Çox kiçik adamdım kənddə- kəsəkdə,
İndi də kiçiyəm… şəhər
böyükdü.
Bir qucaq yükdü ki, bu boyda ömür,
Gecdi, aradakı davaya baxma.
Gücünü itirib dualar, şükür,
Sən daha boş yerə
havaya baxma.
İllər haray çəkən
durna köçüdü,
Hicran söz hopmayan varaq kimidi.
Bəlkə boş tüfəngdi
alın yazısı?!
Tale əlli qram araq kimidi.
Tez-tez əsiri ol sərt yuxuların,
Oyaq aşiqləri qəm basır, yeri.
Könül titrəyəndə can sərxoş olur,
Götür, nəyin varsa, nəm basır, yeri.
***
Hicran gözlərimdə çillə
çıxardır,
Məni
ayrılığın daşına
çək, get...
Bu qədər yaxınkən
necə ayrılaq?
Gözlə, gör, nə gəlir başına, çək, get.
Əlini
boş yerə havaya dikmə,
Yuxuna qurd düşüb, ağlığı itib.
Necə
sağollaşaq, bilmirəm,
sən de,
Ruhumun əvvəlki çağlığı
itib.
Qayıqlar yelkəni pərvanə
sanır,
Biz elə qanatdıq dizi də, onda...
Yanağı üşüyən uşaqlar kimi,
Hicran üşüdərdi bizi
də onda.
Beşdaş oynayardıq, küsərdik
tez-tez,
Deyə
bilmirdim ki, ləlinəm,
ay qız...
Canı
sənə görə
qayadan atdım,
Sandım,
biləcəksən dəlinəm,
ay qız.
***
Acı bir qəmdi ki, sevda dediyin,
Daşın altındakı naxışa
heyif...
Yenə
güvə tutub taxta qapılar,
Gözlər yuxulusa, baxışa
heyif...
Kimsə
sənə görə
özünü asıb,
Tez ol, qapını aç, gir, adam ölür.
Hər kətil üstündə
yüz ayaq yeri,
Hər dar ağacında bir adam ölür...
Korun əsasını əlindən
alma,
Gecə
zülmət boyda, səhər böyükdü.
Çox
kiçik adamdım kənddə-kəsəkdə,
İndi də kiçiyəm... şəhər böyükdü.
***
Gecə
paltarında nə gözəldi Ay...
Ayın
böyründəki, çək
dəli, mənəm.
Hərdən düşünürəm: hamı dəlidi...
Sonra da görürəm, tək dəli mənəm.
Bir yerdə çəkdirdik bu qara şəkli,
Çətin yaddan çıxa
pirdəki günah...
Qapıda
dayanan toy maşınında
tərəzi daşı var, bir
də ki, günah.
Adam aparırlar edam yerinə...
...Dünən ac quşlara dən verməmişəm.
Sən niyə bu canı
sədəqə sandın?
Onu Allah
verib, mən verməmişəm.
***
Qarşıda qaya var, külüngü
atma,
Hicran hardan gəlir, bilən olmur ki.
Mən araq içmirəm, sərxoş sanırlar,
Üstümdən bu adı silən olmur ki.
Qonşuda hay-küy var, divar
titrəyir,
Elə bil kiminsə dəvəsi ölüb.
Tətiyə dirənib titrək
barmaqlar,
Tüfəngin açılmaq həvəsi
ölüb.
Hər qızın üstündə
bir Leyli haqqı,
Mən Məcnun bilmişəm, dədə, özümü.
Mən ya dərviş olum, ya eşq
dəlisi,
Nə səni aldadım, nə də özümü.
Qayıt,
gözlərimin hirsi soyusun,
Bura hansı yoldan keçirsən, bilək.
Mən də yaxındayam, şeytan da, buyur,
İndi hansımızı seçirsən?
- bilək...
***
Mən dava adamı deyiləm, əsla,
Həyat
gözlərimi kində
çürüdür.
