Texnologiya çağı, şifahi

mədəniyyət bizim nəsr

 

Ədəbi proses-2022

 

Nəsrin illik mənzərəsindən danışarkən ilk gözə çarpan onun gündəmidir, əvvəlcə trend mövzuları görmək, əgər varsa, dəyişən tendensiyalarını təyin etmək, marjinal səsləri təmsil edən müxtəlif narrativləri aşkarlamaq lazım gəlir.  Narrativləri isə adətən üç aspektdən təhlilə cəlb edirlər: formal-srtuktur, semantik hermenevtik. Birinci halda dil diskurslar, ikinci halda məzmun, üçüncü halda kontekst əsas vasitələrə çevrilir. XX əsrin məşhur "linqvistik çevrilişi" dilin mətndəki üfüqi funksiyasını önəmsəyirdi, mətnin mənası ədəbiyyatın tekstual oxunuşlarında gizli idi, subyektin ölümü dilin muxtariyyəti mətnə amansız azadlıq vermişdi. Lakin subyekt geri döndü, dilin muxtariyyətini yazının həbsxanalarında məhkum etməyə başladı, dördüncü divarı sökərək öz gerçəkliyini avtofiktiv modeldə təqdim etdi.  Artıq bədii mətnin həm özü, həm dərki bir koqnitiv proses aktı kimi qəbul olunur. Bədii mətn virtual reallıqdır, bu reallığı ərsəyə gətirən mexanizmlər isə müxtəlif şərtlərlə tənzimlənir, mətnlərə yönəlik ? niyə? necə? suallarının cavablandırmaq üçün koqnitiv düşünmək lazımdır. Nəsr mətnlərini bir il daxilində şərh etmək istəyən əvvəlcə 2022-ci ilin özünü sual hədəfinə çeviririr. Bir il nəsrə qata bilər? Əslində çox şey. Bunun üçün düz yüz il qabaq "Uliss"in (1922) nəsrə qatdıqlarını xatırlamaq yetərlidir. Xatırlarsaq, 1922-ci il Ceyms Coysun, Virciniya Vulfun, Tomas Sternz Eliotun həmin ildə çap olunmuş məlum əsərləri sayəsində Anqlo-Amerika ədəbi modernizminin "annus mirabilis" ("möcüzə ili") kimi tanınır. (Dünya səviyyəsində, obyektiv subyektiv səbəblər üzündən, lazımi səviyyədə tanınmasa da, XX əsrin ilk onillikləri Azərbaycan nəsrinə aid bir sıra nümunələr ədəbi hadisə kimi dəyərləndirilə bilər: ən əsası da Mirzə Cəlil, Y.V.Çəmənzəminli Ə.Haqverdiyevin hekayələri.) Təbii ki, dünya Azərbaycan nəsrində 2022-ci ilin yerini rolunu təyin etmək üçün hələ çox vaxt lazımdır.

