Qəlbimdən asdığım şəkil
Yasif Nəsirlinin
yubileyinə
Vaxt-bivaxt, ən duyğulu anlarımda unudulmaz Rəsul Rzanın dil əzbəri olan bu misraları dolanır yaddaşımda:
Mənə bir sərgi salonu verin,
Orda bir insan şəkli açacağam -
Adi bi insan.
...Orda bir insan şəkli
açacam,
Görünsün dünyanın
hər yerindən,
...Bir insan şəkli asacağam -
Baxışında sınaq
günləri,
Dözüm sənələri...
Maraqlıdı, eləmi?
Kimin, kimlərin şəklinə əl aparardım o divardan asmaq üçün? Doğmalarım, əzizlərim,
xeyirxahlarım var. Adbaad
saymaq istəmirəm.
Amma bütün səmimiyyətimlə
deyirəm ki, o şəkillər
sırasında ən
ön cərgədə
yer tutanlardan biri də mütləq
və heç şübhəsiz görkəmli
nasir, tənqidçi,
publisist, tərcüməçi
Yasif Nəsirlinin doğma, gülümsər
şəkli olardı.
Burası bir ayrı söhbətin mövzusudu...
Maraq doğuran başqa bir önəmli məsələ
də var; bu duyğulu istək çevrəsində bilmək
istədiyim bir məsələ də var
ki, Yasif müəllimin
özü ilk olaraq, heç bir tərəddüdə yol
vermədən kimin, kimlərin, nələrin şəklini asardı o pak, qudsal sərgi
salonundan?
Təbii ki, heç
düşünüb-daşınmadan dünyaya göz açdığı Cəbrayıl
rayonunun füsunkar, doğma Kavdar kəndinin şəklinə
uzanardı əli. Dünyanın bütün
gözəlliklərinin, paklığının
ifadəçisi olan Kavdar gələrdi hər şeydən öncə gözləri önünə... Bilirəm
ki, Yasif müəllim
üçün o doğma
Kavdar kəndi adi bir inzibati
ərazi vahidi deyil, daha çox
nostalji xatirələrlə
süslənmiş muzey
kimidir. Elə bir muzey ki, açılır
doğmalar xatirəsiylə,
bağlanır illərin
addım səsiylə.
O unudulmaz Kavdar kəndi adi bir yaşayış yerindən çox elə bir muzeydi
ki, illəri nar kimi yaddaşa sıxır. Girişi yenə də işıq gələnə,
çıxışı insanlıq
tərəfə çıxır.
Qardaş əvəzidi
orda hər çinar,
Söyüdlər doğmaca
bacı kimidir.
Analar hər kəsə ana əvəzi,
Atalar başların
tacı kimidir.
Hər cığır
yaddaşa açılan
qapı,
Hər addım
doğulan yeni həyatdı.
Daha kənd
deyil ki...
Bir muzeydi bu,
Görünən nə varsa eksponatdı.
O saflıqdan, halallıqdan, unudulmazlıqdan
gələnlərdəndi Yasif
Nəsirli. Onunla ünsiyyətdə olmaq bütün yaxşıları,
munisləri, yaxşılıqları,
halallıq adına nə varsa, hamısını göz önünə gətirmək,
o qudsal aləmi yaşamaq məqamıdır.
İllər öncəsi
görkəmli yazıçı
Süleyman Rəhimovla
bağlı bir əhvalat söyləmişdi
Yasif müəllim mənə. Deyir, Moskvada yaşayan şair dostu İbrahim Kəbirli Süleyman müəllimin qonağı
olan zaman durub-dayanmadan
onun bənzərsiz yaradıcılığı haqqında
xoş fikirlər söyləyir, tərifi-tərif
dalınca yağdırırmış.
Növbəti gəlişlərin
birində yenə eyni sözlər təkrar olunur, təriflər deyilir. Bu dəfə Süleyman Rəhimov üzünü
İbrahim Kəbirliyə tutub
yarı ciddi-yarı zarafat deyir ki, İbrahim, bu sözləri burada deyirsən, bir mən eşidirəm,
bir də həyat yoldaşım. Olmaz ki, bu fikirlərini
yazıb, qəzet-jurnallardan
birinin səhifəsində
çap etdirəsən,
hamı oxuya?
