illərindən isə ideologiyadan akademizmə keçən antitürk ( nəticə etibarilə, antiazərbaycan) meyillərinə qarşı Həsən Həsənov kimi geniş dünyagörüşlü ( təcrübəli!) ziyalıların dayanacağı tamamilə təbii" görünür (N.Cəfərov, "Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya" - ƏQ, 27 avqust 2022).

Daha sonra açıq-gizli polemikanı "Ədəbiyyat qəzeti"ndə Xalq şairi Sabir Rüstəmxanlı "Tariximiz alimlərimizin qələmində" yazısı ilə (ƏQ, 17 sentyabr 2022) davam etdirdi. Əslində, burda "açıq-gizli polemika" heç akademik N.Cəfərovun dünən bugün Azərbaycan xalqının (türk) soykökü barəsində danılmaz arqumentasiyası ilə deyil (Əksinə, bu məqamda S.Rüstəmxanlı akademikin postulatlarını daha başqa (deyilməmiş) fakt dəlillərlə bir az da möhkəmləndirir), bəlkə çağdaş tariximizdə "yeni konsepsiya"nı, türklük savaşını məhz kimin başlatması ətrafındadır. Belə ki, son yarım əsrin bu yöndə çalışmalarını faktik konseptual yada salmaqla (məxsusən Güney Azərbaycan tarixçisi professor Məhəmməd Tağı Zehtabinin zəhmətlərini anaraq), S.Rüstəmxanlı "yeni konsepsiya"nın təşəkkül arealını bir az da dürüstləşdirmiş izah etmiş olur. Şəksiz ki, bu sırada bütün ictimai-siyasi fəaliyyəti, bədii, elmi-tənqidi publisist yaradıcılığı açıq "türklük savaşı"ndan ibarət Sabir Rüstəmxanlının özünün mövqeyinə önəm vermək gərəkir. O cümlədən ötən il, məşhur "Ömür kitabı" "Bu- sənin xalqındır", "Dərdə əyilmə", "Özümüzdən böyük sözümüz" kitablarından sonra S.Rüstəmxanlı publisist-tənqidi yaradıcılığının daha bir dəyərli örnəyi olan "Vətəndaşlığın əlifbası" əsərini (Bakı, "Elm təhsil, 2022) çap etdirdi, əsərdən parçalar "Ədəbiyyat qəzetində" dərc olundu (15 yanvar, 16 iyul, 27 avqust 2022). Kitabda yazıçını yenə günün, çağın, milli insanın, toplumun dünyanın aktual mənəvi olayları problemləri məşğul edir.

Bir az da qabağa getsək, ötən ilki ədəbi tənqid məruzəmdən belə bir xatırlatma: "Ötən iki ildə ümumtürk müstəvisində ədəbi-tənqidi təfəkkürün ən böyük hadisəsi isə, şəksiz ki, ölkənin baş yazarı Anarın iri həcmli "Yaşamaq haqqı" (Bakı, Qanun, 2020) iki cilddə "Söz dünyası" (Bakı, Şərq-Qərb nəşriyyatı. I cild-2018, II cild-2020) roman-traktatları hesab olunmalıdır..." (Ədəbi proses 2020-2021. VIII-IX., Bakı, "Elm təhsil", 2022, s. 143). İndi bura yazıçının daha əvvəl işıq üzü görmüş "LİK Azerbaydjana (Azərbaycanın Siması)" kitabını "Söz dünyası"nın daha iki cildini (III, IV cildlər. Bakı, Şərq-Qərb nəşriyyatı, 2022) artırsaq, bu dəfə müasir Azərbaycan tarixi ədəbiyyatında açıq "türklük savaşı"nın dünən, bugün daima məhz Anardan başladığını etiraf etməliyik. Müstəqillik dövründən əvvəl , elə indi ...