Ümumiyyətlə, gələcəyin tarixçiləri 2022-ci ili bir dönüş nöqtəsi, bir dövrü bağlayan, digərini açan tarixi qapının astanası kimi görürlər. Dünyamiqyaslı geosiyasi dalğalanmalar, müharibə təhdidlərlə yanaşı, ard-arda davam edən iki gərgin ildən sonra pandemik eranın sona çatması, başqa bir tərəfdənsə 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə bu proqnozun qaynaqlarını təşkil edir. Təsadüfi deyil ki, sosial bərabərsizlik, iqlim dəyişikliyi, gələcək qayğısı, sağlamlıq rifah məsələləri, peyvəndlə bağlı tərəddüd dezinformasiyadan yorulmuş insanlar onların yeni çalarlı davranışlarını öyrənmək psixologiyanı müxtəlif sahələrdə trendə çevirdi. Ötən il psixologiya elmi dünyanın ən çətin problemlərini necə həll etmək barədə müzakirələrdə getdikcə daha böyük rol oynamağa başladı. Bu ədəbiyyata da təsir edir. Pandemiya bunun nəticəsində yaranan qeyri-sabitlik hissi oxucuların kitab tələbatını seçimini şəkilləndirir. Əksər oxucular onları maraqlandıran məsələlərlə birbaşa əlaqəli olan əsərlərə üstünlük verirlər, spekulyativ elmi fantastika romanları, distopiya elementləri olan hekayələr, siyasi mətnlər, dünya gündəmindən bəhs edən qeyri-bədii ədəbiyyat (non-fikşn) kimi kitablar onlara dünyanın aktual problemlərini anlamaqda kömək edir. Bəzi oxucular isə daha yüngül olana ya oxuyarkən dünyadakı problemləri unutmağa imkan verən kitablara meyl edirlər. Dünya kitab bazarında romansların bir janr kimi ən çox satılanlar siyahılarına liderlik etməsi, öz populyarlığını qoruması qorxunc bildikləri dünyadan qaçmağı oxumaq aktı ilə əvəzləyən auditoriyanın seçimi ilə bağlıdır. Romkomlar (romantik komediyalar) romantik təhrikin daimi cazibədarlığına komik situasiyaları qatmaqla oxucu auditoriyasını cəlb edə bilir. Bədii ədəbiyyatın digər trendlərində bütün dünyanın şər qüvvələrə qarşı birləşib qalib gələcəyi zamana həsrətini şifrələyən müharibə romanları, post-apokaliptik fantastika, distopiyalar, qorxu hekayələri, mistik şər qüvvələri məğlub edən qəhrəmanlardan bəhs edən əsərlər üstünlük təşkil edir, bu göstəricilər insanlığın psixoloji katarsis ehtiyacından qaynaqlanır. Tarixin dərinliklərində intriqa axtarmaq, tapmaq həll etmək bugündən qaçıb keçmişə sığınmağın bir üsulu kimi özünü göstərir. Anlaşılan budur ki, pandemiya post-pandemiya dönəmindəki bədii əsərlərin əksəriyyəti situasiyanın özü ilə bağlı deyil, ona qarşı emosional, sosial mədəni reaksiya haqqındadır, sevgi, rifah, qayğı, ümid kimi konseptlərdən törəyir.

Eyni zamanda pandemiya evdə həmişəkindən daha çox vaxt keçirən sabit oxucuları daha əvvəlkindən artıq oxumağa, oxumayanları isə əylənmək öyrənmək üçün  mütailəyə sövq etdi. Ayrıca texnologiyadakı dəyişikliklər həm bəzi kitabların məşhurlaşmasına, həm insanların oxuma üsullarına təsir göstərdi, elektron kitablar audiokitablar populyarlıq qazandı. Bugün sosial şəbəkələr (İnstagram. Facebook, Youtube, TikTok s.) müəlliflərə PR işində, öz auditoriyasını tapmaqda kömək edir, influenser tövsiyələri hansı kitabların populyarlaşmısında proqnozlaşdırıcı gücə çevrilir. Bütün bu amillər əsasən kütləvi ədəbiyyatı xarakterizə edir. Uolter Onqun hələ 1980-ci illərin başlanğıcında verdiyi proqnoza görə, elektron tekxnologiya, telefon, radio, televiziya s. cihazlar ikinci şifahi mədəniyyətin qapılarını açır. Yazıdan öncəki birinci şifahi mədəniyyətdən fərqlənsə , bu ikinci durum da kütləvi olanı fərdi olandan üstün tutmağa maraqlıdır. Elektron dünyada söz anonimləşməyə meylli olur. Müxtəlif datalar bazasından toplanan informasiyalar bir-birində əridilir, yeni informasiyasını yaradır. Belə ki, 2022-ci ildə aramıza çox fərqli bir müəllif daxil oldu: ChatGBT roman yazdı. İnsan intellektinin icadı ola süni intellekt insana rəqib çıxaraq 2022-ci ilin bir bazar günü "Alis Sparkl" adlı uşaq romanını yazdı. Nəsr narrativlərində insan intellekti süni intellektin fərqlərini görmək imkanları təqdim edən dünya nəsrinin gündəmində "Yazarlığın sonu gəldimi?", "Süni intellekt Nobel mükafatı ala bilərmi?" kimi suallar görünməyə başladı. Məsələn, Amazon platformasında yerləşən Kindle mağazasında ChatGBT-yi yazar ya ortaq yazar olaraq siyahıya salan xeyli sayda e-kitab mövcuddur. Yaradıcı yazıda ChatGBT-dən bəhrələnmək faydalanmağın üsulları barədə internetdə yetərincə informasiya dolaşır. Bir sözlə, bugün çox danışmaq, informasiya ötürmək, təsvir təqdim etmək nəsr narrativlərinin gündəmdə qalmasını artıq təmin edə bilmir. Bunları artıq süni intellekt edə bilir. Virtual reallıq anlayışına semiotik fenomen kimi yanaşanda mətni, mimesisin özünü, narrativi, nəzəriyyəni, mətni ərsəyə gətirən koqnitiv prosesləri yenidən düşünmək ehtiyacı yaranır, elektronik kültürün işığında kölgəsində bədii dünya konstruksiyalarını izləmək isə fərqli qənaətlərə səbəb olur. Virtual reallıq XXI əsrin icadıdır; XX əsrin icadı kino olduğu kim. Bu reallığı dərk etməli ona görə davranmalıyıq. Hal-hazırda müəllif-mətn-oxucu münasibətlərinin adlandırılmasında virtual reallıq ən diri metafora funksiyasını daşıyır. Mətnin içinə daxil olmaq HMD (başa quraşdırılmış ekran) DGs (məlumat əlcəkləri) kimi vasitələrlə kompüter tərəfindən yaradılan üç ölçülü məkanlarda rəqəmsal möcüzələr diyarına daxil olmağa bənzəyir. reallıq effektindən çox şey asılıdır. Nəsr təhkiyəyə əsaslanır, təhkiyə isə bir virtual reallıqdır. Bu reallığın iki istiqaməti var: immersivlik interaktivlik.  Birinci halda oxucunu öz sularında qərq edir, ikinci halda interaktiv fəaliyyətə cəlb edir. İkincinin baş tutması üçün dildən interfeys kimi bəhrələnmək lazımdır. Dilin mətndə özünü bəlli etməsi, görünməsi oxucuların hekayə dünyasında özlərini itirməsinə əngəl yaradır. Semiotik ayıqlıq dilin mətnlərdəki şaquli üfüqi funksiyalarından törəyən interfeysi görür. Təhkiyəçi təhkiyə aktı mətndə görünə bilməyəndə, mətn oxucunu udur, real həyat hadisələrinin axarında, fiziki zehni olaraq hadisələr burulğanına qərq olur. Onlar mətnin temporal, spatial emosional laylarında immersiyanın yaratdığı semiotik korluğa düşürlər.

