Kalidasa
qədim hind mədəniyyətinin simvolu
kimi
Kalidasanın adı Hindistanda son dərəcə
dərin məna kəsb etməklə hind bədii mədəniyyətinin,
özünəməxsus poetik
dünyagörüşünün ali təcəssümü
kimi dərk və qəbul edilməkdədir. "Kalidasa"
hərfi mənada Kali
adlı ilahənin qulluqçusu anlamına gəlir. Onun yaradıcılığı klassik
hind mədəniyyətinin çiçəklənməsi dövrünü simvolizə
edir. Digər sənətkarlardan fərqli
olaraq yaradıcı fantaziyasının sərbəstliyi
və fərdi üslubu, insan qəlbinin təsvirindəki
zərgərcəsinə yanaşmalardan
istifadə və şairin öz dövrünə əhatəli
baxışı ön
plana çəkilir. Nəticədə
Kalidasanın əsərlərindəki
personajlar, özünəxas
parlaq şəxsiyyətlər
olması ilə bərabər, həm də onları hind xalqının mənəvi
dünyası, onun mədəniyyəti və
təbiəti ilə eyniləşdirilməsi ilə
diqqəti cəlb edir.
Kalidasanın adı,
bioqrafiyası, şəxsi
həyatı, fərdi
yaradıcılığı ilə bağlı saysız-hesabsız əfsanələr
yaradılmışdır. Onlardan birində Kalidasa Kali adlı ilahənin rəhmini qazandığına görə,
bu ilahənin yanında yaşayıb, kasıb və avam çobandan müdriklik əldə edə bilməklə poetik istedad sahibinə çevrilmiş,
həm də digər saray əyanlarının paxıllığı
ucbatından məhv edilmişdir. Burada, əlbəttə, orta əsrlər dövrü üçün səciyyəvi
olan Şərq və Qərb gəzərgi nağıl
süjetlərinə bağlı
olan məşhur insanların başına gələn sərgüzəstlərin
Kalidasanın adı ilə bağlılığını,
şoxsaylı hekayət,
lətifə, avam brəhmənlər və
saraydaxili şairlər
qarşısında onun
poetik qələbələrinin
əks olunduğunu və nəticədə onun ədəbi irsinə verilən yüksək dəyərin
özünü ifadə
etməsini də görmək mümkündür.
Kalidasanın mənşəyi
də dumanlıdır.
Bəzi əfsanələrə
görə o, Benqaliyadan,
Seylondan, yaxud Kəşmirdən, Uccayndan,
Benarisdən, Dxardan və s. olduğu söylənilir. Tanınmış
hind ədəbiyyatşünası D.Ş.Upadniyayanın qənaətinə görə
Kalidasa Kəşmirdəndir.
Elə buradaca bir daha bildirək
ki, Kalidasa ilə bağlı o qədər
ziddiyyətli məqamlar
vardır ki, onları
çözməyə bəlkə
də bir neçə kitabın həsr edilməsi də son nöqtə qoymaqla nəticələnə
bilməzdi. Odur ki, biz
konkret olaraq bu böyük sənətkarın yaradıcılığının
yalnız bəzi tərəflərindən danışmağa
üstünlük verəcəyik.
Beləliklə, Kalidasanın
adıyla bağlı
müxtəlif xarakterli
əsərlərin adları
çəkilməkdədir. Bu da digər məqamlarla yanaşı, həm də hindlilər arasında Kalidasa adının geniş mövcudluğu ilə bağlı olmuşdur. Bununla belə, əsasən götürdükdə
hind ədəbiyyatşünaslığı
və Avropa elmi nəzəri tənqidi ona məxsus üç dram əsəri "Şakuntala"
(yaxud "Sakuntala"),
"Vikramorvaşi", "Malyavika və Aqnimitra"; üç iri həcmli (onlardan ikisi epik "Raqxuvamşa" və "Kumarasambxava"
və bir də lirik "Meqxaduta") poemalardır.
