Könül ovuna
Arabir çıxıram könül
ovuna,
Parkda, xiyabanda, ya bir
kafedə.
Deyirəm sevinə, könül
ovuna.
Əliboş dönürəm bax,
hər dəfə də.
Baxışlar qüssəli, gözlər
pərişan,
Elə bil harasa tələsir
hamı.
Ya ağrı, ya kədər əzir adamı.
Vaxt əldən sürüşüb
çıxır, görmürsən,
Zaman ürəyini sıxır,
görmürsən.
Qayğılar edibdir əsir adamı,
Bazardan qayıdıb dönür
birisi,
Zənbili xərclənən puldan
yüngüldü.
Keçi
buynuzunu itiləyincə,
Canavarın yemi Şəngül,
Məngüldü.
Birisinin
qəddi əyilib gedir,
Birisi içindən döyülüb
gedir.
Nə deyim, nə görsəm, yalanı yoxdu,
Baxıram, kefi kök olanı yoxdu.
Bir az da dolaşım, deyirəm bəlkə,
Canım
rahatlana, könül ovuna.
Parkda, xiyabanda, ya bir
kafedə
Mən hərdən çıxıram
könül ovuna.
Dostluq qaldı
Bu nə umu-küsü, nə umacaqdı? -
Qürur
dizə gəldi, durub əl çaldın.
İçimdə bir dünya qurmayacaqdın,
Bəs niyə dünyanı gözümdən saldın.
Əl tutduq, əlimiz bir az isindi,
Göz gözə gələndə
gözə göz dəydi.
Ağlıma gəlir ki, bax,
elə indi,
Top-tüfəng, güllə
yox, mənə söz dəydi.
Nə yaxşı bilirsən vaxtın qədrini,
Ötən hər saniyə
sənə əzizdi.
Xəbərin olmadı zaman birini
Qoyub ayağının altına
əzdi.
Babalar söykənib biri-birinə,
Ocaqda alovu, qoru bölüblər.
Onlar pul yerinə, para yerinə,
Sonuncu ümidi yarı bölüblər.
Zamanı
unutduq, vaxtı anladıq,
Çox
vurduq, çox böldük, çox qalıq qaldı.
Görüşdük, əl-ələ
tutduq, ayrıldıq,
Arada üşüyən bir dostluq qaldı.
Oradan çəkir
Yaradan rəngləyir payızı,
qışı,
Yazın
da rəngini yaradan çəkir.
Olur gül-çiçəkdən yerin naxışı,
Mənim
naxışımı qaradan
çəkir.
Daşı boş fırlanır
dənə gələndə,
Dönür arxasını sinə
gələndə,
Doğrusu, bilmirəm mənə
gələndə
Rəngi
hardan tapır, haradan çəkir.
Bölərik dünyanı, gözümüz
olsa,
Eh, bəsdi, ocaqda közümüz olsa,
Nə vaxt sözə gəlsək, sözümüz
olsa,
Bu daşı, divarı aradan çəkir.
Ağlından uçurdur, qovur
quşları,
Çəkir məclisinə gavur
başları,
Sındırır əlində bütün
daşları,
Bir bütöv daş tapmır, paradan çəkir.
Dilimə
rəng qatır güldən, çiçəkdən,
Sözümü keçirir neçə
ələkdən,
Fırçası adamdan, rəngi
mələkdən,
Könlümü qaradan, quradan çəkir.
Çağır, yalvar-yaxar, mələ
o anda,
İnanma,
çağırsan, gələ
o anda,
Yaradan çəkmir ki elə o anda,
Yəqin
sən deyəni sonradan çəkir.
At izi, it izi qarışıb,
düzü,
Keçmir yer üzündə
Allahın sözü,
Yerdə
çəkdiyinə inanmır
özü,
Qalxıb
göy üzünə,
oradan çəkir.
Bir şəkil çəkdirim
Bilmirəm neçədir könlümün
yaşı,
Hansı
daş altında gizlənib sirrim.
