“Mauqli”
tamaşasının
premyerası keçirildi
Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Mauqli” adlı tamaşanın premyerası keçirilib.
Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” kitabları əsasında hazırlanan “Mauqli” adlı tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Yeni tamaşada rolları Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Elnur Bəhramxan, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Gülbəniz Lətifova, Gülbəniz Lətifova, Xəyalə Qasımova ifa edirlər.
Rejissorun fərdi yozumu ilə rəngarəng əhvallı tamaşadakı hadisələr Afrika qəbilələrinin
yaxınlığındakı
cəngəllikdə
baş
verir.
Şirxan adlı pələng qəbiləyə
hücum edərək
Mauqli adlı uşağın atasını
parçalayır. Bahira adlı
bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara
verir. Mauqli canavar kimi gəzməyi yaşamağı
öyrənməyə məcbur
olur. O, yaramazlara
qarşı amansız,
güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki
mübarizənin qələbəsi
isə Mauqlinin ilk dəfə göz yaşlı axıtmasına
səbəb olur. Bu göz yaşları onun özünü insan kimi hiss etməsinə səbəb
olur.
Tamaşanın premyerası çərçivəsində
Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
və Askerov Art Studionun tərkibində rəssamlıq fəaliyyəti
ilə məşğul
olan məktəb yaşlı uşaqların
Mauqlinin həyat tərzini əks etdirən rəsm əsərlərinin sərgisi
keçirilib.
Ədəbiyyat qəzeti.- 2023.-
11 fevral.- S.14.