Adı soyadını eşidən şair-Qulu Ağsəs

 

(Əvvəli ardı var)

 

İlahi ruhu dərk edən özünü dərk etmiş olur, eşqi dərk edən özündəki eşqin gücünə inanır. Fəlsəfi germenevtikaya görə, özünü anlamaqBaşqa Mən”i anlamaqdan keçir. Özünü dərk etmək üçünBaşqası”na müraciət etməlisən, “Başqası”nı anlamaq üçün onu hiss etməlisən, onu yaşamalısan. Poeziya bu kosmoqonik ideyanı  ifadə edir.  Qulu AğsəsinMəni mənləşeiri  bu mənada səciyyəvi xarakter daşıyır:

 

           Yatammıram ertəyəcən,

          Bəlkə, bir şeir deyəcəm...

          Qulağıma sirr deyəcəm,

          Məni mənlə tək buraxın!

 

          daddım, gördüm hələ,

          Laldım, kardım, kordum hələ.

          ...Çıxsam özümlə duelə,

          Məni mənlə tək buraxın!

 

 Yoxdan varolma, ruhən təzələnmə, qeybdən zühur, özünü əbədiyyətdə görmək istəyi  şairin daha bir  şeirində  mənaxtarışı ilə bağlıdır:

 

 Sizə kimdən deyim?

Özümdən deyirəm:

 Görmədiyim adama

Getmədiyim yerdə

 

           Heç vaxt

           Heç bir görüş verməmişəm.

           Amma oturub gözləyirəm...

           Kimi?

           Harda?

           vaxt?

           ...Heyhat!

 

Bu şeirdə  uzun, incə yolla  gedən sufi dərvişin  axtarış  fəlsəfəsi, özünü əbədi zamanın yolçusu görmək istəyi ifadə  olunub. Dünyanı sintez şəklində, bütöv mənzərəsini İlahi məqamda, metafizik yüksəklikdə, müdriklik mərtəbəsində görmək istəyi Qulu Ağsəs poeziyasının simvolik, mifopoetik, arxetipik cəhətlərini dini-fəlsəfi əsaslarını  önə  çıxarır.

 

 Rza Diqqətini oxumaq cəhdi

 

Foto da  bədii mətndir. Rza Diqqəti kimi sənətkarın fotosu da ki illah.  Adi gözlə nəzər saldıqda o fotolarda Qarabağ xarabalıqlarını görür, üzüntümüzü, göz yaşımızı, qarı düşmənə dost deməyimizi xatırlayıb peşmanlığımızı, təəssüfümüzü, heyrətimizi s. sonsuz  emosiya hisslərimizin estetik  şəklini  görə bilirik. O fotolarda yer yerindən oynamış, altı üstünə  çevrilmiş, keçilməz yollara  dönmüş doğma/yad bir məkan görürük. Qulu Ağsəs isə məşhur fotoqrafın mətni üzərinə mətn yazır. Böyük  sənətkarla  xəyali söhbətində Qulu Ağsəs, əslində,  həm onun yaradıcılığının daxili, dərin qatlarını açıb göstərir.

Rza Diqqətinin fotolarındakı Qarabağa irreal qorxunc monstrların ruhu hakim kəsilmişdir.  Burda insan dünyanı görə bilmir    dünya insan təxəyyülünün  təsəvvürünün heç bir ölçüsünə uyğun gəlmir. Şeirin əvvəlində  qoyulan gördün Qarabağda... orda vəziyyət cürdü?” sualına cavabı da şair elə özü verir  – “Salamatçılıqdı”. Cavab ümidsizliyi gizlətmək, özünütəsəlli üçündür ironiya kimi səslənir. Ardınca  Qarabağın real mənzərəsi  məhz  pikassovari, sürrealist  cizgilərdə  təsvir olunur.  Qarabağın viran edilməsi tarixi, böyük epik məzmun forma ölçülərin paradoksal uzlaşdırılması ilə cəmi bir neçə sətrə sığışdırılır:

 

           məscidminbərdən,

kəhrizçinardan,

          qəbirbaşdaşından,

          mina – kadrdan

         hündürdü!

