Argentinalıların mənəvi dostu
Deyirlər, "musiqinin dili yoxdur", məncə, elə rəqsin də dili olmur. Çünki
bir xalqı tanımaq istəyirsənsə,
əvvəla, onun
milli musiqisi və
milli rəqsləri ilə
tanış olmalısan.
Kim olursan-ol, hansı xalqa mənsub olursan-ol, istər azərbaycanlı,
istər argentinalı,
istər ingilis, fərq etməz, hər bir xalqın
mədəniyyətini məhz
onun milli musiqisi və milli rəqsləri sayəsində tanımaq olar. Bu mənada, vətəni Argentina olan
"Tanqo" rəqsi
bütün dünyada
çox böyük marağa səbəb olur.
Belə ki eşqin, məhəbbətin, dərin
hisslərin rəqsi olan "Tanqo" XIX əsrin sonu, XX əsrin əvvəllərində
Argentinanın paytaxtı
Buenos Ayres şəhərində və Uruqvayın paytaxtı Montevideonun yoxsul məhəllələrində
meydana gəlmişdir.
"Tanqo" hər iki ölkədə
yaranmasına baxmayaraq,
vətəni Argentina hesab
olunur. Məhz buna görə onun adını çəkəndə,
sadəcə, "Tanqo"
demirik, mütləq şəkildə "Argentina tanqosu"
kimi xitab edirik. Bu baxımdan, hələ bu günə qədər iki ölkə arasında mübahisə gedir. Uruqvay "Tanqo"nun ona məxsus olduğunu iddia edir. Argentina da, öz növbəsində,
"Tanqo"nun özünə
məxsus olduğunu qeyd edir. Lakin Uruqvayın iddialarına baxmayaraq, artıq bütün dünyada və tarixdə "Tanqo"nun vətəni
Argentina olaraq qəbul
olunur.
"Tanqo" rəqsi qadın və kişi arasında ifa olunan cütlü rəqsdir. O öz mənşəyini habanera, milonga və polka rəqsindən
götürmüşdür.
Tanqo adı Afrika tam-tamların çıxardığı
"Tan qo" səslərindən
və ya latınca "toxunmaq"
mənası verən
"tangere" sözündən götürülmüşdür.
Ümumiyyətlə, tanqonun yaranma tarixinə nəzər salsaq, bu rəqsin, sadəcə, bir rəqs olmadığını
anlayarıq. Argentina "tanqo"su,
sadəcə, bir rəqs deyil, rəqsdən daha artıqdır.
O illərdə yaşanan müharibələr,
aclıq, susuzluq insanların depressiyada olmasına səbəb olurdu. Aclıqdan, susuzluqdan, səfil həyatdan əziyyət çəkən bir çox insanlar Argentinaya köçmək
qərarına gəlirlər.
Onlar çox böyük ümid ilə Argentinaya gəlirdilər. Onlar düşünürdülər ki, bunu etməklə həyatları yaxşıya
doğru dəyişəcək.
Lakin təəssüflər olsun ki, vəziyyət xəyallarındakı kimi
gözəl olmadı.
Vətəndən kənarda,
onlar yenə ac-susuz həyatlarına davam edirlər. Lakin bu dəfə onların mənəvi əzabları daha da artdı. Bütün bu iztirablara vətən həsrəti
də əlavə olundu... Məhz buna görə onlar, bir az da olsa,
təskinlik tapmaq, öz əzablarını
dəf etmək üçün eyni zamanda vətənlərinin
xatirələrini yaşatmaq
üçün tanqo
rəqsini yaratmış
oldular.
Bu insanlar "Tanqo" ilə öz əzablarını,
iztirablarını, sevincini,
sevgi və məhəbbətini, o cümlədən,
qısqanclıqlarını əks etdirirdilər. Onlar üçün
"Tanqo", sadəcə,
bir rəqs deyil, eyni zamanda
bir təskinlik idi.
"Tanqo"nun tarixinə nəzər salıb, onun ayrılmaz hissəsini təşkil edən,
"Tanqo"nun kralı
olan Karlos Qardelin adını çəkməmək günah
olardı. Karlos Qardel ilk "Tanqo" sənətkarı olan müğənni, bəstəkar,
argentinalı aktyor və tanqoların həm ifaçısı,
həm müəllifi
olmuşdur.
Onun ən məşhur
tanqolarından biri
"Por uno cabesa" olmuşdur.
Bu tanqonu, dünyada, demək olar ki, hər kəs tanıyır. Demək olar ki, hər kəs "Por uno cabesa"
tanqosunu Al Paçinonun
baş rolda oynadığı "Qadın
ətri" filmində
aydın şəkildə
eşidib.
Karlos Qardel - elə bir sənətkar
idi ki, o Tanqo"nu əsl pəşəkar səviyyəyə gətirib
çıxarır. Karlos
"Tanqo"nu yoxsul məhəllələrin küçələrindən
və səviyyəcə
aşağı olan məkanlardan peşəkar
səhnəyə gətirib
çıxarır və
"Tanqo" tarixinə
yeni nəfəs verir.
