Samirədə yadplanetli hissiyyatı var
"Əynimdəki
boz palto, başımdakı tünd
bənövşəyi yaylıq
və dağınıq
saçla özüm-özümə
anamı xatırladıram.
Yadıma gəlir, dayılarım, xalalarım
öləndə anam
da belə edərdi".
"- Siz xəstənin
nəyisiniz?" "Sonralar
oğlum dedi ki, dörd-beş dəqiqə
hərəkətsiz bir
nöqtəyə baxıb
dayanmışam". "Gəlmə!
İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda
da qoymadınız! İlahi,
bu qədər həngamənin içində
Cəbrayılın alınması
hardan ağlıma gəldi?"
Yazıçı Samirə
Əşrəfin "Saturasiya"
hekayəsinin bu cümlələrini oxuduqdan
sonra bilgisayardakı mətndən ayrıldım.
Başqa bilgisayarıma
- daxilimdəkinə boylandım.
Daxili ələmlərimiz,
bilgisayarlarımızını nurlu... bəli, məhz nurlu... işiqlı yox... ekranları birləşdi.
Mətnlərimiz, duyğularımız,
ruhi ədəbi ələmimiz də.
Bəli, həyatın
öz senzurası var
- uşaqlar, qohumlar. Cəbrayıl alınanda bu səbəbdən, bu ictimai senzuraya
görə təkcə
Samirə Əşrəf
yox, çoxlarımız
ağlamayıb. Ancaq yazıçının bu
senzurasız, tam açıq,
səmimi mətnini də oxuyanda mən ağlamadım. Çünki Samirə mərsiyəxan deyil. Mən isə əzadarlıq məclisində
oturmamışam.
Əsl ədəbiyyatla
təkbətəkəm, bu
səbəbdən, ağlamıram.
Ağlamaq, yazıçı
düz deyir, yersiz idi - həm
Cəbrayıl alınanda,
həm də yaxınlarımız dünyasını
dəyişəndə. Əsl
ağlamaq təklikdədir.
Üzüdivara ağlayanlardandı,
hekayə yazanlardandı
Samirə Əşrəf.
Məqsədi oxucunu ağlatmaq deyil.
Məqsədi, öz hekayəsini bizə oxutmaqdı. Özü istəyir ki, özü kimi, biz də, bu mənzərələri
görüb də, ağlamayaq.
Bizi ağlatmaqdan ötrü yox, ağlatmamaqdan ötrü
o bu hekayəsini yazıb.
Ədəbiyyatımızda təkəri
geri döndərib. Ədəbi mətni romantikadan, sentimental hisslərdən
qoparıb. Hərbi üsulda, alman yazarı
Ernst Yunger kimi yazır bu hekayəsini.
Göz yaşlarısız.
Dənizdə doqquz dalğa var. Marinist rəssam
Ayvazovski bu doqquzuncu dalğa haqda çox gözəl rəsm tablosu çəkib. Samirə Əşrəfin
həmin bax, bu mətni, dənizin "doqquzuncu,
ölümcül zərbəsi"
ilə eyni miqyaslı, deyərdim, hətta çoxəhatəlidir. Çoxqütblüdü,
çoxbucaqlıdır.
Bu mövzuda oxucunu ağlatmaq çox asandı. Ağlatmamaq isə çox çətin.
Misralara fikir verin. Bir də oxuyun. Ancaq Levitanın
səyi ilə oxuyun. Şəmistan Əlizamanlının ahəngini
qatın bu oxunuşa:
"Modulun dəmir qapısında bizi iki hərbçi
qarşılayır:
- Meyitlər burdan bir az
aralıdan - axırıncı
qapıdan verilir.
İşgüzar addımlarla
maşına əyləşib
onlar deyən yerə gedirik. Geniş ərazidir. Palçıq qarışdıran
maşın gurultulu səs çıxarır.
Ətrafda çoxlu kağız sement kisələri var.
Mühafizəçi bizə
yaxınlaşır:
- Bu gecə beş xəstə ölüb. Bir azdan hamısını çıxarıb
Sabunçuya - morqa aparacaqlar. Qara maşınlardı. Gözləyin,
sizinki hansı maşında olsa, ona yaxınlaşarsınız".
Azca yaşarmış,
nəmlənmiş oxucu
gözlərimiz bax, bu sərt, hərbi
cümlələrdən sonra
tam quruyur. Daxilimiz də quruyur. Samirə bəli, yaşartmır bizi. Qurudur. Qupquru edir.
"Quru qələm" deyərdim buna.
Bu qupquru mətn.
Qupquru
yaşıl, ancaq
Ancaq
yaşsız gözlər.
P.S. "Səsimdəki soyuqluq özümü də qorxudur". "Külək
yenə toz-torpağı
göyə sovurur. Ətrafdakı düzəngahda
qurumuş kollar küləkdən kirpi kimi yumulub-açılır".
Samirədə
yadplanetli hissiyyatı
var. Məndəki kimi. Çox sevdim hekayələrini. Bizim planetlisən.
Həmid
HERİSÇİ
Ədəbiyyat qəzeti.
- 2023. - 30 dekabr, ¹ 52. - S. 21.