 

 Yerini dəyişmiş həqiqətlər, dünyanın əyri güzgüsündə düzünü itirmiş tarix, coğrafiya, mədəni yaddaş  insanın torpağı ilə vəhdəti, bağlılığı təcrübəsini qırır,  yeni təcrübə qazanılması mümkünsüz görünür, çünki bu yeni bir mövzu, yeni bir dünya  mənzərəsi qurmaq anlamına gəlir,  bunun üçün isə dəyərlərin fərqli şəkildə yenidən nizamlanması gərəkdir.

          Qarabağ məkanı yalnız ərazi olaraq dağılmayıb,  assimmetriyaya  uğrayan daha dərin nəsnələrdir, mənalardır.  Burda hədəfdə şüur deyil    onu idarə etmək üçün insanın gücü yetərli ola bilər. Burda hədəf  təhtəlşüurdur, təbiətlə, ulduzlarla körpü yaradan,  ünsiyyət quran  dildir, qəlbdir.  İnsanın  özü  ilə dünya ilə əlaqələrinin əvvəlki kimi, varlığını təsdiq edən duyğu baxışlar üzərindən qura bilməməsi iztirabının özü faciəlidir, qorxuludur. Formasını itirmiş obrazlarda bir qarabağlı (hər qarabağlı yox!) öz obrazını tapa bilmir. Təsvir olunan zahiri  görüntülər: məscid-minbər, qəbir-başdaşı, kəhriz-çinar kimi məkanlar immanent fəlsəfi dünyaya malik varlıqlardır. yazıq ki, bu  məkanın əbədi, fəlsəfi taleyinin sakini həm   mina    gizli ölümdür. Kadrdan  hündür”, hardan baxsan, görünən, hər an bizi gözləyən heçlik qorxusu, odu sönmüş qara torpaqda göyərib boy atmamaq düşüncəsi dünyanın üçölçülü cizgisini təsəvvürlərdən silir, yaddaşı, keçmişi yox edir.

Yuxularının, nağıllarının, səssiz düşüncələrinin mövzusu həmsöhbəti Qarabağı, təhtəlşüurunda əbədiləşmiş Sürüşəkdaşı, Qaraqaya yüksəkiliyini itirməmək üçün, bəlkə, hələ getməyib Ağdama, Şuşaya Qulu Ağsəs.  O assimetriyada dünyanın  mizan-tərəzisi itmiş, altı üstünə çevrilmişdir, minbər məscidin, qəbir başdaşının  yerini dəyişmiş cizgiləri absurd, anlaşılmaz  xaos mənzərəsi yaratmışdır. Yurdun xarabalıqlarını real çərçivədən çıxararaq abstrakt şəkildə  təsvir etməsi müəllifin hadisələrə dərin, şüuraltı qatları ifadə edən baxış bucağından xəbər verir. O, gördüyünü deyil, görmək istəmədiyini qələmə alırişığın ümidin yurduna dönməsini gözləyir.  bir sonda nağıllara dönür şair:

 

 , bir

mat qaldım bir şeyə:

          oranın quşları

         adam kimi danışır,

         adamları

quş kimi oxuyur deyə...

 

           Baş vermiş metamorfozainsanların quş kimi ötməsi quşların dil açıb danışması  Ağsəs mətninə mifoloji ölçülər qazandırır, müəllif  idealını ifadə edir.

Ümumiyyətlə, şairin Qarabağ müharibə  şeirlərinin yaşadığımız zaman kəsiyində deyil, ədəbiyyatımızın böyük zamanında  ayrıca dəyər kəsb etdiyini  vurğulamaq istəyirəm.  Onun  Ağam!.. Adam!.. Ağdam!..elegiyası,  Özün dağ başına qoyan şəhərinadlı Şuşa oxşaması, ən gözəl xəyalını, əfsanə sevgisini bəyan etmək istəməməsinin səbəblərini tarixə anladanQarabağ şikəstəsiandı, zənnimcə,  daxili zəngin dramaturgiyası ilə xüsusi araşdırma mövzusu  təşkil edir.   

