Ruhun səsi
Türkün qılıncı da ovxarlıdı,
Sözü də...
Qılınc qurşayanı da ərəndi,
Sözə qurşananı da...
İnsan
idrakından yuxarıdı
yaratdıqları,
Qəzəbi - "Tanrı qırmancı"dı,
Sözünün ağırlığı "Devdi"...
Ruhları göylə pıçıldaşır
-
Tanrı
evində...
Ayaqları yerə bağlı...
Dünyanın gülüzlü sakinləri...
Nicatı
türklərlədi bəşərin.
Yesir bəşər qapamağa
çalışır
İşıq gələn yeri...
2
Bir əsrdə iki dahi,
Biri söz, digəri qılınc böyüyü,
Biri "kişi bətni"ndən
Türkiyəni "doğdu"
Mustafa
Kamal Paşa adında...
O biri söz fatehi
oldu
Sözün işığında zülməti boğdu.
Aydınlığa çıxartdı türk
ruhunu -
Yad nəfəslərin çuxası
altından...
İyirminci əsrin iki dahisi -
Biri torpağın üstündə,
Biri göy çadırının
altında -
Bir-birini sinirə bilmədi.
Nə söz məmləkəti,
Nə məmləkət sözü.
"Dar ağacından asıb,
Üstündə zülüm-zülüm ağlayaram" -
Dedi
Mustafa Kamal Paşa.
Tapsa asardı -
Dünyanın söz dahisini,
Sonra başını əlləri
arasına alıb -
"Hey, gidi dünya, ey gidi Nazim" söylərdi.
Getmək istədiyim
yurd var...
Getmək
istədiyim yurd var, şəhər var.
Sinəmi
göynədən dərd
var, qəhər var,
Minmək
istədiyim at var, yəhər
var -
Təbrizdə, Dərbənddə, Qarayazıda...
Nə yolu hamardı dördnala, çapam
Ne duman seyrəlir, çəhlimi tapam,
Biçilmiş zəmiyəm, tapdanmış
otam -
Təbrizdə, Dərbənddə, Qarayazıda.
Yurd deyib, ev bildim,
xəyalım çaşdı,
Dərd
düyən hörüklər
qulac-qulacdı,
Ünvan
soraqladım, yolumu çaşdım -
Təbrizdə, Dərbənddə, Qarayazıda.
Yad səsdən on yerə bölünər şüşə,
Dağdan
qopan qaya qürbətə düşər...
Bağrımın başında ayrılıq
bişər, -
Təbrizdə, Dərbənddə, Qarayazıda...
Bir əlim düyülü, biri boşdusa,
Bir gözüm qurudur, biri yaşdısa,
Yurd üçün başlanan
son savaşdısa
Alışım odumu yel avazıda
Təbrizdə, Dərbənddə, Qarayazıda.
Ruhum heç
barışmadı
Ruhum heç barışmadı,
Göyünnən, yerinnən sənin...
Nə
dost oldum, nə də düşmən -
Ölünnən, dirinnən sənin!
Bu nə mizandı qurulu?
Köhləni başdan yorulu...
Altun dağların yarılır
-
İçinnən, dərinnən sənin.
Yaradana sarı gəldim,
Bəsincə yüklədi dərdi
-
Nə sevgi, nə vəfa gördüm -
"Mövlannan, pirinnən"
sənin.
Ərənin, qoçun ovlanır,
Qannı
yaralar hoylanır,
Neçə əbləhin boylanır
-
Bətnindən, tənindən sənin...
Atan dirigözlü
ölüdü,
oğlum
Elnur Astanbəyliyə
Atan dirigözlü ölüdü,
oğlum...
Bircə
qəbristanda yeri çatışmır,
Orda ölülərin biri çatışmır...
Quruca nəfəsi bağlayır
sizi,
Yerişi
müəmma, baxışı
sükut -
Elə,
ölü kimi ağlayır sizi -
Özü ölü kimi gəzəri tabut.
Atan dirigözlü ölüdü,
oğlum...
Otun sarısını canına
çəkir,
Sözün acısını canına
çəkir,
Günəşin qüruba əyilən
çağı -
Payızın xəzanı gözünü
silər...
Dünyanın cəfakeş yarağışları
-
Gəlib
qapımıza sığına
bilər
Ata yadigarı kimi qarşıla...
Atan dirigözlü ölüdü,
oğlum...
Gəzəri ruhlar var - canımdan
keçir,
Bir yuva şenəldir hərə içimdə,
ən böyük məzarlıq
insanın içi -
hərəsi bir donda, ayrı biçimdə...
birinin gözündə şaxtalı
Sibir...
birinin qisməti didərgin qəbir...
Atan dirigözlü ölüdü,
oğlum...
...meyli yuxarıda göynən əlləşir,
ətrafı seçəmmir, yeri
tanımır,
axirət
evi var - öynən əlləşir,
irəli
yol bilmir, geri tanımır,
sümsük umacaqlar könlünə
yaddır,
əlçatmaz sevgidir, bir də həyatdır.
Atan dirigözlü ölüdü,
oğlum...
Cahillər gözünə od
ələdilər,
İşığı içində güllələdilər -
Qalmadı bir məhrəm,
bir isti nəfəs,
Çarmıxa çəkildi gözünün
odu,
Susdu ürəyində boyu sınan səs,
Qüruru
qalmadı, şaxı
qalmadı...
Atan dirigözlü ölüdü,
oğlum,
...bəlkə cəsarətim
çatmadı dözəm,
Qalam diri adda, diri libasda -
İnsan
var - dillənməz tənəli
sözə,
Ruhundan dara çək, gözündən as da...
Belə
dirilərdən ölü
yaxşıdı,
Qanqaldan
bir səhra gülü yaxşıdı.
