Xalq
yazıçısının şeir dəftəri, yaxud yeni
poeziya antologiyası
Xalq yazıçısı Anar
oxucuları ilə yeni görüşə nəsr, yaxud
publisist əsərlərilə deyil, bu dəfə illərin
və geniş dünyagörüşün bəhrəsi olan
şeir yaradıcılığı ilə gəlib.
Beş
min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı
və tərtibatçısı kimi tanınan və qiymətləndirilən
Xalq yazıçısı bu kitabına öz
yazdığı şeirləri, şeir tərcümələrini,
demək olar ki, bütün poeziya janrlarını, müxtəlif
ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir
poeziya antologiyası!
Antologiyanın
lüğəti mənası belədir: "...müxtəlif
müəlliflərin seçilmiş əsərləri, əsasən
şeirlər məcmuəsi".
Bu
poeziya antologiyasının müəllifi Anar müəllimdi.
Bununla belə, rusca yazdığı şeirlərə müəllif
öz adından verdiyi izahatda yazır: "Bəri başdan
deyim ki, mən şair deyiləm və heç bir şairlik
iddiam da yoxdur... Mənim bütün şairlik təsərrüfatım
- o da bir yarım düjin Azərbaycan dilində
yazdığım şeir təcrübəsidir, onlar da
gündəlik mətbuat səhifələrində və mənim
kitablarımda çap olunublar".
Beləliklə,
"bu şeir təcrübəsilə" Anar müəllimin
yeni bir poeziya kitabı yaranmış, o da mənim
qarşımdadır.
Kitabda
müəllif klassik şeirimizin Nizami Gəncəvidən
üzübəri Orta əsr və müasir şeirlərimizə
qədər, əsərlərindən epiqraf gətirib, onlara
nəzirələr həsr edir. "Klassik şairlərlə
səsləşmələr silsiləsi"ndə biz bu poetik
dialoqun geniş mənzərəsini müşahidə edirik.
Bu nəzirələrdə
bizim müasirimiz olan şair obrazının insanın fövqəladə
gücünə inandığı üçün,
bütün ədəbi axtarışları zamanı öz
fövqündə durduğunu görürük. O, sanki
uçmaq üçün qanad, yaşamaq üçün
vaxt, geniş fəaliyyət üçün mühit
sorağında çırpınır. Eləcə də
"İki cahan məndə sığar, mən bu cahana
sığmazam", - deyən şairimizin varisi kimi
çıxış edir.
Rus ədəbiyyatından
tərcümələr fəslində, müəllif rus ədəbiyyatının
klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz
müasirlərinə qədər 23 şairin şeirini tərcümə
etmiş və oxucularını bir yeniliklə də
tanış etmişdir.
Əvvəla,
müəllif tərcümə üçün rus şairlərinin
proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə
çevirmişdir. Anar müəllimin dediyinə görə,
Boris Pasternakın tərcüməsi ilk dəfədir.
Rus ədəbiyyatından
bu qədər görkəmli sənətkarın
dilimizə tərcüməsi ədəbi əlaqələr
baxımından da poetik töhfədir.
Yazıçı,
şair və incəsənət sahəsindəki
dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim
elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu
da istər-istəməz bu xoş ovqatı yaşayır.
Bu
silsilədə özünə həsr elədiyi epiqramda
müəllifin daimi axtarışlar aləmində olduğunu
görürük.
Kitabla
mənəvi bağlılığa həsr olunmuş sevgi
şeirlərindən biri "Zemfirama" adlanır. Müəllif
ötən illəri taleyinə minnətdarlıqla
xatırlayır:
...Bu
qırx il necə keçdi?
Elə
bil qırx il deyil,
Qırx
gün, qırx gecə keçdi.
İl
illərə qalandı:
Sevgi,
intizar, kədər,
Sevinc,
fərəh, itgilər,
Bir-birinə
calandı.
Təbiidir
ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi
kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur;
onun gözlənən, gözlənməyən məqamları
da bizi gözləyir. Bəzən, "paxıllıqla
üzləşən, haqsızlıqla rastlaşan" ailədə
isə pak, təmiz arzuları ilə "şirin-şəkər
nəvələr" böyüyür.
Yaxşılıq,
xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə
yadigar qalmalıdır ki, cəmiyyət də
yaşayış yeri kimi şərəflənsin. Müəllifin görmək istədiyi
idealı da bu fikrin üstə pərvəriş tapır.
...Namuslu, ləyaqətli,
Alnıaçıq
balalar,
Şirin-şəkər
nəvələr.