Alim və tədqiqatçıların fikrincə
Kalidasanın həyat
və yaradıcılığı
qədim hind klassik mədəniyyətinin "qızıl
əsr" dövrünə
təsadüf edir. Məhz bu dövrdə
Hupt imperiyası öz çətiri altında dağınıq
əyalətləri vahid
bayraq altında birləşdirməyə müvəffəq
olmuşdur.
Kalidasanın yaradıcılığına
hər hansı hind yazıçısının təsirindən
danışmaq çətin
olsa da, "Ramayana" eposunun
müəyyən təsiri
olduğu söylənilməkdədir.
Eyni zamanda adını çəkdiyimiz
eposun təsirini "Malyavika və Aqnimitra"nın girişində
də görmək olur. Burada Kalidasa
öz sələfləri
Bxavasa, Kaviputru və Saumilli haqqında danışsa
da, onların həyat
və yaradıcılığı
ilə bağlı praktik olaraq heç nə məlum deyildir. Eyni zamanda bunu
da söyləyək ki, Kalidasa
yaradıcılığı dövrünə yaxın
bir dövrdə yaşayıb, əsərlərini
sanskritçə yazmış
yeganə hind şairi
Buddanın həyatına
ayrıca "Buddanın
həyatı" epik
poemasını həsr
etmiş Axvaqxoşanın
adını çəkmək
olar. Bundan başqa, buraya Vişnuşarmanu, yaxud
"Pançatantra", Aryaşuranın
"Catakamala" və
Vattsyanının "Kamasutra"sını
da aid etmək olar.
Kalidasanı bütün
dünyaya məşhur
edən onun "Şakuntala" (yaxud
"Tanınmış Şakuntala")
dramıdır. Burada şah Duşyanta və Şakuntala Menaki nimfin qızı
və müdrik Vişvamitrinin övladlarının
qarşılıqlı məhəbbətindən
söhbət açılır.
Qeyd etdiklərimizlə
yanaşı, hind ədəbiyyatı
tarixçilərinin fikrincə
və hind ənənələrinə
görə Kalidaşa
həm də çoxlu sayda - 30 poema və pyeslər
müəllifidir. Lakin burada
xeyli sayda digər əsərlərin
də adları çəkilir ki, onların
Kalidasanın adına
çıxılması da özünü doğrutmur.
Onların sırasında
"Rutuxamsara" ("İlin
fəsilləri") adlı
lirik poema da vardır ki, bu mənbə onun yeddinci əsəri kimi qeyd edilir.
Bəzi tədqiqatçılar
(O.Valter, F.İ.Şerbakova və
b.) "Rutuxamsara"nın Kalidasaya məxsusluğunu
tamamilə rədd etsələr də, digərləri (G.C.Jaia, S.Upadhyaya) adı çəkilən poemanı
yalnız Kalidasanın
yazdığında israrlıdırlar.
Onu da bildirək ki,
Kalidasanın "Malyavika
və Aqnimirta"sı
sanskritcə ilk müəllifli
pyes kimi tarixə düşmüşdür.
Kalidasanın adı ilə bağlı xronotoplar son dərəcə
yayğındır. Bunu
sübut edən başlıca məqam isə ondan ibarətdir ki, əgər
bəzi müəlliflər
Kalidasının həyatını,
yuxarıda söylədiyimiz
kimi, eramızdan əvvəllərə aparıb
çıxarırlarsa, ikinci
qism tədqiqatçılar
onun eramızın II əsrində, üçünçülər
isə VIII əsrində
yaşamasında israrlıdırlar.
