Dan ulduzu” Azərbaycanda doğdu

 

Mihay Emineskunun seçmə şeirlər kitabının təqdimatı keçirildi

 

Fevralın 20-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatıçılığı ilə böyük rumın şairi, Avropanın sonuncu romantiki hesab olunan, rumın ədəbi dilinin banisi Mihay Emineskunun “Dan ulduzu” seçmə şeirləri və eyniadlı poemasının yer aldığı kitabının təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin nəşri olan kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Evində çap olunub. Kitaba toplanmış əksər tərcümələr Səlim Babullaoğlu tərəfindən (Jalə İsmayılın rumıncadan sətri tərcümələri əsasında) edilib. Eyni zamanda Fəridə Hacıyevanın ruscadan bəzi tərcümələri kitaba daxil edilib. Tərcümələr tanınmış ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzovun dəstəyi ilə hazırlanıb. Kitabda rəssam Ayxan Rəsulun Emineskunun şeirləri əsasında çəkdiyi illüstrasiyaları da yer alıb.

Təqdimat mərasimini giriş sözü ilə tanınmış telejurnalist, aparıcı Ceyhun Əli açıb. Daha sonra Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Rumıniyanın Bakıdakı səfiri Vasile Soare çıxış ediblər. Sonra isə Səlim Babullaoğlu Ceyhun Əlinin aparıcılığı ilə Emineskunun şeirləri (“İllərdi ki, canımda”,  Mələk”, “Sevgi nədir?”,  Bircəcik arzum var”, “Səndən uzaq”, “Əlvida”, “Ey sevgilim, canlananda yaddaşımda o illər”, “Ana”,  Sisli gecələr”,  Rumıniya”) səsləndirilib.

Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva, millət vəkili Fazil Mustafa, tanınmış ədəbiyyatçılar, sənət adamları iştirak ediblər.

Təqdimat mərasimində Vaqif Səmədoğlu Mərkəzinin həmtəsiçisi Səməd Vəkilov Səlim BabullaoğlunaVaqif Səmədoğlumedalını təqdim edib.

Mərasimin sonunda Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist tərcüməçi Səlim Babullaoğlu müxbirimizə eksklüziv açıqlama verib:

Mihay Emineskunun şeirlərinin tərcüməsi nəşri, hesab edirəm ki, bir çox baxımdan vacib hadisədir. Əvvəla, bu, xalqlarımız arasında ədəbi-mədəni əlaqələrimizə töhfədir. İkincisi, bu, orijinaldan edilən tərcümələrdir, bu mənada, xüsusən əlamətdardır. Ümumiyyətlə isə Emineskunun yaradıcılığına ilk müraciəti şairə tərcüməçi Fəridə Hacıyeva edib, hələ 20 il əvvəl onun ruscadan tərcümələri əsasında şairinUlduzlardan pay isətərəmadlı kitabı nəşr edilib. Təxminən o illərdə tanınmış tarixçi, filoloq Güllü Yoloğlunun türkcədən tərcüməsində Emineskunun nəsri ana dilimizdə nəşr edilib. Biz isə əziz həmkarımız, rumın dili ədəbiyyatı mütəxəssisi Jalə İsmayılın sətri tərcümələri əsasında ilk orijinal bədii tərcümələri hazırladıq. Mən kitaba rumındilli ədəbiyyatın dilimizə tərcüməsi Emineskunun yaradıcılığı barədə geniş bir “son sözyazısı yazdım.

Çox sevindiricidir ki, kitaba Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare, Moldovanın ölkəmizdəki keçmiş səfiri George Leuka tanınmış ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzov öz ürək sözlərini yazıblar. Yeri gəlmişkən, Emineskunun dilimizə tərcüməsi ideyası da elə əziz dostum Vüqar Novruzova məxsusdur, mən ona çox minnətdaram. Biz bu nəşri hələ 20-ci ildə gerçəkləşdirməli idik. Araya pandemiya başqa qaçılmaz işlər girdi. Ümumiyyətlə, Vüqar müəllimin yaxından iştirakı dəstəyi ilə biz bu illər ərzində rumındilli ədəbiyyatın dilimizə tərcüməsi ilə bağlı xeyli işlər gördük, “Dünya ədəbiyyatı”dərgisinin Rumıniya Moldova ədəbiyyatı xüsusi saylarını, Arkadi Suçevyanu, Leo Butnaru, İqor Volnitski, Nikolae Spetaru kimi şair nasirlərin əsərlərini tərcümə çap etdik. Başqa gələcək işlərimiz var.

Çox sevinirəm ki, Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare bu proseslərdə ürəklə yaxından iştirak edir. Sevindiricidir ki, təqdimat mərasimində Moldovanın ölkəmizdəki səfiri cənab Yesaulenko da iştirak etdi. Bilirsiniz ki, Eminesku Rumıniya Moldovanın ortaq milli şairidir. Bütün iştirakçılara, tərcüməçilərə, rəssam Ayxan Rəsula, pianoçu Fəqan Həsənliyə, əlbəttə ki, Bakı Kitab Mərkəzinə, əziz həmkarım Günel Anarqızına bugünkü günə görə təşəkkür edirəm.

Bilirsiniz ki, bu gün mənə Vaqif Səmədoğlu medalı təqdim olundu. Mən Vaqif Səmədoğlu Mərkəzinə, mərkəzin rəhbəri hörmətli Nüşabə xanım Vəkilovaya, Səməd Vəkilova dərin təşəkkür edirəm. Bu medala layiq görülmək mənim üçün çox xoşdur əlamətdardır...”

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 fevral.- S.9.