Ana dilim
Qədim
dövrə baxıb varsaq,
Dədəm Qorqud ozan, varsaq,
1300 il geri baxsaq
Çox sevərik doğma dili.
O, əymədi heç qəddini,
Hey qorudu türk cəddini,
Bakuvini,
İzzəddini,
Yetiribdir ana dilim.
Sufi edib Füzulini,
Şah İsmayıl Xətaini,
Nəsimi
tək hürufini,
Yetiribdir ana dilim.
O, Qafqazın rəsmi dili,
O, Vaqifin qoşma dili,
Bu dünyada ellər bilir,
Türk dilimdir ana dilim.
Vurğun
olduq doğma dilə,
Dilim bənzər solmaz gülə,
Adın
düşüb dildən-dilə,
Anam mənim
- ana dilim.
Qovğalardan ötüşübdür,
Ərəb, farsla döyüşübdür,
Əfsus,
adı dəyişibdir,
Mənim yazıq ana dilim.
Vahid, Müşfiq, Şəhriyarın,
Xəzri,
Araz, Bəxtiyarın,
Güney,
Quzey, hər diyarın,
Doğma dili - ana dilim.
Sən dillərin əzəlisən,
Gözəllərin gözəlisən,
Füzulinin qəzəlisən,
Gül ətirli
ana dilim.
Şöhrət dilim, şərəf
dilim,
Qarabağda zəfər dilim,
Görməyəsən kədər, dilim,
Baldan şirin
ana dilim.
Qazanmısan məhəbbəti,
Millətimin söz sərvəti,
Sevdirdin
Vüqar Əhmədi,
Ay sevimli ana dilim!
21.02.2023
Vüqar ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2023.-
25 fevral.- S.23.