İndi, yazımın
bu yerində Yasif müəllimin özündən eşitdiyim
həmin ibrətamiz əhvalat dönə-dönə
yadıma düşür.
Yadıma düşdükcə
elə mən özüm də dərsimi alır, hesabımı götürürəm
ki, bunca xoş münasibət, dərin sayğı bəslədiyim
Yasif müəllim haqqında qəlbimdən
keçənlər nədən
qələmimdən keçməsin?
Olurmu belə şey?! O adam ki, onunla ünsiyyət uca Allahı, ləyaqət hissini, insaniyyət duyğusunu, yaxşılıq anlayışını,
əsl kişilik məqamını yada salır,
nədən yazmayasan onun hər kəsə
örnək olan pak, səmimi, müdrik varlığından?
Yasif Nəsirli ilə ünsiyyət hər şeydən əvvəl (və bütün qapsamı ilə) onun ömür yolunun, dünyagörüşünün formalaşmasında müstəsna
xidmətləri olmuş
ulu öndər Heydər
Əliyevi yenidən dərk etmək, bu dahi insanın
şəxsiyyət böyüklüyünü
bütün miqyası
ilə göz önünə gətirmək
məqamıdır.
Yasif Nəsirli ilə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailən qarşısında məsuliyyət
hissini bütün qapsamıyla dərk etmək məqamı, paklaşmaq, özünü
dərk zamanıdı.
Yasif müəllimin yaddaşında ötüb-keçən
zaman, yaxud nə varsa hamısı bugünündə ömür
edir. Unudulmaz Rəsul Rza, İlyas Əfəndiyev, Əli Vəliyev, Süleyman Rəhimov, Mir Cəlal Paşayev, Mirzə
İbrahimov, Əli Kərim,
Sabir Əhmədli, Məmməd
Araz, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Vasif Məmmədəliyev,
Yusif Səmədoğlu,
İsi Məlikzadə, daha
kimlər, kimlər onun dünyasında canlı, yaşarı və dipdiridilər. Xalq yazıçıları
Anara, Elçinə, Nəriman
Həsənzadəyə, Mövlud
Süleymanlıya, Vidadi
Babanlıya, eləcə
də Aqil Abbasa, Rəşad Məcidə bəslədiyi xoş duyğular barədə fikirlərini dinləmək
"insanda insan oyatmaq" məqamıdı.
Xatirələri vətəni,
yaxın-uzaq ölkələri,
gündoğanla günbatan
arası böyük bir coğrafiyanın seyrinə, yolçuluğuna
çıxmaq həqiqətidi.
Kimdən, nələrdən,
hansı məkandan yazırsa, doğmalaşdırır,
maraq oyadır, maarifləndirir. O şəxsiyyətlərdən,
o məmləkətlərdən, o ilahi məqamlardan keçirib gətirir adamı. Xeyirxahlıq, vətəndaşlıq dərsi
verir. Yasif müəllimin gündəlik
yaşamı arxada qoyub gəldiyi illərlə bugünkü
ömür-gün arasında
verdiyi hesabat məqamıdı. Ömrün
ötən illəri,
xatirələri bütün
unudulmazlığı ilə
cövlan edir yaddaşında. Hər gün, hər sabah, hər axşam. Yasif müəllimin yaxın dostu olmuş görkəmli filosof-şair
Aslan Aslanovun aşağıdakı
misralarını öz
ürək sözü,
qəlb döyüntüsü
kimi qımıldanır
yaddaşında. Elə
bil öz könlünün səsi,
yazısıdır:
Ömrümün gül çağı, gənclik
günlərim,
Ömrün yollarında
düşüb qaldınız.
Yarımçıq qoyduğum
toy-döyünlərim -
Məni qocalığa
yola saldınız.