Narrativ düşüncənin sosial-psixoloji məna konstruksiyaları dil transformasiyaları vasitəsilə narrativ dildə öz ifadəsini tapır.  Çünki, bədii mətnlərdə görünən mənzərələrin arxasında sosial psixoloji əsaslara uyğun şüur mənzərələri (inanclar, istəklər, niyyətlər, duyğular s.) dayanır. Müşahidələr göstərir ki, yerli ədəbiyyatın təqdimatında güncəl problemlərin sırasında postmüharibə postkoloniyal narrativlər daha aktualdır. Postkolonyal mühitdə milli kimliyin özünü təsdiqinin idraki (koqnitiv), affektiv (emosional) davranış (behioveral) tərəfləri vardır. Bugün Azərbaycan ədəbiyyatında roman janrının sovet totalitarizminə hökmranlığına qarşı onilliklər boyu (xüsusilə, 1970-80-ci illər) davam edən mədəni müqavimət təcrübəsinin (milli/etnik identifikasiyanın dominant olduğu alleqorik narratoloji diskursların) postsovet dövründə fərqli formalara transformasiyası müşahidə olunur. Belə bir ortamda sovet düşüncə tipindən (kolonial izlərdən) psixoloji asılılıq yeni dünyaya inteqrasiya meylinin yaratdığı hibrid narratoloji status, qlobal intellektual estetik dəyərlərin mənimsənilməsinə qarşı qaçınılmaz lokal (etnomədəni, etnopoetik, etnoqrafik dəyərlər çərçivəsində) müqavimət s. məsələlərin tədqiqi ehtiyacı yaranır. Postkolonial Azərbaycan romanının ideoloji sərhədlərini təyin edərkən, sosialist/kolonial blokdan kapitalist/postkolonial bloka doğru düşüncə narrativlərinin hərəkəti izlənilir, postkolonial mühitin yaratdığı "keçid", "qeyri-müəyyənlik", "köhnə yeni sərhədlər", "dəyişiklik" kimi qavram/konseptlərin bədii mətnin estetik (narratoloji) qatında komponentləşməsi diqqət cəlb edir. Bu zaman milli qlobal identifikasiyanın təhkiyədə necə şəkillənməsi məsələsi maraq doğurur. Bu prosesi adlandırmaq üçün sosial-psixoloji narratoloji təhlil metodlarının sintezi daha doğru üsuldur. Belə ki, müasir Azərbaycan romanında milli identifikasiyanın dərəcəsini, inkişafını, inkişafda kontekstin rolu etnik kimliyin ölçüsü kimi məsələlərin araşdırılmasında psixonarratoloji yanaşmalar maraqlı qənaətlərlə yekunlaşır. 2022-ci ilin yadda qalan romanlarından biri Mahir N.Qarayevin "Sonuncu korifey" əsəri özünü psixoloji-assosiativ roman kimi təqdim etdi. Roman postkolonial narrativələrə əsaslanan interaktiv mətn kimi yadda qaldı. Psixoloji-assosiativ roman formal-struktur, semantik hermenevtik şərhlərə açıqlığı ilə diqqət cəlb etdi. Ümiyyətlə, nəsr koqnitiv alətlər toplusudur. Bu alətlər vasitəsilə həyat ədəbiyyat arasında ilmələr toxuyur. İki cür toxucu var: material kimi həyatı istifadə edənlər dilin özünü ip yumağına çevirənlər. Birinci halda mətn dönüb ya güzgü, ya pəncərə, ya həyatı əsaslandıran hər hansı rəsmi sənəd, ya da həyat üzərində əməliyyatlar aparan cərrahi alət olur. İkinci halda isə mətn artifakt olmağa iddialıdı, onun toxucusu kəşfiyyatçı ədası ilə yazı dilinin özünü göstərməyə çalışır, mənaların nəsrini yaratmağa can atır, buna bağdaş kontekstlər törətməklə nail olur. Birinci halda nəsr həyatı sübut etməyə çalışır, ikinci halda bədilliyin özünü. Təbii ki, hər ikisi ədəbiyyatdır. Bunların bir-biri ilə razılaşdığı orta hal da var ki, buna üçüncü vəziyyət deyə bilərik.  Birinci halda pəncərədən hamımızın bildiyi həyat löhvələri görünür, həyatı olduğu kimi göstərmək niyyəti belə mətnlərə o qədər hakim olur ki, istər-istəməz təhkiyənin üslubuna təsir edir, detalların, xırdalıqların, incəliklərin təsviri həcmi böyüdür. Həyatı haqlı çıxarmaq üçün qət edilən yollar narratoloji məsafələri  uzadır.  "Sonuncu korifey" romanının təhkiyəsi ikili çərçivələmə ilə səciyyələnir. Real dünya artifakt dünyanın sərhədləri bir-birinin içində əridilə bilir. Roman da yazı prosesinin özünü interaktiv akt kimi təqdim edir.