Yeri gəlmişkən, "Anarın "Həyatımın kitabı" adlandırdığı, ömrünün 55 ili boyunca - 19 yaşından üzü bəri yazıb toplayaraq 3 ilə çap etdirdiyi 3000 səhifəyə yaxın iri formatda 3 cildlik "Literatura. İskusstvo. Kultura Azerbaydjana" əsəri" haqqında "Şuşa ili"ndə dərc etdirdiyi "Ortadakı fakt" adlı resenziyada filosof-tənqidçi Rahid Ulusel bunu deyir. Sitat: "Anar hələ Azərbaycanın müstəqillik qazanmasından 4 ay sonra - 1992-ci ilin əvvəlində yazırdı ki, yalnız suveren türk dövlətlərinin "Vahid Mənəvi Məkan yaratması" onların mövcudluğunun şərtidir (III c., s. 559). Türk sivilizasiyası - dünya tarixində epizod deyil, hadisədir..." (ƏQ, 4 iyun 2022)

"Ortadakı fakt" bu ki: müasir Azərbaycan ədəbiyyatında ( cəmiyyətində) açıq "türklük savaşı" Anarın "Dədəm Qorqud dünyası"ndan bu yanadır önəmlisi, "yeni konsepsiyalar"a doğru dərininə bugün gündəmdədir. Akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos ya epopeya" monoqrafiyası (Bakı, "Elm", 2020) Anarın həmin nəşrə yazdığı "Ədəbiyyat tariximizin dədəsi" önsözü; akademikin daha öncə işıq üzü görmüş: "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası inkişaf mərhələləri" monoqrafiyası (Bakı, "Elm", 2019) ümumən rəhbərliyi altında Nizami Gəncəvi İnstitutunun on cilddə hazırladığı "Azərbaycan ədəbiyyatı tarixi"nin çoxsaylı cildləri (1, 2, 3, 4, 5, 6, 9..., 2018-2022); akademik Kamal Abdullanın "Dansökülən. "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş" (2017) monoqrafiyasından sonra, ötən il işıq üzü görmüş daha iki kitabı: "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar. Mifolinqvistika" (Bakı, "Sim-sim", 2022) "Kitabi-Dədə Qorqud qeyri-səlis məntiq" (professor Rafiq Əliyevlə birgə; Bakı, "525-ci qəzet", 2022); Əməkdar Elm xadimi, professor Qəzənfər Paşayevin ötən il çap olunmuş "Seçilmiş əsərləri"nin XII cildində  yer alan "Azərbaycan İraqda bayatlar" "Kitabi-Dədə Qorqud", "İraq-Türkman ləhcəsi ədəbi dilimiz" monoqrafiyaları (Bakı, "Təhsil", 2022) da... - ədəbiyyatda yeni qatlar, yeni baxışlar, yeni iddia "yeni konsepsiyalar" kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar. Mifolinqvistika" kitabı elmdə yeni bir addım kimi ədəbi-tənqidi prosesdə əks-səda da qoparmışdır (Nizami Cəfərov, "Multidissiplinar dilçilikdə yeni paradiqma ya mifolinqvistika"- ƏQ, 26 noyabr 2022; Niyazi Mehdi, "Yeni dilçilik metodunun konteksti"- ƏQ, 29 oktyabr 2022; Sərxan Abbasoğlu, Səfa Pənahoğlu, Hikmət Valehoğlu, "Düşüncə, mətn semantika: mifopoetikadan mifolinqvistikaya"- ƏQ, 17 dekabr 2022)

"Türklük savaşı", türk ruhunun oyanışı, ümumtürk məxrəcində Şuşa ilinin ədəbi-tənqidi publisist düşüncələrinə hələ qədər yazılarda (təkcə elə xatırlatdığımız "qurultay ilinin məruzələri"ndən Azər Turanın Əkbər Qoşalının məqalələrinin adını çəkmək olar), dəblə dəbdən kənar neçə-neçə qəzet materiallarında da rast gəlmək olar; amma həmin təfsilatı oxucunun öz diqqəti marağına saxlayaraq, əvəzində bu məqamda, böyük poetik hadisə kimi Qələbə ilinin poeziyasından ilin ədəbi tənqidinə adlayan, neçə müzakirələrin təqdirini böyük mükafatlar qazanan Ramiz Qusarçaylının "Vətən" poemasını (Bakı, "Mücrü", 2021) anmaq istərdim. Poema təkcə ədəbi ictimaiyyətin deyil, tarixçilərin, dilçilərin, etnoqrafların, başlıcası geniş oxucu auditoriyasının diqqətini çəkmiş, haqqında akademiklər Teymur Bünyadov, İsa Həbibbəyli, Nizami Cəfərov, professorlar Anar İsgəndərov, Şahin Fazil, Nadir Məmmədli, Qafar Cəbiyev, Əlibala Məhərrəmzadə, Eynulla Mədətli yüksək fikirlər söyləmiş, əsərin AMEA-da ictimai müzakirəsi təşkil olunmuşdur. Belə ki, ictimai-tarixi humanitar təfəkkürdə sınmış yerləri, "qırılmış bağları" yalnız Ədəbiyyat bərpa edə, birləşdirə bilir.

