Ərəfə
Nə oldu?!
Sarsıldın?!
Boş
qaldı meydan?!
Dayanmaq ölümdür, bu oyun deyil, -
Qaldır
qılıncını torpaqdan,
oğlan,
Səninçün son yoxdur!..
Hələ
son deyil!
Qarşında dipdiri Bisütun
dağı,
Hələ nə etmisən,
nə yarmısan ki?!
Dəmirdir qayası, misdir
torpağı,
Hansı
qayasını qoparmısan
ki?!
Hələlik sükutdur tufandan
qabaq,
Bilirsən nə gözəl
tufan gələcək?!
Sənin
qismətindir bu görunən dağ,
Sənindir qarşıda zaman - gələcək.
Qılıncın, külüngün əlinin
altda,
Əlinə ən gözəl
fürsət düşübdür.
Xəbərin varmı ki, bu sərt həyatda
Bəxtinə əbədi şöhrət
düşübdür?!
Əbədi mükafat, əbədi
şöhrət,
Qayalar
da gərib əzələsini,
-
Dünya
göz-gözədir...
Nə qədər millət
Gözləyir kiminsə əziləsini...
Sənə gərək deyil
Rüstəm qılıncı,
Sənə gərək deyil
Fərhad külüngü,
-
Başla,
qayalardan qopsun qığılcım,
Dağları eşq ilə yarmaq da mümkün.
Bir anlıq sükutdur tufandan qabaq,
Dünya
intizarda...
Nəsə
olacaq, -
Deyəsən, titrəyir qarşıdakı
dağ,
Sənin
döyüşün də
qısa olacaq.
Baxma fısıldayır qoca gürzələr,
Qorxub-çəkinməyə ixtiyarın yox.
Sənindir bu təzə, açılan səhər,
Sənindir ilk bahar!
Son baharın
yox.
Şirlər arasından götür
bu taçı,
Görənlər görsünlər dövran
kimindir, -
Parlasın qoy Türkün
zəka qılıncı,
Gurlasın qoy Türkün
zəka külüngü!
Dostu, düşməni də indi seç, ayır,
Səni
zaman doğub, zaman gözləyir,
-
Bu dağdan o yana Turan başlayır,
Bu dağdan o yana Turan gözləyir!..
Xoşbəxtlik
Qarşına nə qədər
yollar çıxıbdır:
Ucuz şöhrət yolu, var-dövlət yolu,
Soyuna, kökünə xəyanət
yolu,
Kef dolu, cəzasız cinayət yolu...
Hamısının üzü gedər-gəlməzə...
Yaxşı ki, onlarla getmədin,
könül.
Paxıllıq demirəm, hələ
heç kəsə
Ömründə qibtə də etmədin, könül.
Sənin
iradəni daşlar qırmayıb,
Daş üstə titrəyən
lalələr qırıb.
Şöhrət gözlərini qamaşdırmayıb,
Bir damla brilyant şeh qamaşdırıb.
Yalan ayaq açıb üzə güləndə
Qəzəbdən çevrilib daş
olan da sən.
"Çahargah" üstündə
dan söküləndə
Sona bülbüllərə qoşulan
da sən.
Göylərin alovlu şimşəklərini
Qol-qola,
baş-başa bağlamısan
da,-
Tufanlar qorxuda bilməyib səni,
Göy gölü görəndə
aglamısan da.
Yollarım boyanar işığa,
zərə
Sənin
yana-yana yaşamağınla,
-
Bir az küləklərə,
bir az güllərə,
Bir az zirvələrə oxşamağınla.
Bizim qanadımız qalib diləklər,
Anadan dünyaya qalib gəlmişik, -
Bütün müşküllərə odlu ürəklə,
Açılan qaşlarla qalib
gəlmişik!..
Yüz faiz
"Doxsan doqquz faiz düzəlib
işin,
Doxsan doqquz faiz tapacam
səni, -
Lap gecə yarısı zəngimi gözlə,
Gözləyir sehrli qızıl
cam səni".
Məni
aldatmağa çalışma,
bala,
Mənə "doxsan doqquz"
çoxdan tanışdır,
-
Sən elə bildin ki, inandım sənə,
Mən bildim, yüz faiz yalan danışdın.
Təzələr gözündə köhnələr
gülünc,
Mən dünya görmüşəm,
ay təzə quzu, -
Hünərin çatmırsa bircə
faizə,
Qatla qoy cibinə doxsan doqquzu.
Gah çaşıb min dedin,
gah beş yüz faiz,
Dilinə
gəlmədi təkcə
yüz sözü, -
Amma ağır idi doxsan doqquzdan
Köhnə kişilərin bir
faiz sözü...
Səni
qınamıram, bazar balası,
Bazar dünyasına dönüb
bu dünya, -
Nə sən narazısan, nə də mən razı,
Sağ ol, gülə-gülə!.. İnandım guya.
İşim ya düzələr,
ya da düzəlməz,
Lap heç düzəlməsin,
cəhənnəm olsun,
-
Mən köhnə gürzəyəm,
ay təzə şeytan,
Mənə təsir etməz
cadu, ya ovsun.
Bilirəm, arxamca gülürsən
indi,
Mənim
də silahım öz köhnə peşəm, -
Bu dəfə yüz faiz növbə sənindir,
Sənin
qədəhini zəhərləmişəm...