Qüssəli, həyatın
vəfasızlığı barədə olan düşüncələrdi. Amma Yasif müəllimlə ünsiyyət zamanı baxıb görürsən
ki, təəssüf dolu
bu hisslər yalnız cismani yaşamın ərkindən
irəli gələn münasibətdi. Ruhun, düşüncənin, həyata
baxışınsa müdrik
cavanlıq məqamını,
ömrün el arasında deyilən əsl "oğlan çağı"nı yaşamaqdadı
Yasif müəllim. Əməkdar incəsənət
xadimi, yazıçı-publisist,
alim, tədqiqatçı, ictimai-siyasi xadim, yüksək rütbəli
zabit kimi yenə də gənclik şövqü
ilə xalqına, dövlətinə xidmət
göstərməkdədi. Gənclik həvəsilə
yazıb-yaratmaqdadı. Yeni kitablarında da çeşidli
insan talelələrinə,
burulğanlı dünyanın
insanlara gətirdiyi acılı-şirinli həyat
gerçəkliyinə özünəməxsus
müdrik yozum verə-verə qələmə
alır. Amma ən əsası, bu yazdıqlarında Yasif müəllimin özü
var. Qayğıkeş, həssas,
kövrək ürəyinin
səsi, döyüntüsü
var. Bu səmimiyyəti, doğmalığı
və qayğıkeşliyi
ilə insanların yanındadı. Heç unutmuram, yaxın illərdə şəxsi
problemimlə bağlı
Yasif müəllimlə
görüşmək istəyirdim.
Gümanım gələn,
ərkim çatan doğmam kimi. Nəşriyyatın önündə
dayanıb götür-qoy
edirdim ki, deyim-deməyim?
Görüşüm-görüşməyim?
O qədər xəyallıydım
ki, qarşımda dayanan
insanın kimliyinin fərqində deyildim. Təşəbbüs qarşı
tərəfdən gəldi:
- "Yenə göylərdədir şair
xəyalın..." Nə
yaman fikrə getmisən, nolub?
Sanki yuxudan ayıldım. Qarşımdakı
insanın surəti aydınlaşdıqca şaşırıb
qaldım; o idi, mehriban, qayğıkeş
Yasif müəllim. Kirimişcə durub üzünə baxırdım.
Özünəməxsus təbəssümlə:
- Vacib bir iş üçün
gedirəm, yarım saatdan sonra iş
otağıma, yanıma
gəl - deyib xidməti maşınına
doğru irəlilədi.
İndi bu sətirləri yaza-yaza eyni zamanda Yasif
müəllimlə ilk canlı
ünsiyyətimi xatırlayıram.
Tez-tez nəşriyyatın
giriş qapısında
üz-üzə gəlir,
çox vaxt eyni liftlə qalxırdıq. Əlbəttə,
mən bu sadə, səmimi insanın kimliyini yaxşı bilirdim. Ədəb-ərkanla yol verir, diqqət göstərirdim. Eyni zamanda özlüyümdə
düşünürdüm ki, görəsən bu mehriban insan mənim yazılarımı
oxuyurmu? Amma növbəti
lift yoldaşlığımız zamanı o, heç gözləmədiyim halda
işıqlı bir təbəssümlə "yazdıqlarını
oxuyuram, xoşuma gəlir, möhkəm ol" - deyə nəzərlərini üstümdə
saxladı. Açığı,
çox mütəəssir
oldum. Necə təşəkkür edəcəyimi
belə kəsdirə
bilmədim. Yaxşı
ki, liftin qapısı açıldı.
Yasif müəllim elə o xoş təbəssümüylə də
sağollaşıb çıxdı.
Və o qısa söhbət mənə ömürlük dərs oldu ki, görən, dəyər verən gözlər var. O gözlər
üçün yazıb-yaratmağa
dəyər.
Həmin anda gözəl şair Musa Ələkbərlinin Yasif
müəllimə, onun
görən gözünə,
anlayan qəlbinə xitabən yazdığı
misralar dolanırdı
yaddaşımda:
Sözün
qanadında uçmaq
olurmuş,
Bütün
kainatı qucmaq olurmuş.
