Şəhidim
Göz yaşını tökmə ana,
Yoluma göz dikmə, ana,
Cənnətdə evim qurulub,
Arzudan ev tikmə, ana!
Selə dönən göz yaşından,
Ağlama, boğuluram, ana.
Qaytarılan torpaqlarda
Təzədən doğularam, ana!
Səhər günəş doğulanda
Şəfəqə dönəcəyəm.
Gözlərinin yaşını
Hər gün mən siləcəyəm.
Otların qoxusundan
Ətrimi duyacaqsan,
Parlayan jaləsindən
Əksimi görəcəksən.
Qanım axan torpaqda
Lalələr bitəcək, ana!
Bir daha o güllələr
Bizi öldürməyəcək, ana!
Havva ADƏMSOY