Narrativ düşüncə narratoloji dildə öz ifadəsini tapır. Linqvistik ötürülmələr narratoloji anlamı ərsəyə gətirir.  Aqşin Yeniseyin "Hərflərin vahiməsi" romanı da narratoloji mənanı mətnin içində yaratmaq istəyən interaktiv mətn kimi yadda qaldı. Mənanın itdiyi yerdə azadlıq başladığını iddia edən romanda mənaların əbədiliyindən usanmış şairin öz inancını sözlərin faniliyinə sığınmaqla dəyişmək istəyi mətnləşir. "Şair mənanın köləsi olmamalıdır, bir gün ya zəlzələdən, ya vəlvələdən - sözlər öz mənalarından uçub getdilər, geriyə daşlaşıb ağırlaşmış mənalar qalır, məna xarabalağına çevrilir şair; baxırsan ki, içində məna var, dilində söz yoxdur. Sözlər zəhmətkeş xidmətçilər, ya da bilim, özlərindən ağır yükləri qaldıran qarışqalar kimi  bizi içimizdəki mənaların ağırlığından xilas edir, onları bizi əzən yükünü daşıyıb çölə atırlar zaman keçdikcə özləri bir-bir bu yolda tələf olurlar, onları yeniləri əvəzləyir, sonsuza qədər belə olacaq; mənalar həmişə yaşayacaq, sözlər həmişə öləcək". Bu cümlələrdə Söz Yazı qarşıdurması ilə yanaşı nəsrin epistemoloji imkanları da özünü sərgiləyir. Doğrudan da, bir yazılı kültürü bugün hələ şifahi ənənədən dərəcədə asılı olduğunu zehnindəki yaddaş yükündən, başqa cür desək, zehnindəki əzbərin miqyasından təyin etmək mümkündür. "Hərflərin vahiməsi" romanı deyir ki, bədii düşüncəmiz şifahi əbədi səsi eşitməkdən əziyyət çəkir ondan qurtulmaq lazımdır.

