1939-cu ildə
Türkiyədə indikindən
daha şiddətli bir zəlzələ olmuşdu. Tarixə
Böyük Ərzincan
Zəlzələsi olaraq
keçən bu depremdə 32 mindən çox insan həyatını itirsə
də, Türkiyə ayaqda qalmağı bacardı... Onda da qış
idi. Dekabr ayının 27-si idi. Atatürk bir il idi ki, dünyasını
dəyişmişdi. Xarici
siyasi təhdidlərə
etina etməyən, Atatürkün qurduğu Cümhuriyyəti müqəddəs
dəyər olaraq mənimsəyən türk
milləti bu zəlzələnin fəsadlarını
da aradan qaldırdı. Və yeni qurulmuş Cümhuriyyəti yıxılmağa,
çökməyə qoymadı.
O zaman da 50 saniyə davam edən zəlzələnin
bunca insan itkisinə səbəb olmasını hərə
öz bildiyi kimi şərh edirdi. Geoloqa görə, bu, sadəcə, bir qələti-təbiət, yəni
təbiətin səhvi
idi. Bəziləri düşünürdü ki,
memarlıq inkişaf etmədiyi üçün,
fəlakətin miqyası
bu qədər geniş olub. Tarixçilərə görə,
binaların geotexniki tədqiqlər aparılmadan,
özü də vulkanik ərazilərdə
tikilməsi istibdad dövrünün fəsadlarıydı
ki, özünü indi göstərirdi.
Zəlzələ təbii ki, şeir mövzusu deyil. Amma 1939-cu ildə Əli
bəy Hüseynzadə
bir Ərzincan türküsünə göndərmə
edərək, həmin
günlərdə "afət
(yəni fəlakət)
qarşısında şair,
alim, gənclik və Qızılaya ithaf"ən "Zəlzələ
dolayısilə" adlı
şeir yazmışdı.
Bu intellektual və vətənpərvər şeir
zəlzələnin bütün
acı mənzərəsini
ozanın, geoloqun, memarın, tarixçinin, Qızılayın, gəncliyin
və dizemenin, yəni şairin dilindən təqdim edir, həm də o təhlükəli
və həssas zamanda Cümhuriyyəti, milləti və Atatürk ülküsünü
vəsf edirdi.
Azər TURAN
Zəlzələ dolayısilə
Afət qarşısında şair,
alim və gənclik.
Qızılaya ithaf
Ozan:
Ərzincanda bir quş var
Dalda yuva arıyor.
Qanadından qan sızar,
Dərdə dəva arıyor.
Gördü fəci bir ölüm
İraq
yerdən gələn
var
Üzərində kəfən: qar,
Ya Rəbb,
nədir bu zülüm?
Geoloq:
Şu dünya bir toparlaq,
Mərkəzi atəş buxar,
Qabıqsa yer-yer çatlaq,
Mühlik, tektonik hallar.
Ərzincanda zəlzələ
Sorma kimdə qəbahət!
Ərzin
yapısı böylə,
Bir qələti-təbiət.
Memar:
Bir vulkan sarsıtdı yurdu,
Yıxıldı ev, dam, divar.
Arama, kimdir suçlu,
Memarlıqda qüsur var.
İnşa tərzi bərbaddı,
Təməl deyildi sağlam.
Çatı tipi sakatdı.
Çökməyə məhkumdu dam.
Tarixçi:
Suçlu istibdad dövrü
Ondan mirasdır bu hal,
Əsrlərcə köyləri
Etmiş tamamən ehmal.
Geotexnik
tədqiqlər,
Yapılmamış mazidə.
Qurulmuşdur şəhərlər,
Vulkanik ərazidə.
Qızılay:
Sırasımıdır şimdi,
Aramaq suçlu,
mücrim?
Burax mazi bəhsini,
Hazırı düşünəlim
Şu deprəm afət oldu,
Bir çox
fəlakətzədə.
Vətəndaşlıq borcunu,
Bir an əvvəl qoş, ödə!
Bir çox şəhər, qəsəbə,
Giresun, Ordu, Niksar
Tokat,
Sivas, Erbaa.
Yaşlı müztərib ağlar.
Yüzlərcə köy pərişan,
Getmiş binlərcə insan.
Xain afətə qurban,
Sönmüş bir çox xaniman
Sağlar
qar altında ac
Yaralı
xəstə, çıplaq,
Bir çoxu yoxsul, möhtac,
Lazım yardıma qoşmaq.
Gənclik:
Ortaq dərdinə yurdun,
Qoşarız yardımına,
Olsa da yollar uzun,
Hər yanda qar, fırtına,
Türküz, yıldırmaz bizi,
Nə borağan,
nə tufan.
Sarsamaz əzmimizi
Nə zəlzələ,
nə vulkan.
Dizemen:
(nazım)
Ölən öldü, dirilməz
Sağı qurtarmağa bax.
Viran evlər düzəlməz
Yeni yurd qurmağa bax
Modern olsun, dayansın,
Sarsıntıya, yanğına;
Yıxmasın, uçurmasın
Zəlzələ, sel, fırtına.
Yaşasın ulu millət
Yüksək Kamal ülküsü,
Yaşasın cümhuriyyət!
Əli bəy HÜSEYNZADƏ
Təqdim etdi:
Azər Turan
Ədəbiyyat qəzeti.- 2023.-
11 fevral.- S.2.