Azərbaycan aliminin kitabı
xaricdə nəşr olunub
AMEA-nın dosenti, filologiya elmlər doktoru Pərvanə Məmmədli Güney Azərbaycanla bağlı
tanınmış araşdırıcılardandır.
Onun bu mövzuda
çoxlu sayda məqalələri, kitabları
nəşr edilib. Bu günlərdə isə
P. Məmmədlinin “Güney
Azərbaycan mətbuatı
tarixi” (THE PRESS HISTORY OF SOUTH
(İRANİAN) AZERBAIJAN) monoqrafiyası İsveçdə (Stokholm
,2023) “Diktonius Text” nəşriyyatında
çapdan çıxıb.
Bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək
İranda və ondan kənarda yaşayan azərbaycanlı
ziyalıların ədəbi-ictimai
fəaliyyətindən, onların
nəşr etdikləri
çeşidli mətbu
orqanlarından geniş
bəhs olunur.
Bu maraqlı tədqiqat əsəri Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat bazası yaratmaq məqsədilə yazılıb
və bu sahədə ilk təşəbbüsdür.
Bu kitab 8 bölümdən ibarətdir. Həmin bölümlər kitabın
çox zəngin bir dövrü əhatə etdiyini təsdiqləyir. Kitabda indiyədək Güney mətbuatı ilə bağlı bir çox məsələlərə
aydınlıq gətirilib,
gələcəkdə bu
sahədə aparılacaq
araşdırmalar üçün
elmi-metodoloji istiqamətin
müəyyənləşdirlməsinə
çalışılıb.
Pərvanə Məmmədlinin kitabının
üstün məziyyətlərindən
biri də burada çoxlu fotoların və sənədlərin olmasıdır.
Müəllif kitabın
sonunda verilən “Fotolar sənədlər” hissəsində fərqli dövrlərdə çıxan
qəzet və jurnallar, redaktorlar və digər mətbuat adamları ilə bağlı şəkillər təqdim
edib.
Qeyd edək ki, “Cənubi Azərbaycan mətbuatı
tarixi” kitabı Elm və Təhsil Nazirliyi tərəfindən
təsdiqlənib Bakıda
çap olunub (2009,
“Elm”). Azərbaycan universitetlərində
dərs vəsaiti kimi keçirilir. Kitabda qoyulan problem beynəlxalq aləmdə də böyük maraq doğurduğundan müəllif monoqrafiyanı
təkmilləşdirərək yenidən nəşr etdirib.
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.-
S.32.