Ağ
vərəqlər üstündə
çəkdiyimiz
əzablar -
yazdığımız
kitablar,
Bir də
xatirələrdə
Yaşayacaq
eşqimiz -
Hərarətli,
pak, təmiz.
Müəllif
o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini
də göstərir:
Qış
gəlsə də,
Gəlsin
qoy.
Qış
günü deyildimi,
hədiyyəsiz-filansız
bizim
unudulmaz toy?!
Yeri
gəlmişkən deyim ki, qırx il bundan əvvəl
unudulmaz Xalq şairimiz Rəsul Rza məni də oğlunun
toyuna dəvət etmişdi.
İndiki
kimi yadımdadı, tapşırmışdı ki, toyda pul
salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə
hədiyyə aparmaq sonralar adət halına düşdü.
Qırx
il əvvəl toyda dediyim sözü indi də burada təkrar
etmək istərdim: Xoşbəxt olun!
Anar
- səmimi oğuldu. O, atasını həm oğul kimi, həm
də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq
şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu,
dünya şöhrətini bilir.
Adətən,
atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə
oğulu - bütün mənəvi sıxıntıları,
streslərilə birlikdə ata rolunda - müdrik
görürük.
Acı
sözlər ürəyinə ox olsa da,
Düşmənlərin
dostlarından çox olsa da,
Üfüq
xətti birdən-birə yox olsa da,
Ümidini
itirmə.
...Sevdiklərin
bir gün dönüb yad olsa da,
düşmən
görüb niskilini, yad olsa da,
İnandığın
hər nə var, bərbad olsa da,
Ümidini
itirmə!
Beləliklə, hər iki vəziyyətdə
oğulun-ata, atanın-oğul rolunda portret cizgiləri təbii
- "Ümidini itirmə!" deyən nikbin notlarla bəstələnən
könül hıçqırığıdı, əvəzsiz
övlad məhəbbətidi.
Hörmətli
Xalq yazıçısı Anarın, bu dəfə görkəmli
şair Anarın şeir dəftərindən, poeziya
antologiyası kitabından müvəqqəti ayrılıram.
Burada haqqında danışa bilmədiyim (bu, mümkün də
deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə
öz oxucularını gözləyir.
Yeni
uğurlar!
Hörmətlə...
22.05.2023
Xalq
yazıçısı Anar oxucuları ilə yeni
görüşə nəsr, yaxud publisist əsərlərilə
deyil, bu dəfə illərin və geniş
dünyagörüşün bəhrəsi olan şeir
yaradıcılığı ilə gəlib.
Beş
min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı
və tərtibatçısı kimi tanınan və qiymətləndirilən
Xalq yazıçısı bu kitabına öz
yazdığı şeirləri, şeir tərcümələrini,
demək olar ki, bütün poeziya janrlarını, müxtəlif
ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir
poeziya antologiyası!
Antologiyanın
lüğəti mənası belədir: "...müxtəlif
müəlliflərin seçilmiş əsərləri, əsasən
şeirlər məcmuəsi".
Bu
poeziya antologiyasının müəllifi Anar müəllimdi.
Bununla belə, rusca yazdığı şeirlərə müəllif
öz adından verdiyi izahatda yazır: "Bəri başdan
deyim ki, mən şair deyiləm və heç bir şairlik
iddiam da yoxdur... Mənim bütün şairlik təsərrüfatım
- o da bir yarım düjin Azərbaycan dilində
yazdığım şeir təcrübəsidir, onlar da
gündəlik mətbuat səhifələrində və mənim
kitablarımda çap olunublar".
Beləliklə,
"bu şeir təcrübəsilə" Anar müəllimin
yeni bir poeziya kitabı yaranmış, o da mənim
qarşımdadır.
Kitabda
müəllif klassik şeirimizin Nizami Gəncəvidən
üzübəri Orta əsr və müasir şeirlərimizə
qədər, əsərlərindən epiqraf gətirib, onlara
nəzirələr həsr edir. "Klassik şairlərlə
səsləşmələr silsiləsi"ndə biz bu poetik
dialoqun geniş mənzərəsini müşahidə edirik.
Bu nəzirələrdə
bizim müasirimiz olan şair obrazının insanın fövqəladə
gücünə inandığı üçün,
bütün ədəbi axtarışları zamanı öz
fövqündə durduğunu görürük. O, sanki
uçmaq üçün qanad, yaşamaq üçün
vaxt, geniş fəaliyyət üçün mühit
sorağında çırpınır. Eləcə də
"İki cahan məndə sığar, mən bu cahana
sığmazam", - deyən şairimizin varisi kimi
çıxış edir.
