"Ulduz"
jurnalının gənc
yazıçılara həsr
olunmuş iyun sayı
işıq üzü
görüb
"Ulduz" jurnalının
iyun sayı işıq üzü görüb.
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn
dərgi "Yeni nəsil:
proza" devizi altında dərc edilib.
Dərginin sözügedən sayında
yeni nəsil yazarlardan
Furqan, Orxan Saffari, Təvəkkül Boysunar,
Orxan Cuvarlı, Sərdar Amin, Nihat Pir, Həmid Piriyev, Orxan Həsəni, Rəvan Cavid və Nadir Yalçının
müxtəlif məzmunlu
hekayələri, eləcə
də şair-publisist
Qulu Ağsəsin
"Yuxarıdayam, düşürəm
indi" essesi yer alıb.
"Dərgidə kitab" rubrikasında
isə Türk ədəbiyyatında qısa
hekayə janrının
banilərindən hesab
edilən Ömər Seyfəddinin "Üç
nəsihət" hekayəsi
təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar tərcümə
edib.
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.32