Sənan İsmayılovun "Hər(i)flərin oyunu" adlı romanında da Yazmak adlı gənc yazarın yer alması, roman içində roman texnikası, Yazmak üçün özünün yazıçı kimi qəbul edilməsi yox, əsərinin roman kimi qəbul edilməsinin vacibliyi interaktiv oxunu aktuallaşdırır. Saltan Yusupun gənc yazıçılar üçün təşkil etdiyi "yaradıcılıq emalatxanısı" kursunda olanlar, romanın içindəki romanla - Saltan Yusupun (Sultan Yusufun) "Çap xətaları" romanı - tekstual məna ünsiyyəti daha çox interaktiv oxu aktına söykənir. Rəşad Səfərin "Keçilərin nəğmələri" romanında saxta qorxuların təsirilə xatirələrini tələsik yazmağa çalışan,  dərdi ədəbiyyat olmayan, sözdən incilər yaratmaq istəməyən, sadəcə qurtulmaq istəyən yazar "Yorğunlar kölgələri" adlı bir yazı yazmaq istəyir. Bu roman da interaktiv mətn kimi yadda qaldı. Cavid Ramazanovun "Amanabənd" romanı postsovet "Sovetski"nin xatirələrindən mətn ərsəyə gətirmənin mexanizmini oxucuya göstərə bildi. Nəsrimizdə yazının sərhədlərini görən ayırd edən belə mətnlərin olması sevindirici haldır.

Aydın Talıbzadənin "Ramana" romanında iddialı mətn texnikaları bədii həlli, Rəhim Əliyevin "Tağ ev" romanın nəql olunan hadisələrin 100 illik xronologiyası epik maksimalizmdən uğurlu istifadə, Nəriman Əbdürrəhmanlının "Şəms" romanının Şərq təhkiyə ənənələrindən qidalanan strukturu, Mübariz Cəfərlinin "Ölülər üçün yumurta" romanında yuxu gerçəkliyin eyni təhkiyə məkanında mətnləşməsi nəsr barədə nəzəri aspektdən danışılacaq faktlardır.  Kənan Hacının "Kəpənək vadisi", "Fəna fasiləsi", Vüsal Nurunun "İlğımda çimən atlar", Azad Qaradərəlinin "Morqda karantin", Vaqif Əlixanlının "Qarğa piri", Ayxan Ayvazın "Pəncərəsiz", Pərviz Seyidlinin "Məktublar arxasında", Aminin "Azel", Qəni Camalzadənin "Şeytana atılan daşlar", Əflatun Amaşovun "Qanıq, Hasan, bir Qaragöz" (içindəki magik elementləri ilə birlikdə) romanları immersiv nəqlin səliqəli nizamlı modellərini təqdim etdilər. Yunis Orucovun "Nargin. Saralmış kədər" "Boraltan. Azadlığın tələsi", Yunis Oğuzun "Cığır" tarixi romanlarında günümüzün milli ideoloji mövqeyindən əhəmiyyətli olan hadisələrdən bəhs olundu.

Ötən il ayrı-ayrı kitablar (Ilham Əziz "Şimşəkdən sonra", Rasim Qaracan "Sənin toxunduğun hər şey", Samirə Əşrəf "Mənim üçün qızılgül", Seymur Baycan "Mənasız hekayələr", Sevinc Elsevər "Çarpayı cırıltısı", Məmməd Oruc "Bağ evindən yazılar",  Bahəddin Həzi "Ölümcül həqiqətlər" s.) şəklində, eləcə   "Azərbaycan", "Ulduz", "Yazı", "Xəzan", "Ustad", "Ədəbiyyat qəzeti ", "525-ci qəzet" kimi mətbu orqanlarda, internet səhifələrində, ədəbiyyatla bağlı portallarda xeyli sayda hekayə çap olundu. 2022-ci il janr kimi hekayəyə diqqəti ilə yadda qaldı. Xüsusilə, kulis.az saytının hekayə müzakirələrində diqqət çəkən mətnlər oldu. Bu müzakirələrdə hekayə necə olmalıdır? sualının dolaylı yollarla qoyulması müxtəlif istiqamətlərdən cavab axtarmaq cəhdləri fərqli mətnlərin yaranmasına stimul verdi.