Rus ədəbiyyatından
tərcümələr fəslində, müəllif rus ədəbiyyatının
klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz
müasirlərinə qədər 23 şairin şeirini tərcümə
etmiş və oxucularını bir yeniliklə də
tanış etmişdir.
Əvvəla,
müəllif tərcümə üçün rus şairlərinin
proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə
çevirmişdir. Anar müəllimin dediyinə görə,
Boris Pasternakın tərcüməsi ilk dəfədir.
Rus ədəbiyyatından
bu qədər görkəmli sənətkarın
dilimizə tərcüməsi ədəbi əlaqələr
baxımından da poetik töhfədir.
Yazıçı,
şair və incəsənət sahəsindəki
dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim
elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu
da istər-istəməz bu xoş ovqatı yaşayır.
Bu
silsilədə özünə həsr elədiyi epiqramda
müəllifin daimi axtarışlar aləmində olduğunu
görürük.
Kitabla
mənəvi bağlılığa həsr olunmuş sevgi
şeirlərindən biri "Zemfirama" adlanır. Müəllif
ötən illəri taleyinə minnətdarlıqla
xatırlayır:
...Bu
qırx il necə keçdi?
Elə
bil qırx il deyil,
Qırx
gün, qırx gecə keçdi.
İl
illərə qalandı:
Sevgi,
intizar, kədər,
Sevinc,
fərəh, itgilər,
Bir-birinə
calandı.
Təbiidir
ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi
kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur;
onun gözlənən, gözlənməyən məqamları
da bizi gözləyir. Bəzən, "paxıllıqla
üzləşən, haqsızlıqla rastlaşan" ailədə
isə pak, təmiz arzuları ilə "şirin-şəkər
nəvələr" böyüyür.
Yaxşılıq,
xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə
yadigar qalmalıdır ki, cəmiyyət də
yaşayış yeri kimi şərəflənsin. Müəllifin görmək istədiyi
idealı da bu fikrin üstə pərvəriş tapır.
...Namuslu,
ləyaqətli,
Alnıaçıq
balalar,
Şirin-şəkər
nəvələr.
Ağ
vərəqlər üstündə
çəkdiyimiz
əzablar -
yazdığımız
kitablar,
Bir də
xatirələrdə
Yaşayacaq
eşqimiz -
Hərarətli,
pak, təmiz.
Müəllif
o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini
də göstərir:
Qış
gəlsə də,
Gəlsin
qoy.
Qış
günü deyildimi,
hədiyyəsiz-filansız
bizim
unudulmaz toy?!
Yeri gəlmişkən deyim ki,
qırx il bundan əvvəl unudulmaz Xalq şairimiz Rəsul Rza
məni də oğlunun toyuna dəvət etmişdi.
İndiki
kimi yadımdadı, tapşırmışdı ki, toyda pul
salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə
hədiyyə aparmaq sonralar adət halına düşdü.
Qırx
il əvvəl toyda dediyim sözü indi də burada təkrar
etmək istərdim: Xoşbəxt olun!
Anar
- səmimi oğuldu. O, atasını həm oğul kimi, həm
də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq
şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu,
dünya şöhrətini bilir.
Adətən,
atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə
oğulu - bütün mənəvi sıxıntıları,
streslərilə birlikdə ata rolunda - müdrik
görürük.
Acı
sözlər ürəyinə ox olsa da,
Düşmənlərin
dostlarından çox olsa da,
Üfüq
xətti birdən-birə yox olsa da,
Ümidini
itirmə.
...Sevdiklərin
bir gün dönüb yad olsa da,
düşmən
görüb niskilini, yad olsa da,
İnandığın
hər nə var, bərbad olsa da,
Ümidini
itirmə!
Beləliklə,
hər iki vəziyyətdə oğulun-ata, atanın-oğul
rolunda portret cizgiləri təbii - "Ümidini itirmə!"
deyən nikbin notlarla bəstələnən könül
hıçqırığıdı, əvəzsiz övlad
məhəbbətidi.
Hörmətli
Xalq yazıçısı Anarın, bu dəfə görkəmli
şair Anarın şeir dəftərindən, poeziya antologiyası
kitabından müvəqqəti ayrılıram. Burada
haqqında danışa bilmədiyim (bu, mümkün də
deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə
öz oxucularını gözləyir.
Yeni
uğurlar!
Hörmətlə...
22.05.2023
Nəriman Həsənzadə
Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S.4.