O, "Tanqo"nu, nəinki
pəşəkar səhnəyə,
eyni zamanda bütün dünya səhnələrinə çıxarır.
Məhz buna görə
Karlos Qardelin şərəfinə onun
doğum tarixi, 11 dekabr - bütün dünyada beynəlxalq
"Tanqo" günü
keçirilir və təbii ki, Azərbaycanda
da bu tarix "Tanqo" rəqssevərləri
arasında xüsusilə
qeyd olunur.
Maraqlı faktlardan biri odur ki, bu
rəqs yeni yarandığı
zaman yalnız kişilər
tərəfindən ifa
olunurdu. Bunun da səbəbi
o idi ki, onlar belə yolla qadınları cəzb etməyə çalışırdılar.
Kişilərin "Tanqo"nu
ifa etdiyi zaman bu rəqsin estetikası tamamilə fərqli idi. Rəqs incəlikdən çox uzaq idi. Məhz sonradan bu rəqsə
qadınların daxil olması onu tamamladı. "Tanqo"da
lazim olan estetika, gözəllik tamlıq təşkil etdi və rəqsə
tamamilə başqa bir ab-hava gətirdi.
"Tanqo"nun bir çox növləri var. Bunlardan:
Milonga, Fin tanqosu, səhnə
tanqosu, Tanqo nueva və s. adlarını çəkmək
olar.
Tanqo - ən çətin bal rəqsi hesab olunur. Onun saysız-hesabsız elementləri
var və hər bir elementin ayrı-ayrı
improvizasiyası var.
Bu rəqs çox mürəkkəb
olduğundan, onu öyrənən zaman hərəkətlərin
əzbərlənməsinə icazə verilmir. Çünki hərəkətlər
əzbərlənməyə başlananda bütün elementləri səhv salmaq mümkünatı vardır. Buna görə də "Tanqo" müəllimləri hərəkətlərin
əzbərlənməsinə icazə vermirlər.
"Tanqo" rəqsinin ifası zamanı partnyorların qarşısına qoyulan vəzifə mütləq
şəkildə bir-birilərini
hiss etmək və uyumlu olmağa çalışmaqdır. "Tanqo"da bəy xanımı hərəkətlərə
doğru yönləndirir.
Xanım isə, öz növbəsində,
onu uyğun müşayiət edir.
"Tanqo" rəqsinin
icrası zamanı əgər xanım bəyin ayağını
tapdalayarsa, bir qayda olaraq bəyin
düzgün yönləndirməməsi
nəticəsində bu
baş verir.
"Tanqo" ilə yeni məşğul
olmağa gələn
tələbələrə ilk təməl hərəkət
olaraq, müəllim gəzişmə hərəkətini
öyrədir. Gəzişməyə
ispan dilində "kaminada" deyirlər. Kaminada çox vacib elementdir. "Tanqo"da bütün hərəkətlər onun
əsasında icra olunur. Bu hərəkət
mənimsənildikdən sonra
artıq digər hərəkətlər öyrənilir.
Argentina "Tanqo"sunda
iki növ "sarılma" var. Biri, yaxın
məsafəli sarılmadır,
digəri isə, daha məsafəli sarılma növüdür.
Yaxın məsafəli
sarılma milonqa gecələrində tətbiq
olunur. Lakin rəqsdə
hansı sarılma növündən istifadə
olunması tamamilə
xanımın istəyinə
bağlıdır.
"Tanqo"nun əsas şərtlərindən
biri də odur ki, partnyorlar rəqs edərkən, əsla yerə, yəni, aşağıya
baxmamalıdırlar. Rəqs
zamanı qadın kişinin boğaz hissəsinə və ya üzünə baxmalıdır, kişi isə, ətrafda baş verənlərə
nəzarət etməlidir.
Çünki rəqsdə
yönü bəy verdiyi üçün ətrafa görə vəziyyəti də o idarə edir. Bəyin ətrafa nəzarət etməsi digər rəqs edən cütlüklərə
mane olmaması, məsafənin qorunmasına
nəzarət, yəni
digər cütlüklər
ilə toqquşmasının
qarşısını almaq
üçün çox
vacib aspektdir. Argentinanın milonqa gecələrində buna çox
diqqət yetirilir. Əgər cütlük rəqs edərkən, digərlərinə mane olarsa və rəqs edənlərin biri ilə toqquşarsa,
o cütlüyə sarı
və ya qırmızı vərəqə
göstərirlər. Bu o deməkdir
ki, gələn dəfə
həmin milonqa gecəsində o cütlüyün
bir daha iştirak etməsi qadağan olunur.
