Günaşırı gecələr gördüyüm

çoxu kaşmar dolu olan röyalar...”

 

Ənvər Məmmədxanlının İmamverdi Əbilova cavab məktubu

 

Əziz İmamverdi müəllim, salam!

Məktubunuzu aldım, məni yad etdiyiniz üçün təşəkkür edirəm. Vaxtı ilə unudulmaz Rəsul Rza ilə Neftçalaya gəldiyimiz və Sizdə qonaq olduğumuz hansı il idi, yadımdan çıxmışdı - demə 25 il bundan əvvəl imiş - amma Sizin o vaxt bizə göstərdiyiniz nəvaziş və nəciblik hələ də yadımdadır.

Məktubunuzdakı xoş sözlər mənə bəslədiyiniz səmimi hisslər üçün minnətdaram. Sizin kimi mənim üçün röyalar beynimizin şüurardı qaranlığında gedən ən anlaşılmaz ən sirli bir prosesdir ki, elm bu qaranlığın ətəyində kəşfiyyat aparır, dərinə nüfuz edə bilmir. Ta uşaqlıq illərindən bu günə kimi, demək olar ki, günaşırı gecələr gördüyüm çoxu kaşmar dolu olan röyalar məni az düşündürməmişdir ki, görəsən bu röyalarla beynimiz hansı bizə məlum olmayan funksiyanı yerinə yetirir. Haqlısınız ki, röya adicə təəssüratın izi deyil, isə izah edilməz bir hikmətdir (Əgər oxumusunuzsa "Kəllə qızılgül" komediyasında da yuxular barədə personajlardan biri o birisinə deyəndə ki, sənin röyaların absurd teatrıdır, cavab alır ki, biləydim, kimin röyaları klassık dramaturgiyadır?).

üzərində işlədiyimi soruşursunuz. Hazırda yalnız "Babək" romanı üzərində işləyirəm. Vaxtı ilə roman üzərindəki işdən ayrılıb kinossenari yazmağa məcbur oldum, amma o ssenari üzrə çəkilmiş "Babək" filmi mənim istədiyim kimi çıxmadı, ikinci cilddəki pyeslər içərisində "Xürrəmilərin şahini" dramasını oxusanız filmin qədər şikəst olduğunu görə bilərsiniz. qədər ki, bizim teatr kino sənətimizdə böyük bir rejissor, həqiqi parlaq istedad zühur eləməmişdir, milli teatr kinomuz bugünkü acınacaqlı vəziyyətdən qurtulmayacaqdır.

Xəyalımda "növbəyə durmuş" neçə-neçə bədii niyyətlər öz icrasını gözləyirlər. Ömür vəfa edəcəkdirmi, tükənməkdə olan limit imkan verəcəkdirmi -bu başqa məsələdir...

Bu ilki yayın istiləri roman üzərində uzun məni çox yormuşdur. Romanı bitirdikdən sonra yenidən respublikamızın bütün rayonlarında olmaq arzusundayam. "Neftçalada qapısı həmişə üzümə açıq olan bir otaq!" üçün ürəkdən təşəkkür edirəm. Sağlıq olsun, görüşərik. Hələlik bərk-bərk əlinizi sıxıram özümdə qalan çox az fotolardan birini Sizə göndərirəm.

 

Ənvər Məmmədxanlı

 

15 avqust 1986

 

Bakı

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.5.