Mənim ümidimin rəngi qaradır...
Mənim ümidimin rəngi qaradır -
Ağ da olmadı ki eşqə bələsin.
Vəsfimə sığınan ümidlərdi ki -
Boyu da çatmadı, göydən ələsin.
Zülmətin qaranlıq sabahlarına-
Od vuran alovlu sevgilər yağdı.
Gözümə görünən qara ümidlər -
Mən hardan biləydim, rəngləri ağdı.
Təbəssüm üzümə qonandan bəri -
Qırışlar alnıma heç yaraşmadı.
Ömrümün yoludur incə qırışlar -
Açılmır sirr kimi, ürək daşıdı.
***
Qəlbində Allahın möhürün gördüm -
Çatmısan imana, təqvadasan sən.
Peyğəmbər nəslinə ehtiram etdin -
Çatdırdı ehtiram, əqvadasan sən.
Şəffaf şüşə kimi, qarşımda idin -
Baxırdım o zaman bəsirətimlə.
Hərdən duyğuların, tir-tir əsirdi -
Yazırdım ey insan, bəsirətimlə.
Neçə gözəlliyi tərənnüm edən -
Zamana sığmayan, arzunu duydum.
İçimdə yaşadım, mən də anbaan -
Yaşanan anların fərzini duydum.
Bir karvan yolunda gedirdik birgə -
Baxışlar dünyaya fərqlidi
fərqli.
Gözlərin baxdığı məkan
biz idik -
Baxan o gözlər də yad sandı əqli.
***
Göy üzünün yeddi qatı -
Hər bir qatın öz üzü var.
Qatlandıqca o qatların -
Yerə baxan göz izi var.
Məskən salıb mələkləri -
Qaranlıqlar içrə gəlir.
Təhvil-təslim etmək üçün -
Yerin üstə, çöhrə gəlir.
Düşməz tərsə əksin gedər -
Fırlanar düz xətti seçər.
Fələk sayar saydığını -
Bəhram eşqin suyun içər.
Axar göyün yaşı göydən -
Silər Tanrı onu yerdən.
Acısını çəkər, bilməz -
Çəkən yerə, yağar hərdən.
***
Enmə özgədən özünə -
Yıxılan özün olarsan.
Kökü üstündə dayanan -
Yadlara bir ün olarsan.
Nöqtədir durduğun bu yer -
Daha hamı burda durur.
Bənzəmə hər ötənlərə
-
Qonaq özü yurdda durur.
Mənzilinə
yetişmisən -
Son dönüşün, izi qalıb.
Geri baxma, ay insafsız -
Unutmusan,
gözü qalıb.
***
Gecəni
yarıya böl -
Yarısında yatım mən.
Şirin
yuxum qayıtsın -
Yarısını atım mən.
O bir gecə
sehrini -
Qatım
səhər, axşama.
Büküm qoyum cibimə -
Saxlayım bir şux cana.
Gündüzləri
boyayım -
Suyu səpim torpağa.
İçimdən çıxan mələk
-
Qarışsın sehrə, ağa.
Bölünsün
tən yarıya -
Yuxumdakı yuxular.
Eşq ətrinə bürünsün
-
İçimdəki axınlar.
***
Sinəm
körpü olsun, sən də keçəni -
Boylan o körpüdən, qəlbimə
sarı.
Köçür ağ vərəqə,
çək e şəklini -
Qalmasın zülmətdə, zülmətin
yarı.
Yuyuram hər
səhər ibadətimlə -
Dərgaha üz tutur, haqqa çatıram.
Yolunda qüssəni, dərdi tökərək -
Dünyanı yad sanır, varın
atıram.
Neçə
ayrılıqlar burda başlayır -
Oxunur ürəyin naləsi, ahı.
Sevgiyə yer verən, qədrin bilməyən -
Yıxılır nifrətə, tapır
günahı.
Pulsuz
kitablardır, insanlar qəlbi -
Oxuyun,əzməyin heç
bir vərəqin.
İlahi
yazdığı kitablardı
ki -
Pozulmaz əbədi, göz görər yəqin.
***
Gəzdiyim
bu məkan tanışdır mənə -
İlləri həsr edib, yenə dönmüşəm.
Mərtəbə-mərtəbə, dırmaşan
gələn -
Könüllü olanla, dinə dönmüşəm.
Yolunu izləyən
yolundan çıxan -
Neçə adamları dəfn
eyləmişəm.
Ruhumu sevəni, dinləyənləri
-
Ömürlük həyata kəbn
eyləmişəm.
Çoxu
anlamadan düz gedib asi -
Sənsə bilərəkdən, səhvi etmisən.
Baxmadan
fırlanıb gözlər əksinə -
Gözlərin önündə vəsfi
etmisən.
Ayrılıb
yolların ayrıcı səndə -
Açmısan hər kəsə
qəlbin dəftərin.
Hıçqırıq verəndə düşünmüsən ki -
O yox e, bu imiş nikbin dəftərin.
***
Eşqin
minbərində -
Azan səsiyəm -
Səsi
duymayana -
Yadam, asiyəm.
Allahdan gəlmişəm
-
Qayıdışım var.
Dünyanı sevmirəm -
Olur, mənə dar.
Axtarma
eşqimi -
Məkanı mənəm.
Yolunda yaşayan -
Çarəsiz sənəm.
Eşqin
minbərində -
Göyərçinə bax -
Baxır
insanlara -
Çəkir dərin ah.
Bəhram
BİLALOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 29 iyul.- S.25.