Nabran
Xəzər başda-başa zümrüd
dənizi,
Sahil meşələri başqa
bir dəniz, -
Zümrüd dalğaların zümrüd
nəğməsi
Köçdü ürəyimə məndən
xəbərsiz.
Köçdü ürəyimə yaşıl
səadət,
Ömürlük yamyaşıl saxladı
məni.
Bu necə sevgidir, necə məhəbbət,
İndi də ötürəm həmin nəğməni.
Sağımda, solumda su pəriləri,
Şer də qoşmuşdum hətta birinə, -
Qızıl balıq kimi çıxanda sudan,
Günəş zər tökəndə
qədəmlərinə:
- Sən özün bilmirsən dəniz dibindən
Qalxıb
qanadlanan şirin bulaqsan, -
Səni
məndən sonra tapalar çətin,
Axıb
şor sulara qarışacaqsan...
O yaşıl nəğmədən
yaşıl dad qalıb,
Qalıb
ürəyimdə düz
indiyəcən, -
Qızıl gəncliyimin qızıl
qandalı
Məni
qandalladı o eşqə
necə!..
Mən qurban olaram o qandallara,
Yüz dəfə, min dəfə
yoxlayıb məni, -
Atıb
tufanlara, burulğanlara,
Tutub gəncliyimdə saxlayıb
məni!..
Ulutürk and içdi...
Bir məclisdə and içdi
Xəlil
Rza ULUTÜRK,
Ruhumda silkələndi
ulu TURAN, ulu TÜRK:
- Eşq olsun bu dünyanın
Zabil Pərviz zirvəsinə!
And olsun bu dünyanın
Zabil Pərviz zirvəsinə!
Əvvəlcə çaşıb qaldım
eşidəndə
bu andı...
Onda on doqquz yaşım,
onda hələ cavandım.
O and qanadım oldu
üfüqləri
ölçməyə,
Əlçatmaz zirvələrin
üzərindən
uçmağa,
Dənizlər adlamağa,
okeanlar keçməyə,
Qanadlı tufanları
doğramağa,
biçməyə!..
O and silahım oldu
gündəlik
döyüşlərdə,
Əriyib
yox oldular
qəm-qüssə
də, kədər də...
O and ilə unutdum
hər ağrımı, acımı,
O nişan verdi mənə
ulduzlar arasında
yol
gözləyən tacımı...
O and mənə göstərdi
doğru
yolu, düz yolu,
O dedi qarşındadır
saralmayan,
solmayan,
sarsılmayan
söz yolu, -
Zaman sarsıda bilmir
yalnız
söz sarayını,
Baxma daş saraylara,
yarat öz sarayını...
Deyirlər kasıb olub
guya Əliağa Vahid,
Hər muğam axşamında,
hər muğam gündüzündə
Əyləşıb kürsüsu?də
necə
arxayın, sakit...
O and mənə sirr açdı,
Söz səni qaldıracaq
Sidrətül-Müntəhaya,
-
Söz dirilik suyudur,
Sözü
vermə fənaya...
Haçan, harda toxunsan
ucuz şöhrətə, ada,
Onda sındırıcaqsan
uçuş
qanadlarını, -
qoru
öz baharını!..
O and mənə dedi ki,
qarşında bircə yol var:
Turan yolu, türk yolu! -
Qoru o böyuk yolu!
O and inadım oldu,
keçdim
daşdan, dəmirdən,
Keçdim alovdan, oddan,
o and çıxmadı
yaddan.
Ömür yaşamadım ki...
O andı
yaşadım mən,
-
O andı qurşadım mən,
döndü
Misri qılınca, -
Bir də göz açıb gördum
mənə
zireh gərəkməz.
Başdan-başa poladam,
başdan-başa
qılıncam!..
Qu nəğməsi
Dostum Etibar Əbilov üçün
Ömründə bir dəfə oxuyur
qu quşları,
ömründə bicə dəfə.
Sən
ilahi qu nəğməsisən,
Nə səndən əvvəl oxuyublar səni,
nə səndən sonra səslənəcəksən.
Tanrının özü kimi
Tənhasan,
Təksən!..
Bütün fənalıqlar
qədəmində yer ilə yeksan, -
Sən hansı kökdənsən,
sən hansı soydansan?
Nə bənzərin var, nə bərabərin, -
Yarı
gülsən, yarı
insan...
Eyni kök
üstündə...
Gənclik dostum Əlirza Xələfli üçun
Məni
də Allah yaradıb,
Allahdan razı insanam.
Həqiqətin səngərində
Nahaqqa asi insanam.
Tufanlarda
sönməyən şam...
Nələrə şahid olmuşam,
-
Min dəfə şəhid olmuşam,
Hələ də qazi insanam.
Əzəlin yurddaşıyam mən,
Əbədin qardaşıyam mən,
-
Köhnə çəki daşıyam
mən,
Köhnə tərəzi insanam.
Mən bir dağam, qarı sevgı,
Aşıb-daşan varı sevgı...
Yarı
həsrət, yarı
sevgi,
Yarı
da arzu insanam.
Damarımda gəzən muğam
Tanrıdan mənə ərməğan,
-
Nə qılıncam, nə də qalxan,
Qılıncın ağzı insanam!..
Zabil PƏRVİZ
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 20.