“Qobustan” dərgisinin Cənubi Azərbaycan
sayı işıq üzü gördü
“Qobustan” Sənət Toplusunun Qış sayı çapdan çıxıb.
Kulis.az
xəbər verir ki, dərginin bu sayı Cənubi
Azərbaycan ədəbiyyatı,
mədəniyyəti, incəsənətinə
həsr olunub.
Dərginin baş
redaktoru, yazıçı-dramaturq
Pərvin Nurəliyeva
Cənubi Azərbaycan
mövzusunun “Qobustan” üçün ənənəvi
və doğma olduğunu qeyd edib: “Ötən il Azərbaycan Yazıçılar Birliyinin
XIII Qurultayından sonra
İdarə Heyətinin
toplaşdığı ilk
Plenumda belə qərara alındı ki, dərigimizin bu il üçün
bir sayı Cənubi Azərbaycan mövzusuna həsr olunsun. Təxminən bir ilə yaxın
müddətdə bu yolda araşdırmalar aparıb, müəlliflərlə
müzakirələr edib,
bu sayı hazırladıq və artıq oxucularımızın
ixtiyarına verdik. Əlbəttə, bu elə dərin və ağrılı mövzudur ki, bir sayda onu
əhatə etmək mümkünsüzdür. Daha
əvvəllər də
dərginin Cənub sayları nəşr edilib. İndi də əlimizdə olan maraqlı məqalələr var ki, növbəti saylarımızda da yer alacaqlar”.
Reklamınızı SmartBee ilə effektiv edin.
Müharibəyə səbəb olan meyvə - Vüsal Bağırlı
Azərbaycanlı prodüserin filmi Rusiyada təqdim ediləcək - VİDEO
Rac Kapur onun
üçün piano çalmışdı
– Kinomuzun Gülnazı
Dərginin bu sayında
Cənubi Azərbaycan
ədəbiyyatı, musiqisi,
rəssamlığı, xalçaçılığı,
memarlığı, kinosu
haqqında müxtəlif
sevilən müəlliflərin
esse və məqalələri yer alıb... Həmçinin
bu sayda “Söz gənclərdə”
layihəsi çərçivəsində
üç ayrı yazı oxuculara təqdim olunub. Bu dəfə gənclər
“Nurəngiz Gün yaradıcılığında Cənub ağrıları”,
“Cənubi Azərbaycan
- kinoda”, “Mərziyyədən
Nərgizə” mövzularında
apardıqları araşdırmaları
qələmə alıblar.
Layihədə iştirak
edən yüzdən çox gəncin 20-nin komanda işinin nəticəsi dərgi səhifələrini bəzəyib.
Qeyd edək ki, “Qobustan” dərgisinin gələn il üçün
ilk nömrəsi Türkiyənin
“Türk ədəbiyyatı”
dərgisi ilə qarşılıqlı razılaşma
əsasında “Türkiyə
özəl sayı” olaraq oxuculara təqdim ediləcək.
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, ¹ 48-49. - S. 23.