"Tanqo"nun qızıl dövrü də mövcud idi ki, bu dövr
1940-1950-ci illəri əhatə
edir. Məhz bu dövrdə bir çox tanqo musiqiləri, sənətkarları, dirijorları,
orkestrləri və tanqo müəllifləri yaranırdı. Buna nümunə
olaraq, Fransisko Kanaro, Xuan Darientso, Karlos Di Sarli, Rodolfo Biagi, Alberto Kastilla və bir çoxlarının
adını çəkmək
olar. Sonradan, hətta qızıl dövr bitmiş olsa da, yenə də "Tanqo" aktual qalır və bu sahədə
bir çox yaradıcılar yenə də gündəmdə olur.
"Tanqo" rəqssevərləri arasında
"milonqa gecələri",
xüsusilə, diqqətəlayiqdir.
Bu, dünyanın bir çox ölkələrində,
o cümlədən, vətənimizdə
də yüksək səviyyədə keçirilməkdədir.
Mən deyərdim ki, bizdə keçirilən milonqa gecələri istər rəqsin ifa baxımından, istər məkan baxımından daha gözəl olur.
Milonqa gecələrinin çox maraqlı qanunları vardır. Bunlardan biri, partnyoru rəqsə dəvət etmək ənənəsidir. Bu zaman bəy
tərəfindən Kabaseo,
xanım tərəfindən
isə, Mirada hərəkəti
icra olunur.
Kabaseo zamanı bəy xanımı rəqsə dəvət etmək üçün ona diqqətlə baxır, onun nəzəri hər zaman xanımın üzərində
olur. Bu, bəyin həmin xanımla rəqs etmək istəyini göstərir.
Bu, təklif kimidir. Xanım, həqiqətən
də, o bəyin təklifinə müsbət
yanaşırsa, cavab olaraq ona baxır
və bu zaman bəy onun masasına
yaxınlaşaraq, onu
əyani şəkildə
dəvət edir. Lakin
əgər xanım qarşı masada oturan bəyin təklifinə mənfi reaksiya göstərirsə
və onunla rəqs etmək istəmirsə, baxışlarını
ondan qaçırır.
Bu cür vəziyyətdə
bəy inad edib, onun masasına
da yaxınlaşaraq onu
dəvət edə bilər. Bu zaman xanım rəqs dəvətinə
razılıq verə
də bilər və rədd edə də bilər.
Milonqada, həm də xanım bəyi rəqsə dəvət edə bilər. Xanımın bəyi dəvət etməsinə Mirada deyilir.
Miradada da Kabaseoda olan bütün qaydalar keçərlidir.
Milonqada rəqs zamanı bəylər ətrafa diqqətlə fikir verməlidirlər. Digər rəqs edənlər ilə toqquşmaq riski vardır. Buna görə,
hətta Argentinada insanlara sarı və ya qırmızı
vərəqə göstərib,
tərk etmələrini
tələb edirlər
və bir daha həmin milonqa gecəsinə onların girişi qadağan olunur.
Hər bir milonqa
gecəsinin sonunda La Cumparsita tanqosu səslənir. La Cumparsita
tanqosu elə bir tanqodur ki, onu, sadəcə, evli olanlar öz
həyat yoldaşları
ilə rəqs etməlidirlər. Buna görə
də, milonqa gecəsində bu tanqo səslənəndə
hər kəs öz həyat yoldaşını rəqsə
dəvət edir.
"Tanqo" rəqsini müşayiət
edən musiqi alətləri, xüsusilə,
diqqətəlayiqdir. "Tanqo"
rəqsini müşayiət
edən alətlər:
fortepiano, violin, çello, kontrabas
və ən əsas alət - bandaneon olur. Bandaneonun müşayiət zamanı
iştirakı çox
vacibdir. Çünki
bandaneon aləti "Tanqo"nun əsas simvoludur.
Ənənəvi Argentina "Tanqo"sunu
onun ifası olmadan təsəvvür etmək qeyri-mümkündür.
Bandaneon "Tanqo"ya
tamamilə fərqli bir aura və ab-hava verir, onu
digər rəqs musiqi nümunələrindən
fərqləndirir.
Bandaneon aləti - təxminən qarmona bənzəyir, lakin formaca bir az
fərqlidir. Alət təxminən, 1845-ci illərdə
icad edilmişdir. Kökü konsertinos alətinə aid olmuşdur.
Bandaneon Buenos Ayresdə çox tez məşhurlaşdı və
Argentina "Tanqo"sunun ayrılmaz
bir hissəsinə və gözəl ştrixinə çevrildi.
Bu alət əslində
kilsədə istifadə
olunan orqanı əvəz etmək üçün bir alternativ idi. Lakin Argentinaya gətirildikdən
sonra adı "Tanqo" ilə yanaşı çəkilməyə
başlanır.
Kamilla Əliyeva
Ədəbiyyat qəzeti.
- 2023. - 16 dekabr, ¹ 48- 49. - S. 32.