Qısaca deyə bilərik ki, insan yaddaşının koqnitiv psixoloji şərhində belə bir bölgü var, bizə aid yaşantıların depolandığı epizodik yaddaşımız ("Yadımdadır" deyə başlayan narrativlərlə özünü büruzə verir), yaşam boyunca öyrəndiklərimizi mühafizə etdiyimiz ("Bilirəm" deyə başlayan narrativlər) semantik yaddaşımız. Bu iki yaddaş bir-biri ilə sıx bağlıdır, semantik yaddaşımız epizodik yaddaşımızdakıları izah etmək üçün bir vasitədir, xatırladıqlarımızı dilin dünyasında ifadə etmək üçün semantik yaddaşa baş vururuq. Bizə aid epizodik yaddaşın bədii mətn hadisəsinə çevrilə bilməsi semantik təcrübə estetik səriştə tələb edir. Çox vaxt hekayə müəllifləri xatırladıqlarını bildiklərini danışmaqla yetinir. Belə hallarda hekayə bitir, oxucu "pəncərəni örtür", suallar ortaya çıxır. O pəncərədən gördüklərini bir xatırlayacaqmı? Xatırlamaq istəyəcəkmi? Yaddaşının hansı rəflərinə yerləşdirdi bu təcrübəsini? Elə mətnlər var ki, onlar bütün hallarda ədəbiyyatın qapılarından kənarda qalırlar.  Bu zaman virtual reallığın immersiv inandırıcılığı olmur, müəllif , oxucu da həyatın içində qalmağa məhkum olur. Düzdür, hər iki tərəfi həyatda qalmağa vadar edən bəzi məqamlar vardır. Məsələn, postmüharibə dönəmində yazılan müharibədən bəhs edən əsərlərin əksəriyyəti real dünyada qalmaqla yetinir, bu zaman bədiiliyə nisbətdə sənətlilik, emosionallığa nisbətdə pafos daha üstün mövqeyə keçir.  Memuar-xatirə üslubu mətnə şəkil görüntü verir, prozaik nəql gündəlik ünsiyyət dilinin içində sıxışdırlmış vəziyyətdə qalır. R.Bəylərli "Vətən uğrunda", E.Elatlı "Alternativ əməliyyat"(detektivə qarışan hərbi mövzu), Atilla Seymur "Mənim döyüş yolum", G.Məmmədovanın "Oğurlanmış Zəngəzur", "Fatehlərin zəfəri: Xüsusi təyinatlılar (tarixi sənədli roman), Əlisəfa Azayevin "General qətiyyəti", Ç.Qurbanovun "Əks-hücum Suqovuşan", Gülnar Əhmədin "Türkiyədə danışır Bakı", V.Məmmədovanın "Əsir düşərgəsi: Yaddaşlara güllə kimi sancılan hekayələr", S.Ədalətqızının "Qanlı Yanvardan şanlı qələbəyə" s. əsərlərini bir paradiqmada (didaktik-bədii) birləşdirən elə sonuncu əsərin adının ifadə etdiyi məzmundur.  Vətəndaş həssaslığı, milli qürur sevinc bu mətnlərdə bədiiliyi ikinci plana atır. "30 illik Qarabağ ağrımıza xalqımızın mərd, cəsur, vətənsevər oğulları 44 gün içərisində son qoydu" (Abdulla Səfi. "Mərmidən xatirələr") cümləsi postmüharibə narrativlərini yığcam formada ifadə edir. Ümumiyyətlə, 44 günlük müharibəyə çevik, amma təsvirçi reaksiya, postmüharibə ovqatına xas qarışıq hislərin psixoloji nəqlini qabaqlayır. Şəhidlər qarşısında borcluluq duyğusu, qazilərə empatiya  ictimai müstəvidə narrativləşir. Görünür ki, bu affekt halı hələ xeyli müddət nəsrin məzmununa təsir göstərəcək. Anlaşılandır, müharibənin psixoloji "kontuziyası" insan iradəsini dəlib keçir, düşüncə geri planda qalır, insan xislətinin zəif, gücsüz tərəfləri bir anda üzə çıxır, kütləvi psixoz yaşanmağa başlayır. Qəhrəmanları yaşatmaq bu kütəvi psixozda yeganə təsəlliyə çevrilir.