Heç nə
İnsan dərdi boydadır,
Dərddən yuxarı heç
nə...
Cümlə xislətə varsan,
Mərddən yuxarı heç
nə.
Vaxtı
zamana cala, canı keçir ələkdən
-
Yumşaqlıq tez ələnir,
Sərtdən yuxarı heç
nə.
Nə dərisi satılan,
Nə gönü geyiləndi,
Zəhmli,
sözü bütöv
Bərkdən yuxarı heç
nə.
Ya əqidə qulu ol,
Ya sürün ayaqlarda -
İnsanda hər şey açıq,
"ört"dən yuxarı
heç nə...
Qapalı
çarşab kimi,
Qara geyməsin için -
Qılıncla içini yar,
Alpdan yuxarı heç nə.
Yetişə bilmirsənsə,
Allah ucalığına -
Yeddi arşın yerə gir,
Qatdan yuxarı heç nə.
Ya qazi ol, ya
şəhid,
Ya sus içinə çəkil,
Başını yerə endir
Altdan yuxarı heç nə...
Torpaq nəfsinə ot tax,
Qafil,
biz torpağınıq,
Ya altında, ya üzdə
Sarpdan yuxarı heç nə...
Əfəndim
Kimə ürək versən, əngəli çıxır,
Ürək verməsən də
olmur, əfəndim!
Hər daşın altından yad
əli çıxır,
Yadla könül evi gülmür, əfəndim!
Mən gəzən sevgilər bitməz izimdə,
Qurtarmır savaşım - özüm-özümlə,
İlk eşqin alovu yanır gözümdə
-
Nə sirdir ilk sevgi gülmür, əfəndim!
Döngələr - bir sınaq yerimi, gedim,
Yaşadığım ömrü - gerimi gedim,
Üz tutub, öz doğma yerimə gedim -
ərgən qafil olur -
bilmir, əfəndim!
Öldürür
Adamı
Allah öldürmür -
Adamı
adam öldürür.
Gah qaşıyla, gah gözüylə
-
Gözləri badam öldürür.
Gəlir
əlində daşıyla,
Gəlir
düyülən qaşıyla
-
Yanaqdan axan yaşıyla -
Öldürür, qadam, öldürür.
Hər şeyə dözən ürəkdi -
Ürək də bircə çərəkdi -
Vətəndi, yurddu, çörəkdi
-
Evdi, odadı, öldürür.
Yanaşı
Zaqatalaya
Mövlud Qəhrəmanova
məktub
Mövlud
müəllim, xasiyyətin
nə həlim,
İncə qəlblə, bilən
başla yanaşı...
Udmaq olar bütün ağrı-acını -
Sənin
kimi bir qardaşla yanaşı...
Bizə
bəlli bu dünyanın hər üzü,
Hamısından ağır gələr
dərd üzü...
Boyatıyır, öləziyir - mərd
izi -
Yad qapıya düşən daşla yanaşı...
Məxluq
həyat körpüsündə
piyada,
Güvənc yoxdur nə yaxına, nə yada.
Görübsənmi su içində tək ada -
Tufanıyla, yağışıyla yanaşı...
Müdrik
kişi, ərən kişi, nər kişi,
Yaranışdan süvar kişi,
ər kişi,
Bu dövrana tab gətirməz
hər kişi -
Bir olmasa qəlbi başla yanaşı.
Minik olsun nə kəhər
at, nə yabı,
Qoşqar
deyər, Mövlam çəkər hesabı,
Vaqif demiş, "kef-damaqdı
əzabı" -
Gözü gülən qara
qaşla yanaşı...
Sökün bütün divarları...
8 iyun ad günümlə Mikayıl
Müşfiqin acı
xatirəsi bir günə düşdü...
Sökün bütün divarları
Hasardan təcridxanaya.
Bəlkə sökülə örtüklər
-
Yaranın dibi qanaya.
Qan axıb qansızı tuta,
Axa canından aşağı...
Sözü imansızı tuta.
Ruh çıxa qanın içindən -
Qanın,
zamanın içindən
-
Şığıyıb cəlladı tuta...
Hərəmiz bir az cəlladıq -
Hərəmiz bir az qaniçən.
Bir təmiz dəniz axtaraq -
Baxaq bir badya - qan
içi.
Nargin adası görünür
-
Qan dolu açıq havada.
Yəqin
balıqlar qan udur -
Qana bulaşıq yuvada.
Qanlı
şair yuvasından
Hələ də üfüq
qan dolu.
Bu qanı yalayır cəllad -
Qannan keçir şair yolu.
Sökün bütün divarları
Hasardan təcridxanaya.
Bəlkə sökülə örtüklər
-
Yaranın dibi qanaya.
Bağışla
Altmış il ömür dartdım
dalımca,
O yaşama, bu ölümə bağışla...
Qor daşıdım, köz becərdim boşuna -
O alova, bu külümə
bağışla.
Dünya
kösöv - ömür
yolu sacdısa,
Qovrulmağa sarı sünbül
acdısa,
Tac gəzirdin -
Dərdim
başda tacdısa -
O şərəfə, bu zülümə bağışla...
Uyğunlaşdıq canı üzən bürküyə,
Zədə düşdü, çat
düzüldü hörgüyə,
Tərs
qurulan bu mizana, bölgüyə,
O gedimə, bu gəlimə bağışla...
Daha hənir avazıyır külümnən,
Nə əyildi - özüm əydim dilimlə.
İndi daha əlləşirəm
ölümlə -
O dilimə, bu ölümə bağışla.
Nəydi
gedən, nəydi qalan bilmədim,
Sənə çatan, mənim
olan bilmədim,
Kimə
doğru, kimə yalan bilmədim -
O sözümə, bu dilimə bağışla...
Avdı Qoşqar
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 27.