Dilarə Əliyeva: Düşünürəm ki,
teatr səhnəsindəki
oyunum da tamaşaçılar
üçün maraqlı
olacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan librettosu Xalq yazıçısı Anara, musiqisi Xalq artisti Vasif Adıgözəlova məxsus “Adamın adamı” tamaşasında Nazlı-qəmzəli obrazını canlandıracağam. Bir neçə ay öncə Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdən yeni tamaşada iştirak etmək üçün təklif aldım. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanan “Adamın adamı” adlı səhnə əsərinin məşqləri hazırda uğurla davam etdirilir. Xaraktercə mürəkkəb olan bu rolun məsuliyyətini dərk etdiyimdən dərhal qərar verməkdə çətinlik çəkdim. O vaxt teatrın bu təklifini ailəmlə də müzakirə etdim və müsbət qarşılanması məni daha da ruhlandırdı. Tamaşaçılar məni daha çox televiziya ekranlarından tanıyırlar və düşünürəm ki, teatr səhnəsindəki oyunum da onlar üçün maraqlı olacaq.
Bu barədə Əməkdar
artist Dilarə Əlıyeva
məlumat verib.
Göstərilən doğma münasibətə görə
teatr rəhbərliyi başda olmaqla, kollektivə təşəkkürünü
bildirən aktrisa Musiqili Teatrla əməkdaşlığından
məmnun olduğunu dilə gətirib.
“Tamaşada mənimlə yanaşı Xalq artistləri
Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər
Ələkbər Əliyev, Əkbər Əlizadə,
Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova,
İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva,
Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlili, Şaban
Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan
Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev,
Nigar Qarayeva, Günay Qasımova və Cəbrayıl Cəbrayılov
da iştirak edirlər. Səhnə əsərinin
quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı
Əməkdar rəssam Nabat Səmədova, quruluşçu
baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri
Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd
Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri
Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır”, - deyə
Əməkdar artist vurğulayıb.
Ədəbiyyat qəzeti.- 2023.- 8 iyul.- S.32.