Kimsə
ağı deyir elçi daşında,
O yazıq özünü tində çürüdür.
Bir dərin quyudu zavallı ürək,
Eşq canı yüz yerə qatlayar, vallah.
Hər dalğa qoynunda bir gəmi olsa,
Dəniz
qısqanclıqdan çatlayar,
vallah.
Köhnə dəyirmandı bu
dam da, sanki,
Haqqın
qapısında növbədi,
adam.
Allahla aramda çəpər var
hələ,
Bir-iki dualıq tövbədi adam...
***
Haram kif bağlamış boz daş kimidi,
Qələm günah çəkir
kağıza indi.
Mənə daş atırlar
ta, söz atanlar,
Mən də söz atıram ağıza indi...
Sənə də, mənə
də daş atan bilmir
daşdan
ya büt olur, ya qəbir
daşı.
...Bu qız Tanrıya yox, şeytana çəkib,
Onu daşa döndər, a qəbir daşı!
Hər ölən adamın Əzrayıl xofu,
Hər uçan komanın daşı görünür...
Kimsə
çıraq tutur kölgəm yazığa,
O da gözlərimə naşı
görünür.
...Adamı adamdan quru çıxardıb,
Əcəlin altına yaş
oturdurlar...
...Eh, nədən həmişə
ölən adamın
Canının üstünə daş
oturdurlar?!
Biz namaz qılırıq, günaha çıxır,
Nədən güvə tutmur
dişimiz, Allah?
Bu qədər doğmaykən,
bu qədər yadıq,
Bəlkə daş olmaqdı
işimiz, Allah?!
***
Çox
dedin, üç alma düşəcək göydən,
Başımı aldatdın nağılla,
şeytan.
Sən məni nə üçün yoldan elədin;
Hansı
ümid ilə, ağılla, şeytan?!
İndi nə Tanrı var içimdə, nə sən,
Özüm özüm ilə
cəngə qalxmışam.
Ömrün bu yaşında
gözdə yuxu yox,
Qəfil
səndən gələn
zəngə qalxmışam.
Sən belə əclafsan, sən belə alçaq,
Məndən götürdüyün imanı qaytar.
Gör,
neçə gəmiyə
qəm yükləmisən,
Mənə həsrət qalan
limanı qaytar.
Allaha baxmağım zinadı, yoxsa?
Üzümün üstünə taxmağa
üz yox.
Bəlkə Allah desəm, rəhm
edər, bəlkə...
Məndə də yuxarı
baxmağa üz yox.
Çoxdandı üstümə it hürür
elə,
Məni
it gününə salırlar,
Allah.
...Bir dama sığmışdı
Hikmət min ildi,
Onu da əlimdən alırlar,
Allah.
***
Getdin,
salamat get, o yol, o da sən,
Sanma deyəcəm ki, salamat qayıt...
Daha unutmusan məktub yazmağı,
Hərdən poçt qutuma salam at, qayıt.
Çoxdan pas bağlayıb poçt
qutuları,
Hər məktub bir qəlbin başdaşıdı,
eh...
Ürək vermədiyin bu adam o vaxt
Qapında o qədər daş
daşıdı... eh.
Mən daha əvvəlki adam deyiləm,
Çox
məni özünə
palan elədin.
Gözümün üstündə yer
verdim, qəfil
girdin, eşq bağımı talan elədin.
Bir ömür xərclədim
bir sevda üçün,
Gördüm nə ürək
var, nə də ki, sevgi.
Artıb
gözlərimin acı
əzabı,
Allah, gözlərimə zədə
ki, sevgi...
Mən
ta unudacam məktub yazmağı,
Balama deyəcəm, su şeiri oxu...
Tək bir xahişim var, nə vaxt darıxsan,
Götür telefonu, bu şeiri oxu.
***
Xalq şairi Ramiz Rövşənə
həsr edirəm
Həyat
gec oxunan roman kimidi,
Hamı
yorğun düşür
oxucu kimi.