Sitat: "Şair poemada M.Ə.Sabirin "Fəxriyyə"sindən, M.Hadinin "Əlvahi-intibah"ından, S.Vurğunun "Zamanın bayraqdarı"ndan, B.Vahabzadənin "Gülüstan"ından sonra bir daha, bugünün gözü, müstəqillik nəfəsi ilə ta qədimdən bugünə Vətən tarixi millət faciəsi motivini gəlişdirir, Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin tarixi taleyi, tərcümeyi-halı üzərində düşünür düşündürə bilir. Bütün tarixi ekskurs boyu poemanın ağrı minor notlara köklənməsi bugün Vətən müharibəsində qazanılan Zəfərin vüsətini daha da dərindən duymağa, dərk etməyə zəmin olur:

Səni qazi-qazi qaytardım, Vətən,

Qəhrəman-qəhrəman qaytardım səni.

Səni şəhid-şəhid qaytardım, Vətən,

Cana can, qana qan qaytardım səni..." (T.Əlişanoğlu, Qalibiyyət zamanı: çağdaş ədəbiyyatın Qarabağ diskursu // Azərbaycan Milli Elmlər Akademiyasında "Akademiyanım Şuşanaməsi: ədəbi-tarixi ənənə gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans. Bakı. 15 dekabr 2022-ci il)

 

***

 

Gəlirik "Şuşa ili"ndə Şuşa tematikasının özünə. Akademik Nizami Cəfərov hələ otuz il əvvəl(dən) irəli sürdüyü "yeni konsepsiyası"nda XVIII əsr xanlıqlar dövrünü Azərbaycan intibahının əsası, bünövrəsi kimi təsbit etməyə çalışırdı (bax: Nizami Cəfərov, "Füzulidən Vaqifə qədər". Bakı, "Yazıçı", 1991) Həmin konsepsiyadan təkanlansaq, aşkar görünür ki, iki yüz illik rus işğalına boyun əyməməkdə, onu dəf etməkdə, ən nəhayət bütün sarsıntılara, repressiya təzyiqlərə, tarixin acı səhifələrinə rəğmən üzərində qələbə çalmaqda həmən o tükənməmiş "İntibah enerjisi" həlledici faktor olubdur.

Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev hər yeni mətbu çıxışında böyük qürur hissi ilə bunu bizə bir daha xatırladır: Qarabağ Azərbaycandır! Şuşa - Qarabağın tacıdır!

"Şuşa ili"ndə ədəbi-tənqidi təfəkkür bir xeyli bu ali məqamın sehrinə dalmağa, sirrinə vaqif olmağa çalışdı: Elnarə Akimovanın "Şuşa ilinin estetikası: məsuliyyətimiz, vəzifələrimiz" (ƏQ, 5 fevral 2022), "Anarın əsərlərində Şuşa - etibarlı yaddaş mətnləri kimi" (10 sentyabr 2022), "Elçinin mətnlərində Şuşa: romantikasından zəfər reallığına" (ƏQ, 18 mart 2023), Niyazi Mehdinin "Şuşanın semantikasından" (ƏQ, 12 mart 2022), Elman Quliyevin "Çağdaş türk poeziyasında Şuşanamələr: milli-tarixi yaddaş müasirlik kontekstində" (ƏQ, 19 mart 2022), Nizami Cəfərovun "Şuşanın zəfər dastanı - "Cığır" (ƏQ, 30 aprel 2022), Aydın Talıbzadənin "Dilin tanıtdığı müqəddəs Şuşa. Semantik rekonstruksiya" (ƏQ, 17 sentyabr 2022), Azər Turanın "Cəmil Cahid Toydəmir - Şuşanın ilk fatehi, Hitlerin ram edə bilmədiyi orgeneral" (ƏQ, 23 iyul 2022) "Şuşa estetikası" sisiləsindən" (ƏQ, 1 oktyabr 2022), Günay Qarayevanın "Mifdən həqiqətə" (ƏQ, 16 aprel 2022), Zemfira Məhərrəmlinin "Səndə vardır özgə lətafət, Şuşa!" (ƏQ, 1 oktyabr 2022) bir çox digər yazılar Şuşa adını, yaranışını, tarixən keçdiyi yolu, milli şüurda, ədəbiyyatda mədəniyyətdə yerini semantikləşdirməklə sanki bir zamanlar "Qarabağnamə"lərin gördüyü işi bugün Şuşanamələr janrında davam etdirir. Günün işıq üzü görmüş poetik toplularından biri elə beləcə adlanır: "Şuşanamə" (Teymur Kərimli, "Şuşanamə", Bakı, "Elm təhsil", 2022). İlin sonunda "Şuşa ili"nə yekun vuran beynəlxalq elmi konfransını da AMEA elə bu adla vurğuladı: "Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə gələcəyə baxış" (15 dekabr 2022). 