Durub yerlə qoşa, göylə yanaşı,
Deyirəm bəlkə bir
şəkil çəkdirim.
O nədir durmadan fırladır yeri,
Bəlkə çəkim yeri
özümə tərəf.
Bir az yaxşı görsün deyə hər yeri,
Qoy, tutum günəşi gözümə tərəf.
Dönür dodağımda ay təbəssümə,
Ulduzu bağrımdan qopan qığılcım.
Bürünsün kainat qoy, təbəssümə,
Sıyrılsın şər üstə
nifrıt qılıncım.
Düzülüb yan-yana qalaktikalar,
Görürəm hərəsi bir
ayrı rəngdə.
Oxu, hər birinin min bir sirri var,
Axşamı, səhəri eyni
ahəngdə.
Eyni cərgədədi uçuran,
tikən,
Durum yuva qurum, bir
ev tikdirim.
Hələ yer var ikən, bu göy var ikən,
Deyirəm bəlkə bir
şəkil çəkdirim.
Sənsiz bu şam
Bu şamla çox oynama,
Bir gün aşar üstünə.
Ürəyini yandırar,
Kimsə
yetməz tüstünə.
Yağı əriyib axar,
Qarışar göz yaşına.
Göz yaşın gül göyərdər,
Gül iş açar başına
Sən bu şama pərvanə,
Sənsiz
bu şam əriyir.
İçi şamdı, içi
şam,
Üstü adam, əriyir.
Uzaq ol, şeytan işi,
Bu şamı görməz hamı.
Sənsiz
bu şam yaşamaz
Çox
oynatma bu şamı.
Bir sən idin, bir də mən
Payız
idi,
Göydə bulud, yerdə çən,
Quru budaq, sarı xəzəl, bir də mən,
Kirkirənin daş gözündə
bircə dən,
Fırlanırdı bu dünyanın başına.
Qayğılıydı qurusu da, yaşı da,
Səslənirdi dolusu da, boşu
da,
Dən axtaran, çöp daşıyan quşu da
Dolanırdı bu dünyanın
başına.
Ya əlinin, ya vəlinin tərkində,
Əli,
vəli pirvəlinin tərkində,
Yüz ağıllı bir dəlinin tərkində,
Dolanırdı bu dünyanın
başına.
Asılmışdı torpağından,
daşından,
Çiçəyindən, adamından, quşundan,
Unutmuşdu, yer çıxmışdı
huşundan,
Dolanırdı bu dünyanın
başına.
Mələyinin canından can aldırıb,
Fələyi də əzrayılı
qandırıb,
Yer özü də qollarını qaldırıb
Dolanırdı bu dünyanın
başına.
Mən
var idim bir bədəndən ötəri,
Yol gəlmişdim bircə dəndən ötəri,
Ayı,
günü elə məndən ötəri
Dolanırdı bu dünyanın
başına.
Payız
idi,
Göy buludlu, yer də
çən,
Qurdu yerdə yem gəzirdi, quş da dən,
Ağac
altda bir mən idim, bir də sən,
Dolanırdıq bu dünyanın
başına.
Yenə o
Saçlarıma
sığal çəkib
ovutma,
Nə
var belə, heç dil töküb ovutma,
Ürəyimi dediyin söz yandırır.
Elə yanır, heç su töküb soyutma,
Ürəyimi sözə büküb
soyutma,
Əllərimə verdiyin köz yandırır.
Sənə yazdım, oxumadın,
çox acı,
Nə yazmışdım, heç
baxmadın gözucu,
Gözündəki o soyuq buz yandırır.
Ürəyimdə sönən odu,
işığı,
İllər sonra yenə o qız yandırır.
Mən sevən
qızların...
Mən sevən qızların saçı ağarıb,
Məni
sevənlərin çoxu
nənədi.
Çoxu
gəncliyini yaddan çıxarıb,
Bilmir aydı, ildi, neçə sənədi.
Kimisi unutmaq istər keçmişi,
Bu unutqanlıq da bir bəhanədi.