Hərə o romanın bir obrazıdı,
Ölüm ip əyirir, toxucu kimi.
Bir gün öləcəyik...
bu qəmi boş ver,
Sən də bir məzarsan,
mən də, gəl, vuraq.
Onsuz da,
son anda tabut oluruq,
Ey mənə oxşayan bəndə, gəl, vuraq.
Sən qəliz romansan, oxucun çoxdu,
Bəlkə də həyatın
yüz səhifədi...
Səni
də titrədir ölmək qorxusu, -
Ölüm hər kitabda üz səhifədi.
Arxamca yük kimi dartdığım
ömür
bəlkə əppək dolu
tabaqdı, bilim.
Ən böyük romançı
Allahdı, sənsən?
Hansınız mənimçün qabaqdı,
bilim...
Gəmim
sahildədi, sahil təlaşda,
Göyün də dənizə
imanı yoxdu.
İndi deyəcəklər, söz
oynadırdı...
Bu boyda şairin limanı yoxdu.
Gəl,
bir az dərdləşək,
zər tuta-tuta,
Arada hirslənək, arada susaq.
Həyat
bir romandı - ağ-qara roman,
Ağda
nərd oynayaq, qarada susaq...
***
Nədən, gözlərinin içində
yenə
edam kötüyütək çatdayıb
bu eşq?
Məni
Leyli kimi sevmə, qadası,
Gör,
neçə adamı
qatdayıb bu eşq.
O, elə sevda ki, məzəmməti çox...
Kim fürsət tapdı ki, dadını bilsin?!
Onun tənəsində üşüyən
adam
çətin ki, bu halda adını bilsin.
Eşq
Allah xofudu, buna əmin
ol,
Ömrü sevgi ilə başlayır hamı...
Mən nə vaxt demişəm,
İsa Məsihəm?
Məni,
bax, bu üzdən
daşlayır hamı.
***
Özümə
həsr edirəm
İki divanə tap, ləl uzadası...
Dünya
səhv toxunmuş gəbədi, şair.
Bir sağ pəri qalıb əl uzadası,
Onun da gümanı həbədi,
şair.
Sevda bağımıza at salıb
kimsə,
Təlaşdan kəfənə qat salıb
kimsə,
Edam kötüyünə çat
salıb kimsə,
Çarmıx sənin üçün
Kəbədi, şair.
Götür, qonşu qıza
yaz: ...an da yoxdur,
O qızı bəxtinə yazan da yoxdur.
Şam yox, pərvanə yox, azan da yoxdur,
Çıxart xəyalından məbədi,
şair.
Yönün bilmədiyin saraya
girmə,
Sən ağ doğulmusan, qaraya girmə.
Əgər mağmınsansa, araya
girmə,
Söz burda bir-iki təbədi,
şair.
Həyat
çoxu üçün
zər daxmasıdı,
Hər ürək bir qızçün ər daxmasıdı...
Dünya
günah dolu şər daxmasıdı,
Burda nə qalır ki, əbədi, şair?..
***
Aşiq
dəli olar, divanə olar...
Sevgi günah deyil dində ki, qadın.
Bir köç adamıdı
qapımı döyən,
Soruş,
nə istəyir tindəki qadın.
Nə dinlə aram var, nə təsbeh ilə,
Elə
hey üstümə ələm
gətirdin...
Səndən bu tifilə eşq umacaqdım,
Kağız əvəzinə qələm
gətirdin.
Qonşunun uşağı acından
ölür;
Torpağa gec atıb dəni, bağışla.
Keşkə ərkim çata,
Allaha deyəm: -
Mən hələ avamam, məni bağışla!
Eh, özgə kimdi ki, dərd anladırsan,
Adını köksümə dələcəm,
gözlə.
Edam kötüyündə quş
yuva qurub,
Cəllad
rəhm eləsə, gələcəm, gözlə.
Hikmət Məlikzadə
Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr, ¹ 52.- S. 31.