Şərdən
şəri pozan oldum.
İndi pirlər
qələmiyəm...
Mən haqqın
yazan
əliyəm...
Mən
Tanrının müjdəçisi,
Haqqın
çarpan ürəyiyəm.
İnsanlığın
qibləgahı,
Bəşəriyyət
gərəyiyəm.
Sözlə
yoğrulub varlığım,
Zatımdadır
yar-karlığım,
Özümdə
öz güzarlığım...
Zamanda zaman dəmiyəm.
Abi-həyat cismimdədir,
"Lövhü-məhfuz"
ismimdədir,
Adəm mənim
qismimdədir...
Saf könüllər
diləyiyəm.
Mən gəlmədim,
göndərdilər,
Göydən yerə
endirdilər,
Nə dedi onlar dedilər...
Mən onların
mələyiyəm.
Yüküm yüklərdən
ağırdır,
Dilim deməkdən yağırdır.
Qəlbim fağırdan
fağırdır..
Haqqla nahaqq ələyiyəm.
Sorumluyam hər sorğuya,
Həm əyriyə,
həm doğruya,
Haqqdan gələn
hər ağrıya
Dözən dəlidən
dəliyəm.
Qalanmışam oddan oda,
Yaşayıram yaddan
yada,
Haqq üçün
olmuşam fəda...
Mən Haqqın
yazan əliyəm.
Yol göstərən
yolçum oldu,
Mən elçiyə
elçim oldu,
Hər vəhyi
bir ölçüm oldu...
Onunçün haqq ələmiyəm.
Yaza-yaza ozan oldum,
Haqq sirrini yozan oldum,
Şərdən şəri
pozan oldum.
İndi pirlər
qələmiyəm...
İtdi həqiqətin
həqiqət
anı...
Yenə cin atına minibdi dünya
Yüyəni İblisin
yedəyindədir.
Yenə qan püskürür başsız
başçılar,
Bilmirsən, kim haqlı, kim divanədir.
Gözlər od saçanda
itir ağıllar,
Beyinlər, ürəklər
qəzəbə dustaq.
Dünya şairləri,
söz adamları,
Dağılar dünyamız
biganə qalsaq.
Dünya yaranmayıb
topla, tüfənglə,
Dünyanı yaradan söz olub ancaq.
Sözün qüdrətindən,
sözün gücündən
İblis də, şeytan da düşübdü
qaçaq.
Bu dünya fəlakət burulğanına
O zaman düşdü
ki, söz güllələndi.
Söz öldüyü
gündən çaşdı
ağıllar,
Dünya qana düşdü, qana bələndi.
İtdi həqiqətin
həqiqət anı,
Dünyada top, tüfəng
hakimi-mütləq.
Çaşan ağılları,
coşan qanları
Kimlər yedəkləyib,
kim oturdacaq?!
Sonu görünmür
heç bu qan-qadanın,
Dəyişib yerini haqq ilə nahaqq.
Dünyaya düzəni
gətirən ancaq
Şairlər olacaq, Tanrı olacaq...
Şükür dərgahına,
şükür,
ay Allah
Şükür dərgahına,
şükür, ay Allah,
Bu gecəm də keçdi ağrı-acısız.
Bu gün də səhəri açdım gülərüz,
Bu gün də Günəşi gördüm qayğısız.
Kaş, hər
günüm belə xoş açılardı,
Görəydim dünyanın
üzündə gülüş.
Böləydim hamıya
sevgi payımdan,
Hamının bəxtinə
düşəydi görüş
Pis-yaxşı bu ömür qismətimizdi,
Sevgiylə yaşamaq
- başqa bir aləm.
Yaşayaq, güvənək,
edək etibar...
Üzməsin ömrü,
qoy nifrət, kədər, qəm,
Dünyaya gəlsək
də sevgi oduyla,
Heyif ki, köçürük
ağrı-acıyla.
Ancaq ən sağalmaz dərdi insanlıq
Sağaldıb eşq adlı bir ilacıyla.
Hər addım,
hər nəfəs, hər gülüş səsi
İnsançün xoşbəxtlik
möcüzəsidir.
Vaxtında qədrini
bilmədik deyə
Bu dünya bizimçün qəm nəşəsidir.
Verdiyin bu ömrə, gününə
şükür,
Onsuz da, bu dünya gəldi-gedərdi.
Nə qədər
karvanlar köçsə
də, dünya
Elə yaranışdan
təzəcə-tərdir.
Bizi aldadsa da çox təzə-tərlər,
İnamla yaşadıq
üzü sabaha.
Bir ömür içində neçə
min kərə
Gah şeytana uyduq, gah da Allaha
Yaşadıq, yaşatdıq
dövrü, zamanı,
Hərə öz çiyninə düşən
yük ilə.
Ümidlər, arzular qağayılar tək
Dalğalar qoynunda çırpınır hələ...
İnsan - kainat
İllərin
qələmdaş dostum,
ədəbiyyatşünas alim, tənqidçi Əbülfəz
Əzimliyə
Bu gün mən soruşdum özüm-özümdən:
- Sənin yaşın çoxdur, ya kainatın?
Cavab çox çəkmədi, çox
yubanmadı:
- Səndədir hər sirri küllü həyatın.
Sən də kainatsan, kainat da sən,
Sənin də ulduzlu aylı gecən var.
Dərin ümmanların,
azman çayların,
Sonsuz asimanlı
kəhkəşanın var.
Kainat lal-dinməz
sükut içində,
Sənin söz dünyan var, sənin qələmin,
Kainat yaranıb
bəlli biçimdə,
Səninsə öz dünyan, min bir aləmin...
Şairin söz yükü, sirdaş qələmi,
Kainat sirrindən
alıb gücünü.
