Zəka
Xalq yazıçısı Elçinin
"Baş" romanı barəsində düşünərkən...
Mənim
tariximi təqdim eləyin,
bu gün mənimkidir dünənki
bir səs.
Mənim
adımdan da siz orda deyin,
O səs əbədidi,
o, susa bilməz.
Ağıldı insanın ilk şah
əsəri,
Könlümdən keçəni mən səndə gördüm.
Yox, yox başları yox,
başkəsənləri
məhşər ayağına
çəkəndə gördüm.
Həyata,
insana "Baş"
- bir inamdı,
buzu əridikcə, yer oyanıbdı.
Bəlkə Çağırışdı,
Teleqramdı,
İnsandan
insana ünvanlanıbdı.
Nə yad generalın kəsilən başı,
Şuşa qalasında nə
Vaqifə qəsd;
Nə Xanın qərarı,
Şahın yaddaşı,
Dünyanı idarə eləyə bilməz.
Yunan Əflatundan üzübəriyə,
düşünür, daşınır
əli başında;
Cəmiyyət idarə olunsun deyə,
Zəkalar -
bir Zəka axtarışında,
Düşünur, daşınır əli başında.
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2023.-
11 fevral.- S.5.