Bayrağımı sevirəm
Bayrağımı sevirəm,
Yaşılı, qırmızını, göyünü.
Bir də, bir də
vətənimin
Ay-ulduzlu göyünü.
Bayrağımı sevirəm,
Qoy ucalsın əllərdə.
Dalğalansın hər zaman
Nur üzlü könüllərdə.
Bayrağımı sevirəm,
Anamı
sevən qədər.
Qürurum, sirdaşımdı
Ən azı ömrüm qədər.
Şəhidlər xiyabanı
Ziyarətə gəldiyim yer,
Diri-diri
öldüyüm yer,
Baxıb
öyündüyüm yer,
Şəhidlər xiyabanı.
Anaların qüruru,
Karvan gedir, yorulmur,
Allah! Necə qorunur
Şəhidlər xiyabanı!
Gedən
getdi, gəlmədi,
Onlar sağdı, ölmədi,
Yerin-göyün məbədi
Şəhidlər xiyabanı.
Qışın oğlan çağında,
Qərənfillər bağında,
Gözəllik ünvanında
Şəhidlər xiyabanı.
Baxıram yol uzunu,
Çəkəmmirəm gözümü.
Ünvanıdır sözümün
Şəhidlər xiyabanı.
Hara aparır
Dünyama dür səpilir,
İlahinin səsindən.
Yunis Əmrə, Mevlana,
Veysəlin nəfəsindən.
Ruhumda
min havacat,
Şah
damar tərpənişdə.
Könülləri seyr edən,
Seçilmirəm dərvişdən.
Göz yaşım qəlbə axır,
Bu nə gözəllik Allah!
İlahilər xəzinəm,
Sənə gəlirik Allah!
Halım
yerindən qopur,
Havalanıb uçuram.
Bu sədadan zövq alıb,
Ürəyimi açıram.
Bu səs sirri xüdadır,
Məni
məndən qoparır.
Cənnət-məkan olmuşam,
Öz yanına aparır.
Aşıb-daşacaq
Pərvanə deyiləm odda alışam,
Zərbəni unudub susam, barışam,
Mənəm gözəllikdə dönən,
yarışan,
Nadanlar gözümdə oyun-oyuncaq.
Dünyamla baş-başa qalmışam
hələ,
Şipşirin xəyala dalmışam
hələ,
Haçalı-keçidli yolmuşam hələ,
Hər sözüm-söhbətim qanad
açacaq.
İmdadım Allahdan olacaq mənim,
Gör necə sadiqəm, qucacaq məni.
Ən rahat ilahi qalacıq
mənim,
Ünvanım sevgiylə aşıb-daşacaq.
İnci gəzdim
Ümmanda inci gəzdim,
Könlüm nura boyandı.
Ruhumun hər əzası
Bircə-bircə oyandı.
Hislərim mələkləndi,
Gəzdim
düzü-dünyanı.
Sevgimlə yola çıxdım,
Sevindirdim
duyanı.
Ümmanda inci gəzdim,
Gəzdim
düzəm yaxama.
Gözəlliyi pay verəm
Hər qarşıma çıxana.
Tanrıma üz tuturam
Yaman çaşıb qalmışam,
Zamandan baş açmıram.
Yox demirəm qorxağam,
Bu dünyadan qaçmıram.
Matım-qutum quruyur,
Yolumda nadan görsəm.
Mənə naşı deməyin,
Gördüklərimə gülsəm.
Tanrıma üz tuturam,
Kömək olsun bizlərə.
Sevinc, təbəssüm yaysın
Donuq qalmış üzlərə.
Gözəlliyə qərq olub
Külək məni məst
edəcək bu gecə,
Külək mənə nəfəs
verir, dəm verir.
Külək süzür, nəğmələnir
elə bil,
Zildən
enib ürəyimə
bəm verir.
Söz-söhbətim onunladı, onunla,
Bu coşquyla ulduzlara çatıram.
Qəlbim
yenə sətirlənir,
düzülür,
Sevincimi
sonsuzluğa qatıram.
Aman allah! Tənhalığın
içində,
Toy-büsata, çal-çağıra
dönmüşəm.
Ümman
boyda gözəlliyə
qərq olub,
Ürəyimi yerlə, göylə
bölmüşəm.
Hoqqular
Ümid
günəşin
Uzaqdan
Şüasına bənzər.
Payızın qoxusu
Qəlbimin
Sızıltısıdır.
Düşmənə
Haqsız
yanaşma.
Ədalətli ol.
Yaxşılığı edən
Unudar.
Alan unutmaz.
Qış gəldi.
Hava təmizləndi.
Körpə nəfəsi kimi.
Yaxşılıq
İnsana
zövq verər.
Ruhu təmizlər.
Könül gözəlləşdi.
İnsan
Nur tək
saçdı.
Göydə
Ulduzlar sayrışır.
Arzularımın
Sayı
qədər.
Yaz gəldi
Hər yan təzə-tər.
Ruhum gözəlliyə boyandı.
Paxıllıq
Cəhənnəm
odu.
Ora düşən qurtulmaz.
Sevməyi bacar.
Sevsən,
sevilərsən.
İnsanlıq
Ucalıqdır.
Alçaqlıq
Cəhənnəm
odu.
Yaxşılığı et, unut.
Yolun açıq olsun.
Rəhimdil ol.
Rəhmin
bol olsun.
Cənnəti
Bu dünyada
qazanarsan.
Üzünün təbəssümü
Dörd
yanı işıqlandırar.
Haqqı
ucaldıb
Haqsıza
örnək ol.
Varlı
coşanda
Dəliqanlı.
Kasıb
coşanda
Dəli
deyərlər.
Niyyətini düz tut.
Yolun haçalanmasın.
Allaha
zikr edib,
Şükrümü
çatdırdım.
O məni gördü.
Bağışlamağı bacar.
Ruhun rahatlansın.
Təkəbbür
İnsanlığı
Məhv
edir.
Sadə
ol,
İnsanları
sev.
Allah da səni sevər.
Fəridə HACIYEVA
Ədəbiyyat qəzeti.-
2023.- 3 iyun. S. 26.