Göyləri
kitabtək açmaq olurmuş
Qiyməti,
dəyəri ustad verəndə.
Əslində,
həmin anda bu sətirlər Yasif müəllimin mənim qələm təcrübələrimə olan
münasibətinə qarşılıq
verdiyim öz sözüm, minnətdarlıq
duyğularımın ifadəsiydi.
Belə düşünürdüm,
düşündükcə də yadıma dünyanın ilk kosmonavtı Yuri Qaqarinin vaxtilə Yasif müəllimə yazdığı məktubdan
sətirlər düşürdü:
"Bizi yad etdiyin üçün sağ ol. Teleqramda
yazdığın lətifə
də əla idi. Arvadım deyir ki, Yasif
bizə sataşır,
yəqin Molla Nəsrəddin elə Yasifin özüdür..."
Əlbəttə,
müdriklik, sadəlik
və səmimiyyət
mənasında...
Bu
sətirləri yaza-yaza
xəyalım Yasif müəllimin "Gündoğandan
Günbatana" kitabından
oxuduğum fikirlərin
üzərinə qayıdır:
"...Təyyarədə gözümü
yummuşam. Kənardan
baxan elə bilir ki, yuxuya
getmişəm. Əslində
isə ayığam. Xatirələr başımda
çözələnir. Biri
o birini əvəz edir... Yemək paylayan qızların kreslonun yanında dayanan balaca arabacağı mənim uzaqlarda olan xəyallarımı özümə
qaytarır...
Əslində,
indi mən özüm də o durumdayam. Yaddaşımın
dərinliklərində nədən
başlayıb, nələri
yazacağım barədə
düşünürəm. Yasif müəllimlə bağlı sayğı dolu fikirlərimin hansından başlayıb,
hansına doğru getməyin səmtini tutmaqda çətinlik çəkirəm. Elə
bu məqamda da yaxşılığını,
qayğıkeşliyini əsirgəmir
məndən. "Gündoğanla
Günbatana" adlı
kitabı yetir köməyimə. Açıram
və dərin bir heyranlıqla Yasif müəllim haqqında görkəmli yazıçı və şairlərin, fikirdaşlarının
səmimi ürək sözləri çəkir
nəzərlərimi. Xalq
yazıçısı Mirzə
İbrahimovun fikirləri
lap başdan gəlir: "Yasif, sənin Dövlət Təhlükəsizlik Komitəsində
bizim işlərlə
bağlı fəaliyyətin
yazıçılarımıza yeni nəfəs verdi. Sən müdrik siyasətçisən.
Sözün əsl mənasında vətənpərvərsən.
Səni görəndə
gəncliyimi xatırlayıram..."
Ardınca
da Yasif Nəsirlinin universitet müəllimi, namizədlik
dissertasiyasının rəhbəri,
unudulmaz Mir Cəlal Paşayevin
1964-cü ildə məşhur
"Bir gəncin manifesti" kitabında əksini tapan avtoqraf yazısı gəlir: "Yasif, tez-tez görün. Sən gələndə mənim əhval-ruhum təzələnir. Dissertasiyanı
müzakirəyə təqdim
et".
Görkəmli
bəstəkar Tofiq Quliyevin ürək sözləri üzərində
dayanır nəzərlərim:
"Yasiflə çoxlu
xarici səfərlərdə
olmuşam. O, sözün
əsl mənasında
böyük qəlbə,
böyük ürəyə
malik ziyalıdır. Xeyirxah və nəcib insandır. Respublika qarşısında
yaddan çıxmayan,
silinməyən xidmətləri
var... Yasifin bir xalqın elçisi olmağa, bütöv bir xalqı təmsil etməyə mənəvi
haqqı var. Onun yazılarını oxuyuram. Elə bil Allah Yasifi
insanlara yaxşılıq
etmək üçün
yaradıb. O, hətta
istəsə də pislik edə bilməz. Onun həmişə üz-gözündən
nur yağır. Ürəyi düz, amalı nurlu insandır".