O sirrdir yaşadan sirli aləmi,
O sirrdir dəyişən hər
an, hər günü.
Keçir sirr içində ömür
günümüz,
Bilmirik bu andan sonrakı anı.
Nə qədər
düşünüb, daşınsaq
da biz,
Yola verəmmirik çox imtahanı.
Bir şair vaxtında, yerində demiş:
"Qəzavü-qədər
var... qaçılan deyil.
İnsan öz sirrini açmayınca bil,
Kainatın sirri açılan deyil".
Hələ yol gəlirəm...
Mənə şeir
yazmaq Tanrıdan gəlib,
Onunçün şerimdə
Tanrı odu var.
Hər sözün
başında, sözün
sonunda
Adların gözəli
Tanrı adı var.
Mən də yaranmışam ələmlə
qoşa,
Ələmə çarəyçün
gəlibdi qələm.
Qələmdən nur alıb küllü-kainat
-
Kainat içində
hər canlı aləm.
Yaradan Tanrıdır
- yaranmışları
Mənə tapşırıb
ki, sözə gətirəm.
Yerin, Göyün sirrin, sevincin, qəmin
Nəsildən-nəslə alıb
ötürəm.
Onunçün qələmim
Haqq nişanlıdır.
Ağa ağ deyibdi, qaraya qara.
Bir ömür yaşayıb başı dumanlı,
Nə şöhrətə
varıb, nə də ki vara.
Bilib ki, hər nə var gəlib gedəndir,
Tək onun yazdığı pozuya gəlməz.
Qələmlə çalınan
sözün zəfəri
Əbədi yaşardır,
əbədi-ölməz.
Mənim ölməzliyim
dönməzliyimdir,
Nə qədər
keçilməz yollar
var hələ.
Mən özüm
seçmişəm Tanrının
yolun
Bu yolun əzabın hey bilə-bilə...
Nə günüm
gün olub, nə gecəm gecə,
Yanmışam ilahi eşqin odunda.
Açılıb dan üzü
alatoranlı,
Yuxum ərşə qaçıb quş qanadında.
"Söz yükü - duz yükü" - deyib babalar,
Sözün duz yükünü bilənlər
bilər.
Min daş-qaş
içindən, min ləl
içindən
Yüz ildə
bir dəfə tapılar gövhər.
Mən gövhər
yaratdım söz biçimində,
Duzu Tanrıdandı,
mənası Haqdan.
Bir yol başlamışam bəzmi-əzəldən,
Hələ yol gəlirəm gör bir nə vaxtdan...
Ovqat təəssüratı...
Xəyallar, arzular sonsuz kainat,
İmkanım iynənin
ucu boydadır.
Röyalar içində
keçir ömür-gün
-
Bir əlim Günəşdə, biri
Aydadır.
Ümidlə açıram
hər gün səhəri,
Hər doğan
Günəşdə bir
arzu, dilək.
Oxşayır ruhumu bir səhər mehi,
Bir də ki dağlardan əsilən külək.
Bu da bir ömürdü Tanrı payından
Bu paydan pay düşüb çox ömürlərə.
Yaşın axarından
çox sirlər keçib...
Çox sirlər
də qalıb ahıl günlərə.
Bir anlıq həvəsdi, bir anlıq səsdi
Bu yaşın ahəngi, bu yaşın rəngi.
İndi ömrüm-günüm
soyuq nəfəsdi
Bir daha parlatmaz qızıl üzəngi.
İnsan təbiətin
qan qardaşıdır,
Çox zaman bölüşür
düşüncələrin.
Bəzən də həddini aşanda insan
Təbiət göstərir
ona öz yerin.
Mən də təbiətin bir parçasıyam,
Odlu şimşəklərim,
ildırımlarım...
Yazımda yazlığım,
qışda qışlığım,
Dağımda dumanım,
şaxta, qarlarım...
Çox az şeylər qalıb indi yadımda,
Zaman çox şeyləri alıb apardı.
Mənim gündoğandan
gün batanadək
Qılınc, at oynadan
günlərim vardı
İndi təbiəttək
ahıllaşmışam,
Quruyub bulağım,
çağlamır çayım.
Dəniztək bir udum yağışa həsrət,
Meşətək lal-dinməz,
yox hay-harayım.
Əllərim qalıbdı
gözümün üstə,
Gələn qaraltını
seçməyim çətin.
Nəvələr oynayır
dizimin üstə,
Bir də arazları keçməyim
çətin.
Bəlkələr, gümanlar
pərən-pərəndi,
İlgəyi açılmış
təsbehlər kimi.
Mənə dost-tanışlar
köçüb gediblər,
İndi dərd bölməyə axtarım
kimi?..
Dəyəri dəyərə
mindirir zaman,
Dəyərsiz ömür-gün
izafi yükmüş.
Vaxtında
gəlsək də bu dünyaya biz,
Vaxtında
getməksə, daha böyükmüş...
Vəsiyyət
Mən
öləndə yasımda
şəklimi
assanız,
çərçivəsiz
asın.
Çünki
bütün ömrümü
çərçivə
içində yaşamışam.
Çərçivə
içində yaşaya-yaşaya
bilməmişəm
azadlığın
nə
dadını, tamını.
Heç
ağlıma da gətirməmişəm
azadlığın
şairlərə verdiyi
ilhamını.
Bununçün
də, siz allah,
şəklimi
çərçivəsiz asın,
Qoyun
heç olmazsa, şəklim
üçcə
gün
dadını
duysun azadlığın,
üçcə gün azad yaşasın!..
Xanəli Kərimli
Ədəbiyyat qəzeti. - 2023 .-
30 dekabr, ¹ 52. - S. 22.