2022-ci ilin nəsri haqqında çox danışmaq olar. (Adını çəkə bilmədiyimiz onlarla əsər var ki, məruzənin əsas mətnində öz əksini tapacaq). Psixoloji, narratoloji, sosioloji, estetik, semantik, koqnitiv aspektləri çatışmazlıqları barədə xeyli fikir mübadiləsi aparmaq olar.

Bildiyimiz kimi, müasir bədii əsələr adətən dörd epistemadan (ənənə, modernizm, postmodernizm, metamodernizm) birinə söykənir, Hər epistema insani ya ontoloji məqsədi yerinə yetirən keyfiyyətlər ya əlamətlər toplusudur, hər birinin özünəməxsus məhdudiyyətləri var ki, bunlar ifşa olunduqda növbəti epistema üçün zəmin yaranır. Ənənə bəşəriyyətin mənşəyinin dərinliklərinə qayıdır, bu zaman keçmişin əvəzolunmaz müdrikliyi diktə olunur, ənənənin dominantlığı fərdiliyi daim təzyiq altında saxlayır, ədəbiyyatı kanonlar idarə edir. Modern espstema isə kəşfə əsaslanır, fərdi niyyəti qabartmaq mövcud dəyərləri analiz etməklə ənənənin məhdudiyyətlərindən qaçmağa çalışır. Modern epistemalar məhdud ola bilir, bəzən mədəni sferanın ayrı-ayrı ünsürləri arasında qarşılıqlı əlaqələri, konteksti, kənar perspektivləri tanımamaqda israrçıdır. Postmodern istehza dominantlıqdan kənarda olan subkulturalara diqqəti cəlb etməklə, modernizmin rədd etdiyi ənənəvi nümunələrin yenidən yüksəldilməsi s. vasitəsilə modernist kibri tənzimləməyə çalışır. Postmodernizmin isə əsas məhdudiyyəti affektiv ölçü daxili subyektivliyə laqeydliyi ilə bağlıdır. Metamodernizm isə hər üç epistemanın fərqli aspektlərinə reaksiya verir onları bir yerdə əhatə etməyə can atır. Kütləvi elit ədəbiyyat arasında sərt divarlar hörən modern, ardınca divarları söküb öz lehinə yenidən tikən postmodern insandan sonra, metamodern insan dünyada sökülmüş divar daşlarının üstündə modern şövqlə postmodern istehza, ümidlə hüzn, sadəlövhlüklə bilik, empatiya laqeydlik, tək çox, ümumi xüsusi, müəyyən qeyri-müəyyən arasında qurduğu yellənçəklərdə sallanır.

2022-ci ilin nəsr faktları göstərir ki, ənənə bizim üçün əsas qaynaq olmağa davam edir. Bəzən bu çox ifrata varır, şifahi Səs Yazıya çox əngəl olur. Bunu yaxınlarda dilçi həmkarlarımdan biri ən müasir nəsrimizdə neologizmlərin olub-olmamasını məndən soruşanda bir daha anladım, uyğun əsər tapmaqda çətinlik çəkdim.

Ümumiyyətlə, nəsrin elitliyi Söz Yazının sərhədləri daxilində tutduğu məqamla təyin olunur. Qaranlıq xaosun səsini estetikanın içinə (Yazıya!) həbs edən mətnlər yazılı ədəbiyyatın təkrarolunmaz qəhrəmanları olurlar. Səs təbiidir, yazı sünidir (artifaktdır!), səs təhtəlşüurla daha çox bağlıdır, yazı isə şüurun texnoloji icadıdır. K.Q.Yunqa inansaq, "üzdüyünü zənn edən sənətkarların əslində gözəgörünməz bir axıntıda sürükləndiyini" görürük. Bu gözəgörünməz axıntı çox vaxt müəlliflərə icazə vermir ki, yazının dünyasına daxil olsun, ədəbiyyatı özününküləşdirə, fərdiləşdirə bilsin.

 

Maral YAQUBOVA

 

Ədəbiyyat qəzeti: susi buraxlılış.- 2023.- 22 iyul.- S.24-25.