"Şuşa Azərbaycanın ən əziz böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir" - Ümummilli lider Heydər Əliyevin sözləri ilə açılan "Beynəlxalq Elmi Konfransın materialları. 15 dekabr 2022-ci il" (Bakı, "Elm", 2022, 404 səh.) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli sərəncamının işığında Şuşanın 270 illik tarixi səhifələrini günün təklif etdiyi 60 mövzu-rakurs ətrafında məruzələrdə izləyir.

Hər növ Şuşanamələrin önəmi, əlbəttə, böyükdür; bir daha görükdürür təsdiq edir ki: "Azərbaycan insanı Azərbaycan elmi, mədəniyyəti Şuşanı semantikləşdirmədə ermənilərə qalib gəldi bu Şuşa onun uğrunda döyüşlərdə erməni döyüşçülərini qol-bud etdi" (N.Mehdi, "Şuşanın semantikasından" -ƏQ, 12 mart 2022) Şuşa ilində Azərbaycan insanı həmin semantikanı şölənlərlə - "Xarı bülbül" Beynəlxalq Folklor Festivalının (bax: ƏQ, 14 may 2022), Şuşada Azərbaycan Özbəkistan şairlərinin iştirakıyla "Məclisi-Fəramuşan" şairlər məclisinin (bax: ƏQ, 23 aprel 2022), "Şuşada Vaqif Poeziya günləri"nin (13-15 iyul 2022; bax: ƏQ, 16 iyul 2022) bərpası ilə günümüzə açıqladı şərh etdi (Kənan Hacı, "Dağları vüqarlı Şuşa" - ƏQ, 23 iyul 2022; Rəfail Tağızadə, "Vaqif poeziya günlərində yaşananlar" - ƏQ, 30 iyul 2022)

Bütün il ərzində "Azərbaycan" jurnalı "Şuşa-270", "2022 - Şuşa ili", "Şuşa mədəniyyətimizin paytaxtı" devizi ilə işıq üzü görərək, "Şuşa semantikası"nı daha da aydınlatan rakurslarla (Üzeyir Hacıbəyli, "Bayrağımız sarsılmaz!", M.M.Nəvvab, "Erməni tayfasına nəsihətlə", Vaqif Bəhmənli, "Bu qala bizim qala", Ayişə Nəbi, "Şuşaya məktub var", Mustafa Çəmənli, "İmarət məzarlığı...", Məmməd Oruc, "Qalanın İrəvan qarısı ya bir "aşk" hekayəsi", Raqub Kərimov, "Qasım bəy Zakirin şair nəvəsi. Asi poeziyasından örnəklər...", İsmayıl Mərcanlı İmanzadə, "Şuşa etüdləri (poema)", Ramiz Qusarçaylı, "Gün Şuşa günüdü, il Şuşa ili (şeir)", Rüstəm Kamal "Şuşa ədəbiyyatımızda metereoloji mif kimi" "Şuşanın mifopoetikası: qala qapıları"..., İntiqam Qasımzadə, "Salam, Şuşa!", Şəlalə Həsənova, "Şuşa: mədəniyyət kodu", Lalə Həsənova, "Yaşar Qarayev yaradıcılığında Vətən anlayışı: tarixi mənəvi itkilərimiz"...) zənginləşdirdi. "Ulduz" jurnalı da bəzi materiallarında "Şuşa ili"nin düşüncələrinə dalır, peşində olur (Taleh Mənsur, "44 saat Şuşada", Rəşid Faxralı, "Vətən müharibəsi - Qələbə fəlsəfəsi", Mətanət Vahid, "Natəvan - kədərli qürur abidəsi", Rəfail Tağızadə, "Vaqif poeziya günlərində yaşananlar", İradə Aytel, "Zəfər nəğməsi (şeir)", Ay Bəniz Əliyar, "Qayıdan torpaqlar, qayıtmayan oğullar (poema)"...)

