Deyiləm
"Sevirəm"- deyərək
tutsan əlimdən,
Min əzab versən də, dinən deyiləm.
Bir Leyli olmuşam eşqin yolunda,
Mən bu məhəbbəti danan deyiləm.
Bilirəm qəlbini qırmışam
sənin,
Peşmanam, çox olub günahım mənim.
Tək səni bilirəm könül həmdəmim,
Özgə budağına qonan
deyiləm.
Sən mənim gözümdə
vüqarlı dağsan,
Sevgi gülşənimdə ətirli
bağsan.
Xanımın qəlbində sönməz
ocaqsan,
Bir daha sevgindən dönən deyiləm.
Sevgimiz
Məni
varlığımla sənə
bağladı,
Sellər
tək çağlayıb,
coşan sevgimiz.
Dastana çevrilən saf məhəbbətə,
Ətirli
nəğmələr qoşan
sevgimiz.
Məhəbbət ətrini səninlə
duydum,
Birgə
çiçək açdı
diləklərimiz.
Sənsiz
dünya mənə viran görünür.
Hər
zaman bir vursun ürəklərimiz.
Təmiz
eşqimizi qorudum hər an,
Mənim
varlığımda, canım
da sənsən.
Xanımın qəlbində yurd
salan sevgim,
Damarımda axan qanım da sənsən.
Mənə bağlısan
Səndən qeyrisini görmədi
gözüm,
Sənsən dilimdəki söhbətim,
sözüm.
Ay vuran ürəyim, ay iki gözüm,
Sevgi dünyamızın uca dağısan,
Sən də mənim qədər mənə bağlısan.
Mənə tale yazan bir qismətimsən,
Eşqimsən, andımsan, sədaqətimsən.
Sən mənim əlçatmaz məhəbbətimsən,
Bir cənnət ətirli sevda bağımsan,
Sən də mənim qədər mənə bağlısan.
Mənim
xəyalımdan çıxmırsan
bir an,
Sən sönməz çıraqsan,
qəlbimdə yanan.
Səndən qeyrisini görmürəm,
inan,
Xanımın sözündə yoxdur
bir yalan,
Sən də mənim qədər mənə bağlısan.
Hardasan, ömrüm
Ömrüm bir su kimi axır xəbərsiz,
Bir dəfə demirsən hardasan, ömrüm.
Demirsən ki, səni sevən
insana
Bəlkə çətindəsən, dardasan, ömrüm.
Tənha
qalıb, xəyallara dalıram,
Sənli
günlərimi yada salıram.
Gəzdiyin yerlərə mehman
oluram,
Sanıram ki, sən də
ordasan, ömrüm.
Həsrətin qəlbimi sızladır
yaman,
Görən qovuşmağa varmı
bir güman?
Xanım
xəyallardan ayrılan
zaman,
Kaş
ki, görəydi ki, burdasan,
ömrüm.
Varı
məni
Görən gündən valeh
edib
Bağ-bağçanın barı məni.
Dağ başında əriməyən,
Dağlarımın qarı məni.
Çöl-çəməni açıb çiçək,
Hər birisi gözəl, göyçək.
Bilirəm ki məst edəcək,
Bu yerlərin varı məni.
Xanım
baxar həvəs ilə,
Xoş danışar hər kəs ilə,
Ovundurar
xoş səsiylə
Telli sazı, tarı məni.
Anamdır mənim
Nə qədər ürəkdən
yananım olsa,
Halıma
qalanım anamdır mənim.
Ayağım büdrəyib yıxılan
zaman,
Qadamı
alanım anamdır mənim.
Onu əvəz etməz dünyada heç kim,
Odur güvənc yerim,qəlbimə
hakim.
Bir gün köçüb getsəm, oxunsa hökm,
Saralıb-solanım anamdır mənim
O həm sirr yerimdi,
həm güvəndiyim,
Tərifə söz yetməz,
hansını deyim?
Bəzən bəd gətirsə
bəxtim, taleyim,
Saçını yolanım anamdır
mənim,
Halıma
yananım anamdır mənim.
Göyçədir
Könlümün dərmanı, ruhuma
qida,
Xəyalım, düşünçəm Göyçədir mənə.
Adı gələn zaman qürur duyuram,
Bütün dünya-aləm Göyçədir
mənə.
Saz-söz beşiyidir ərənləri
var,
Yaxşını, yamanı görənləri
var,
Sənatkara qiymət verənləri
var,
Atam, anam, balam Göyçədir
mənə.
Həsrətindən köz-köz olub ürəyim,
Bir gün çin olacaq arzu, diləyim.
Xanım,
açılacaq gülüm,
çiçəyim,
Könlümüzə məlhəm Göyçədir mənə.
Laçın
Bayatılar
Doğmadır Laçın bizə,
Tərtərlə Xaçın bizə.
Vüsal
dəmi çatıbdır,
Yolları açın bizə.
Bu elə yenə gəldim,
Getmişdim, yenə gəldim.
Mən Laçına qovuşdum,
İmana,
dinə gəldim.
Laçında qalmaqaldı,
Ordumuz qisas aldı.
Vətən yağıya qalmaz,
Anam qədər halaldı.
O gözlər məni
Baxışına qurban olum, əzizim,
Odlara salıbdır o gözlər
məni,
Dönüb oğrun-oğrun baxandan
hərdən
Canımı alıbdır o gözlər
mənim.
Baxışın da gözəl, özün
də gözəl,
Söhbətin də gözəl,
sözün də gözəl.
Gözəl görmədim ki, gözündən
gözəl,
Yadımda qalıbdır o gözlər
mənim.
Hərdən xəyallara dalıram
sənsiz,
Könlünün mehmanı oluram
sənsiz.
Subhə
qədər oyaq qalıram sənsiz,
Yuxumu alıbdır o gözlər
mənim.
Xanımın gözünü yolda
qoyma, gəl,
Ürəyini için-için oyma,
gəl,
Sirrimizi
el-aləmə yayma gəl,
Həmdəmim olubdur o gölər
mənim.
Xanım Sevər
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 12.