 

 Günəşə sarılan poeziya

           Əsl şair odur ki, sözə, sözün xilas gücünə, sözdə xilasa inansın. Fikir qarmaşasının içindən boylanan misraları ilə gecənin qaranlığından doğan işığı,  günəşi salamlayır Ağsəs öz əsərlərində. Səssiz gecədən sübh azanına gedən zamanın dəyəri  söz söyləyə bilmək, üslubunu cilalamaqla  özünü dünyada  öz yerini bəlli etmək, incə mənalara, başqa aləmlərin sirrinə varmaq istəyilə ölçülür Qulu Ağsəsin şeirlərində. Əbədi zamanı ifadə edən söz şair taleyinin ilkin anlamına işıq salaraq  özü əbədiləşir.

          “Dur(y)ğu işarələrisilsiləsindən  iki bəndli  “He-ca” şeirində  ifadə olunan şair poeziya mövzusunu xeyir şər, zülmət işıq, yalan həqiqət  diskursları üzərindən dəyərləndirmək vacibdir. Əslində, şairin missiyası oxucunu qaranlığın, boşluğun olmamasına inandırmaq, optimizm aşılamaq deyil,  qaranlıqların içindən günəşi görmək, günəş olmağı bacarmaq bir daha, hər sabah sübhə diri çıxmaqdır.  Bu, söz, sənət  qarşısında sənətkar məsuliyyətidir.  Qələmim balta kimi / yenə doğrayıb tökür gönüqalın gecəni / he-ca-nın qazanına...” bəndinin son misrasında  sözün hecaya bölünməsi ilə şəkilçinin üzərinə düşən vurğu kökdəki mənanı  önə çəkir. Qədim yunanlarda üslub (heca) kəlməsi  stilus  adlanan  qələmi ifadə edirdi  iti ucu yazı, digər  ucu isə mum üzərində yazılanı pozmaq üçün istifadə olunurdu. “Stilusu çevirməkhərfi mənasından başqa, məcazi mənada  heca üzərində işlə, üslubunun üzərində düşündemək idi. Qulu Ağsəs qədim sənətkarlar kimi qələminin iti ucu ilə öz borcunu şərəflə yerinə yetirir. O, “heca qazanı”ndangecə zamanından, söz sınağından  bişmiş, müdrik  sözlərlə çıxır səhərə:  

 

 Qəribə səhərdi o

          (vaxtını unutmuşam)...

         Sevindim ki, yaxşı

          Ürəyimin yağıyla

          Bişirdiyim gecəni

            Günəşə pay tutmuşam...

 

          Birinci bənddə  gecədən sübhə qədərki zaman ölçüyə sığışdırılmışdır (“çox var  hələ sübh azanına”),  çünki bu, sözün sirrinə vaqif olma zamanıdır, şair  bu zamanın sahibidir, zamanı iradəsinə tabe etməyə borcludursınanıldığının məsuliyyətinin fərqindədir. Gecənin zamanı da sübh namazına qədərdir. Bəs səssiz gecədən doğan səhərin nəyi qəribədir? Unudulmuş vaxt metaforası nəyi ifadə edir?  Əlbəttə, şair o səhərin tarixinə işarə etmir. O, əbədi, ölümsüz zaman söz verir, orda keçmiş, indi, gələcək var. Orda dünya başqadır gecənin yaradıcılıq  əzabının sonunda büsat, sevinc, işıqlı nəfəs, yoxluqdan varlığa sıçrayış, sözün doğulması    azad olması  var.

Qulu Ağsəsi gecənin səssiz qaranlığında günəşi görməsi ilə, onu qısa misralarla, amma böyük  təntənə ilə uğurlamasından tanıya bilərik. Yaradıcılıq ideyası Ağsəs üçün dünyanın kəşfi deməkdir. “Ürəyinin yağında bişirdiyihəqiqət payı, söz payı da günəşin missiyası ilə üst-üstə düşür. Günəşi görmək elə günəş ola bilmək deməkdir. Azərbaycan ərazisində qədim türklərdə Günəş kultunun mövcudluğunu, Qədim Misirdə Ra adlanan Günəş Tanrısına sitayiş olunduğunu nəzərə alsaq, Həzrəti İsanın da həvariləri qarşısında  günəş kimi  işıq saçmasını xatırlasaq (ilkin xristianlar üçün Tanrı Səltənətinin bərqərar olmasını ifadə edən hadisə),  şairin  günəş sevgisinin sevincinin  sirrini, bəlkə, anlamış olarıq.

 

Kəmalə Umudova

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 15.