Yaxşı ki...
Qarşısı alınmır gedəsi
köçün,
Ağlasan, gözünün yaşına
dönüm.
Yaxşı ki arzu var yaşamaq üçün,
Yaxşı ki ümid var, başına dönüm....
Nə
"hə" deyə
bildin, nə "yox" söylədin,
Üzdün ürəyimi həsrət
içində.
Mən sənə işıqlı
sabah dilədim,
Sən məni
saxladın zülmət
içində.
İndi
sənin sevgin ürəyimə yük,
Parlamır günəşi, görünmür
ayı.
Sənə ürək verdim
dünyadan böyük,
Sən mənə
nə verdin qəmdən savayı?
Səndən umacağım sevgiydi
elə,
Sən bunu duymalı, bilməli idin.
Səni
sevdiyimə, istədiyimə
Peşiman deyiləm, sevməli
idin...
...Qarşısı alınmır
gedəsi köçün,
Ağlasan gözünün yaşına
dönüm.
Yaxşı ki ümid var yaşamaq üçün,
Yaxşı ki arzu var, başına dönüm...
Qəti narahat olma
Daha əvvəlki kimi
Səninçün darıxmıram.
Ram edirəm hissimi,
Çaşmıram, karıxmıram
-
Qəti narahat olma.
Sıxıb saxlama məni
Gözünün qarasında.
Gözüm axtarmır səni
Qızların arasında -
Qəti narahat olma.
Sənə görə darılıb,
Özümü unutmuram.
Daha xəyala dalıb,
Çayımı soyutmuram -
Qəti narahat olma.
Sevinirəm, gülürəm -
Dörd
yanımda bağça,
bağ...
Sevirəm, sevilirəm,
Keyfim kök, damağım çağ -
Qəti narahat olma.
Könlümdə yoxdu qübar,
Gözümdə yaş qalmadı.
Beş-on
manat pulum var,
Ağlım da başımdadı
-
Qəti narahat olma.
Narahat olursansa...
Mənim ürəyimdə
yer axtaran qız
Ötəri bir hissmi, məhəbbətdimi,
Düzünü deməyim qəbahətdimi,
Dünyada başına yer qəhətdimi? -
Mənim ürəyimdə yer axtaran qız.
Zili unutmusan, bəm istəyirsən,
Niyə
gözlərini nəm
istəyirsən?..
"Sən sevin" deyirəm, qəm istəyirsən -
mənim ürəyimdə
yer axtaran qız.
Sevən
ürəyinlə ocaqsan,
pirsən,
Yuxulu dolanma, dünyanı gör sən...
Peşiman olarsan qəlbimə
girsən -
Mənim ürəyimdə yer axtaran qız.
Solubdu gülşənim, bağ
yerim yoxdu,
Şamama quruyub, tağ yerim yoxdu.
Vallah, ürəyimdə sağ yerim yoxdu -
Mənim
ürəyimdə yer
axtaran qız,
Mənim
ürəyimdə yer
axtaran qız!
Mənim bu şəklimə
yazığım gəlir
Alın
yazısıyla barışa
bilmir,
Tükənib taqəti, dağ
aşa bilmir,
Dərdini, qəmini danışa
bilmir -
Mənim bu şəklimə yazığım gəlir.
Sirrini kimsəylə bölmək
bacarmır,
Unudub sevinci, gülmək bacarmır.
Sanki can üstədir, ölmək
bacarmır -
Mənim bu şəklimə yazığım gəlir.
Axan göz yaşımın nəmi üzümdə,
Həsrətin ən ağır dəmi üzümdə.
Dünyanın kədəri, qəmi
üzümdə -
Mənim bu şəklimə yazığım gəlir.
Tərk
edib dəyanət, dözüm bu şəkli,
Yandırar alovum, közüm
bu şəkli,
Görmək istəməyir gözüm
bu şəkli -
Mənim bu şəklimə yazığım gəlir.
Sanki baxışlarım dara çəkilib,
Bəxtimtək üzüm də qara çəkilib.
O qızın toyundan sonra çəkilib -
Mənim bu şəklimə yazığım gəlir.
Mənim bu şəklimə yazığım gəlir.
Sən də bax...
Barmağımı kəsəcəyəm, "kəs" desən,
Mehə
dönüb əsəcəyəm,
"əs" desən,
Ürəyimin harasında istəsən
Sənin üçün saray tikim, sən də bax.
Sənə görə ömrümün
bu çağında
Əridərəm ürəyimin yağın
da...
O sarayın baxçasında-bağında
Mən ətirli
güllər əkim,
sən də bax.
Unutmur ki, əgər sevən ürəksə,
Aşiqinə məşuq özü köməksə.
O bağçanın çiçəyindən
gərəksə
Arı kimi şirə çəkim,
sən də bax.
Pak sevginin uyuduğu
beşiyəm.
Səndən başqa yox sahibim, yox yiyəm...
Ürəyinə qaravulam, keşiyəm,
Buraxmayım ora heç kim, sən
də bax.
Şərafəddin
İlkin
Ədəbiyyat qəzeti.- 2023.-
18 fevral.- S.17.