Ümumən son illərin Qarabağ tematikası üzərinə gəlişən ədəbiyyatşünaslıq işləri son halda "Şuşa ili"nə "Türk dünyasının mədəniyyət paytaxtı Şuşa" hesabatına gətirib çıxarır. Akademik İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif" (Bakı, "Elm təhsil", 2021), Mahirə Quliyevanın "Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında" (Bakı, "Elm təhsil", 2018) "Füzuli zirvəsi Vaqif başlanğıcı" (Bakı, "Elm təhsil", 2021), N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun (kollektiv) "Molla Pənah Vaqif. Həyatı yaradıcılığı" (Bakı, "Elm təhsil", 2022) monoqrafiyaları, habelə onlarla kitab məqalələr (Salidə Şərifova, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyətləri, problematikası, obrazları bədii dili". Bakı, "Elm təhsil", 2022; Mərziyyə Nəcəfova, "Müasir Azərbaycan poeziyasında Qarabağ"- Bakı, "Ecoprint", 2019 "Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi", Bakı, "Elm təhsil", 2021; Esmira Fuad (tərtibçi-müəllif) "44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında", Bakı, "Elm təhsil", 2022; Nizaməddin Şəmsizadə, "İşğal. Lənətlənmiş qala"- "Azərbaycan", ¹ 1, 2022; Mərziyyə Nəcəfova, "Oğullar Vətənin görən gözüdür"- ƏQ, 22 yanvar 2022 "Sevgidən keçən ömür"- ƏQ, 23 iyul 2022; Mətanət Vahid, "Mir Möhsün Nəvvabın Azərbaycan musiqişünaslığında rolu" (ƏQ, 23 iyul 2022), "Yoxsulların anası - xeyriyyəçi Gövhər ağa Cavanşir" (ƏQ, 24 sentyabr 2022) "Həmidə xanım Cavanşirin "Xatirələrim" əsəri pəncərəsindən görünən Şuşa" (ƏQ, 10 dekabr 2022); Nərgiz Cabbarlı, "Oyanmış ruhun gözəlliyi"- "Azərbaycan", ¹ 11, 2022; Zemfira Məhərrəmli, "Qarabağ yaddaşımızın inikası - "Bayraqdar"- "Azərbaycan", ¹ 6, 2022; Hicran Nəsibova, "Qarabağın poetik salnaməsi"- ƏQ, 17 dekabr 2022; )... məhz bu məqamı vurğulayır.

"Şuşa ili"ndə Azərbaycan Respublikası Prezidentinin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" 14 mart 2022-ci il tarixli sərəncamı ədəbi-tənqidi prosesdə bu istiqamətdə növbəti dalğaya təkan verdi: İslam Qəriblinin "Xurşidbanu Natəvan: Həyatı yaradıcılığı" (Bakı, "Elm təhsil", 2022) monoqrafiyası, onlarla məqalə - Mahirə Quliyeva, "Natəvan qədərli şairə" (ƏQ, 21 may 2022), Aslan Cəfərov, "Tək inci - xan qızı Natəvan" (ƏQ, 25 iyun 2022), Rübabə Şirinova, "Xan qızı Natəvanın İrəvan xanlığı ilə qohumluğu" (ƏQ, 25 iyun 2022), Nizami Tağısoy, "Taleyi kədər yüklü Xurşidbanu Natəvan" (ƏQ, 23 iyul 2022) s. - "Şuşanamə" ruhunda ərsəyə gəlməklə tarixi bir aura yaradır, mövzunu günün tələbatına cavab olaraq aktuallaşdırır...

 (Məqalənin ardı "Fraqmentlər" şəklində "Ədəbiyyat qəzeti"nin 22 iyul 2023-cü il tarixli sayında dərc olunmuşdur)

 

Tehran Əlişanoğlu

AMEA- nın müxbir üzvü

 

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 20-21; 23