Kalidasa xalq əfsanələrindən qidalanıb,
öz istedadına söykənərək çobanlıqdan
saray şairinə qədər yüksəlmiş
orijinal şəxsiyyət
olmaqla, həm də yaradıcılığı
folklor-epik ənənələrindən
əvvəl və ədəbi inkişafdan öncəki mərhələni
əhatə etməklə
onun bədii düşüncəsinin episentrində
xalq həyatı və təbiət hadisələrinin ilham mənbəyi olduğunu qeyd etməliyik. Məsələn, "Kumarın
doğuluşu" epik
poeması və "İlin fəsilləri"
lirik poemasında o, insan hisslərinin tərənnümünü ön
planda gözəl boyalarla təsvir etmişdir.
Kalidasanın yaratdığı
əsərlər arasında
ən məşhuru, heç sübhəsiz ki,
"Şakuntala", yaxud
"Üzüyündən tanınan Şakuntala"dır.
Həm qədim ənənə, həm də müasir ədəbi tənqid bu əsəri həm Kalidasa yaradıcılığının, həm də qədim hind dramaturgiyasının
zirvəsi hesab edir. Eyni zamanda
bəzi tədqiqatçılar
bu dramı müəllifin axırıncı
əsəri hesab edirlər. Onlar həm də belə bir fikirdə
əsasən həmrəydirlər
ki, bu əsərin süjeti "Şakuntala haqqında dastan" və
"Mahabharata"nın birinci
kitabından əxz edilmişdir. Eposun süjeti Ay sülaləsinin
tarixi ilə bağlıdır (qəhrəmanın
oğlu və Bharata dastanının qəhrəmanı
olan qadın Kalidasanın dramının
finalında ortaya çıxmaqla ona şah tayfasının adını verir. Onu bu mənada
həm də
"Bharata" poemasının adı ilə müqayisə edə bilərik). Bundan başqa, dastanın versiyasının həm də keçmiş haqqında dastanlardan "Padmapuran"la uyğunluq təşkil etdiyini görmək mümkündür.
Yeri gəlmişkən
qeyd edək ki, "Şakuntala" qədim
hind ədəbiyyatının Avropa dillərinə tərcümə olunmuş
ilk əsərlərindən hesab edilə bilər. Belə ki, Uilyam Consun ingilis
dilinə etdiyi tərcümədən sonra
Qərbin Kalidasa yaradıcılığına və
qədim hind mədəniyyətinə
marağı yetərincə
aktuallaşmışdır. Bu dram əsəri 1761-ci ildə
Kəlküttədə ingilis
dilində nəşr
olunmuşdur.
Kalidasa əsəri
sırf özününküləşdirməsi
üçün dramın
müxtəlif şəkillərinə
dərvişin lənətlədiyi
epizodu və qoruyucu-üzüyü daxil
edir. Üzük isə sözün həqiqi mənasında
son dərəcə möcüzəli
xassələri ilə
bir sehr olaraq əsərin bütün xarakterini dəyişməklə (Oldenburqun
təbirincə desək)
eposdan gələn kobud, həm də heç də bütün hallarda hadisələrin gedişini anlaşılmayan
bir əsərə çevirsə də, sözün əsil mənasında onu həm də qeyri-adi məhəbbət
dastanına çevirməklə,
sevginin əzəmətini
nümayiş etdirən
- hicran, iki sevən qəlbin yenidən vüsala yetişdiyi və s. kimi son dərəcə maraqlı bir poetik şedevrə çevirmişdir.
Rus tənqidçiləri
V.İ.Kalyanov və V.Q.Ermanın təsdiqlədiklərinə görə
dünya ədəbiyyatında
"Şakuntala" dramında
olduğu kimi əsərin birinci və üçüncü
şəkillərində yer
almış sevgi səhnələrinin bu qədər "yüksət
poetik möcüzə
ilə yapıldığını
tapmaq çətindir".