Yasif
müəllimlə bağlı
ürəyimdən keçən,
demək istədiym nə varsa, bu yazılanlarda var. Hər birini
öz şəxsi münasibətim kimi oxuyur, yaddaşıma köçürürəm. Elə
xalq şairi Bəxtiyar Vahabzadənin fikirlərini də: "Yasif ömrünün böyük bir hissəsini dövlət işinə hərs etdiyindən Allahın ona verdiyi fitri
istedadından tam istifadə etməyə vaxtı az oldu...
O, uzun zaman DTK-da rəhbər işdə çalışıb.
Həmin illərdə
çoxlu ziyalılarımızı
ölümdən, şərdən,
böhtandan xilas etmişdir. Yüzlərlə
insanın üzərinə
işıq salmışdır.
Onlardan biri də mənəm. Əgər Yasif olmasaydı, mən bu günkü Bəxtiyar olmazdım. Mən bu günüm
üçün ona minnətdaram".
Əməkdar
elm xadimi, professor Qəzənfər
Kazımov Yasif müəllimi əsl şəxsiyyət kimi səciyyələndirir, Xalq
şairi Sabir Rüstəmxanlı onu
"Ömür kitabı"nın
qəhrəmanlarından biri
adlandırır. xalq yazıçısı Elçin
dərin səmimiyyətlə
yazır ki, "Yasif... Siz 20 ilə yaxın ulu öndərimiz Heydər Əliyevlə işləmisiniz, onun silahdaşısınız, ona
sədaqətlisiniz. Biz
bundan qürur hissi keçiririk. Siz təkcə bir ailənin, nəslin oğlu deyilsiniz. Siz Azərbaycan üçün
doğulmusunuz. Sizin xalqınız qarşısında
yadda qalan xidmətləriniz var".
Unudulmaz
alim-yazıçı Qulu
Xəlilov Yasif müəllimdən "torpaq
ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli,
bütöv xarakterli,
əqidəli, dar günün həmdəmi
olan bir insan kimi söz
açır. Nəzərlərim
akademik Tofiq Köçərlinin yazdıqları
üzərində dayanır:
"Tanrı Qarabağın
azad edilməsi gününü görməyi
bizə qismət etsin. Birgə gedək, diz çöküb ağlaya-ağlaya
Qarabağ torpağını
öpək, doğulduğun
Kavdar kəndini, əsərlərində təsvir
etdiyin Gültəpə
dağını ziyarət
edək... Şuşada,
Cəbrayılda doyunca
şadyanalıq edək..."
O gün
gəldi. Və mən bütün səmimiyyətimlə inanıram
ki, Yasif müəllim ömrünün
müdriklik çağında
doğma Qarabağı
o doğma, əziz yerləri azad görmək istəyən,
o nisgillə həyatlarını
qeyb etmiş dostlarının da əvəzinə yazıçı
dostu Elçin Hüseynbəyli və qardaşı oğlu Elmanla birlikdə ziyarət etdi. O doğma yerlərə onların da gözüylə baxdı.
Xatirələrini özüylə
apardı, ruhlarını
şad etdi...
Bu
nostalji fikirlərlə
baş-başa görkəmli
yazıçı Cəmil
Əlibəyovun ürək
sözlərilə üzbəüz
qalıram: "Mənim
analı dünyamın
adamlarından - mənim
ən acı və şirin günlərimin şahidlərindən
və dayaqlarından ən etibarlısı kimi, Yasif, səni
həmişə özümə
qardaş bilmişəm
və yəqin bundan sonra da
belə olacaq".
Təbii ki, indinin özündə də belədi və gələcəkdə də belə olacaq nurlu insan, ictimai xadim, böyük vətəndaş, beş il Ulu Öndərin köməkçisi, 1975-1982-ci illərdə onun mühafizəçisinin rəhbəri olmuş Yasif Nəsirliyə olan dost-sirdaş, vətəndaş münasibəti.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, № 52. - S. 20-21.