Dünən tələsdiyi görüş
yerinə,
İndi nəvələrlə gəzməyə
çıxır.
Açıb-ağartmasın deyə o anı,
Yüz dəfə dilini dişinə sıxır.
Ürəyi atlanır adı
gələndə,
Bu adam dəlidi, ya divanədi.
Könüldən keçəni, dilə
gələni,
Oğuldan, uşaqdan gizləsin
gərək.
Saxlamaq çətindir ələ
gələni,
Ələ gələni də
gizləsin gərək.
Rastına çıxanda öz
yaşıdları,
Sanasan enibdir göydən bir mələk.
Yerişi,
duruşu çox şahanədi.
Həmişə tələsdim, tələsdim,ancaq
Həmişə yubandım gələn
görüşə.
Dünəni unutdum, ya unuduldum,
Kimi unudula, kim yada düşə.
Bilirəm, bilirəm, eh, bu
dəfə də
Nə sən gələcəksən,
nə mən görüşə.
Yəqin
yaşlılıq da bir
bəhanədi.
Mən sevən qızların saçı ağarıb,
Məni
sevən qızlar indi nənədi.
Belə xatırla
Üzümdə solğun təbəssüm,
Gözümdə şölə, xatırla.
Bir az qəmli, bir az məsum,
Sən məni belə xatırla.
İsitməsə odum, közüm,
Nə gördün, elə xatırla.
Bir ağa bük, qoy torpağa,
Bir az da yaşıl yarpağa.
Bir də bir başdaşı
qoy,
Bir az da göz yaşı qoy.
O göz yaşı o daş üstə
Göyərsin, elə xatırla.
Düşəndə günün şəfəqi,
Evə,
həyətə, küçəyə.
Bənzət bir bəyaz çiçəyə,
Oxşat
bir gülə, xatırla.
Bir az qəmli, bir az məsum,
Sən məni belə xatırla.
Tablo
Payız buludları sıxdı gözünü,
İslandı o təzə ayaq
izləri.
Bir istək könlümdən
atdı özünü,
Sıyrılıb qanadı yenə
dizləri.
Döndü etinasız bir soyuq baxış,
Elə soyuq güldü göz qaşın altda.
...Qız çıxıb getmişdi,
Yağırdı yağış,
Yazıq,
islanırdı yağışın
altda.
Qoca və
payız
Bu da arzusunda olduğu payız,
Bu da arzulara şərik bir ürək.
Dərəsi səssizdi, zirvəsi
yalqız,
Çəni qırılqandı, dumanı kövrək.
Keçilməz olubdu ömür
yolları,
Ağarmış saçları səmtinə
yatmır.
Yalqız
cığırlara dönüb
qolları,
Bu sənəm dağların
belinə yatmır.
Gedir, gedəcəyi yeri unudur,
Arzular yol ölçür ahıl yaşında.
Nəfəsi büdrəyir, qayadan
tutur,
İnadı təngiyir dağ
yoxuşunda.
Eh, daha suları bir yerə axmır,
Dərdə şərik olmur
nə məscid, nə pir.
Bu kəhər ayaqlar sözünə baxmır,
Soyuq baxışları cilov gəmirir.
Gözündə təəssüf, dilində
qəhər,
Bir qoca dayanıb yol üstə yalqız.
Dalıyca yüyürüb getdiyi
illər,
Bir də arzusunda olduğu payız.
Peyzaj
Qışın soyuğunda bu nə həvəsdi,
Yarpaqlar
üstündə bir qızıl qönçə.
Gülüşü incə.
Bir baxdı, üstümdən
yaz yeli əsdi.
Arzusu nə idi,
Nə idi qəsdi,
Vallah, bir baxmaqla səbrimi
kəsdi.
Əlimi
uzatdım budağa sarı,
Qorxudan titrədi qız dodaqları.
Gülün rəngi qaçdı,
Üz avazıdı,
Gördüm dərilməkdən çox narazıdı.
Baxdım
bir özümə, bir gülə baxdım,
Gördüm yaşım keçib,
Məmməd TAHİR
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 19.