Bəhs etdiyimiz
dramın dördüncü
səhnəsində Şakunutalanın
öz doğma monastrından vidalaşıb
çıxması son dərəcə
dərin üzücü
hisslər və izaholunmaz ürək çırpıntıları və
gözəlliklə təsvir
olunmuşdur. Burada insan gözəlliyi ilə təbiət gözəlliyi elə bir ünsiyyət və ülfətə girir ki, mənzərə əsil dahi bədii təcəssüçüm
əldə edir. Şakuntala doğma yerlərdən ayrıldığına
görə kədərləndikcə,
sanki təbiətin özü də bu ayrılığa görə qəmə-qüssəyə
qərq olur:
Lani ronəöt
travu izo rta, ne qlotaə,
Pləsku ne xoçet
prodoljitğ pavlin,
Jeltıe listğə
vğönok uronil, izvivaəsğ,
Listğə, kak slezı, upali, qrustə o tebe.
Ceyranlar otları
ağzından salır,
Tovuz quşu
isə rəqs belə etmir,
Başların qaldırmır
saralmış otlar,
Yarpaqlar yaş tökür, onu düşünür.
(Tərcümə bizimdir)
Əsərin əksər
səhnələrində insanı
öz əlindən alan təsvirlər ortada dayanır. Şakuntala güllərlə,
daim yaşıl çiçəklərlə, əldə saxlanılıb
bəslənilmiş ceyranla
vidalaşarkən ceyran
onun donundan tutub buraxmır.
Kalidasanın qələmində
nəinki Şakuntalanın
sərv boylu qaməti əks olunmuş, həm də pyesdə yer almış Şakuntalanın rəfiqələri
Anasuyya və Priyambada da eyni vüsətlə təsvir
olunmuşlar.
Əksər tədqiqatçılar
Kalidasanın Şakuntalanı
xüsusi ilə yüksək poetik ustalıqla təsvir etdiyini göstərməkdədirlər.
Burada məzmun dərinliyi ilə yetkin harmoniya və bədii formanın kamilliyi diqqəti daha çox cəlb etməkdədir. Bir məqamı
da qeyd edək ki, Uilyam Consun "Şakuntala"nın 1789-ci ildə
ingilis tərcüməsindən
sonra Avropada bu qədim hind mənbəyinə olan maraq hədsiz dərəcədə artırmışdır.
Şakuntala Avropada
Herder, Şlegel, Humbolt,
Höte, Silven Levi, Rusiyada Karamzin və Balmontun əsərə sevgisini hədsiz etmişdir. Höte "Şakuntala"nın təsiri
altında "Faust"un
proloqunu yazmışdır.
Bədii keyfiyyətinə
görə Kalidasanın
digər bir dramatik şedevri "Vikramorvaşi"də, demək
olar ki, "Şakuntala"dan
zəif əsər deyildir. Əlbəttə,
Kalidasanın həm bu, həm də
digər yuxarıda adlarını çəkdiyimiz
əsərləri (dramları
və poemaları) daha dərindən təhlillərə cəlb
edilməli, onlarla bağlı Azərbaycan ictimaiyyətinə dolğun
məlumatlar verilməlidir.
Bununla belə, eksklüziv şəkildə
nəzərdən keçirdiyimiz
Kalidasa yaradıcılığına
münasibət sərgiləyərkən
biz həm də onu da dilə gətirməyi vacib hesab edirik ki, Kalidasanın dram əsərləri
öz zahiri formasına görə dövrün brəhmən
poetikasının kanonlarına
uyğundur. Eyni zamanda Kalidasa dövründə sanskrit artıq xalq dili səviyyəsindən
Hindistandankı bütün
savadlı insanların
ədəbi dilinə
çevrilmişdir.
Kalidasanın hər iki janrda - dram və epik qəlibdə
yazdığı əsərləri
nağılvari romantik
süjet və lirik səhnələrdən
qurulub, eposa istiqamətlənən əsərləri
zəngin lirik hiss, duyğu və emosiyalara köklənməklə
təbiətin qeyri-adi
təsvirini və məişət mənzərələrini
yüksək şəkildə
əks etdirməkdədir.
Nizami Məmmədov
Tağısoy
Professor
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr,
¹ 52.- S. 23.