Mustafa Qutlu: "Vətən, quşuçmaz, karvankeçməz kəndlərdə dil bilməyən uşaqlara dərs verməkdir"

 

 Türk hekayəçiliyinin yaşayan ən böyük adlarından biri olan Mustafa Qutlu 6 mart 1947-ci ildə Ərzincanın Ilıç mahalının Quruçay məhəlləsində iki böyük bacısından sonra üçüncü uşaq olaraq dünyaya gəlib. Dövlət qulluqçusu olan babası Mustafa Nedim Əfəndi həm xəttat, həm musiqişünas olub. Yazarın atası Nurəddin bəy məmur olub.

1968-ci ildə Ərzurum Atatürk Universiteti Ədəbiyyat Fakültəsini bitirib. Universiteti bitirənə qədər yazmaq ağlının ucundan belə keçməyib. Rəsmdən başqa heç nəyə həvəsi olmayıb. O illərdə dostlarıyla birlikdə Ərzurumda rəsm sərgisi açıb. "Addımlar" adlı jurnal çıxarıblar.

İlk "O" adlı hekayəsi 29 may 1968-ci ildə yayımlanıb.

1969-cu ildə ailə həyatı qurub. 1969-1972-ci illərdə Tuncəlidə ədəbiyyat müəllimi işləyib. Daha sonra İstanbulda Vəfa liseyində işə başlayıb. 1974-cü ildə "Hərəkat" jurnalında işə başlayanda müəllimlikdən istefa verib.

2012-ci ildə Osman Sınavın rejissorluğu məşhur aktyor Kənan İmirzalıoğlunun baş rol ifaçılığı ilə "Uzun hekayə" adlı əsəri möhtəşəm filmə çevrilib. Xatırladım ki, bu əsər dilimizə uyğunlaşdırılıb.

25-dən çox hekayə, onlarla araşdırma, bir uşaq kitabı yazarı olan Mustafa Qutlu 1995-ci ildən bəri "Yeni Şəfəq" qəzetində mədəniyyət, incəsənət idmanla bağlı yazılar yazmağa başlayıb. İndiyə qədər həmin qəzetdə mədəni-bədii yazılarını davam etdirir.

Yazarla xəyali müsahibəni təqdim edirik. Bu xəyali müsahibə müəllifin cümlələri ilə bağlı suallar yaratmaqla ərsəyə gətirilib.

 - Türklər gücünü haradan alır?

- Türklər vaxt həyati addım atmağa çalışsalar, lazım olan gücü dindən alırdılar. Din türkün hərəkətverici qüvvəsidir... Modernləşmə asan deyil. Türkiyə bu yolda məsafə qət etmək üçün hələ ürəyindəki imana arxalanır. Dindarlaşma buna görədir.

- Bizim üçün ümid nədir?

- Ümidi kəsməməliyik. Ümid bizim çörəyimizdir.

- Kitabların da taleyi var?

- Var. Hər kitabın öz taleyi var.

- Sözün əks-sədasının əhəmiyyəti var?

- Söz ünvanına çatanda öz əks-sədasını tapmalıdır. Əks-sədası olmayan sözün dəyəri yoxdur.

- Bizə oldu?

- Əvvəlcə zehnimiz kirləndi, sonra özümüzdən şübhələndik, sonra inanclarımıza şübhəylə yanaşmağa başladıq. Bu, adət-ənənə əxlaqa zərər verdi. İndi ortada "etibar böhranı" var.

- Mənəvi çürümənin əlaməti nədir?

- Cəsur adamlar azalır. Demək ki, mənəviyyat çökür.

- Gözəl bir gün necə olur?

- Gözəl gün necə olur? Ya hava ilə ya para ilə.

- Fəsillər insanlara deyir?

- Dünyanın mənə bir şey olduğunu deyir. Başlanğıcı sonu pıçıldayar.

- Dünyada vəziyyət necədir?

- Düşünürük ki, günlər həmişə belə keçəcək, günəş heç vaxt batmayacaq, sevinc kədər həmişə eyni qalacaq. İnsan oğlu aldanışdadır. Günəş batır, yağış kəsir, quşlar yuvalarına çəkilir. Heç gözləmədiyin anda bir dalğa gəlir qayığı çevirir.

- Kasıbların vəziyyətindən danışa bilərsiniz?

- Kasıbın evi uzaqdadır, onu heç kim görmür. Kasıbın səsi yavaş çıxır, heç kim eşitmir. Kasıbın üzü soyuqdur, baxan yoxdur; baxan olsa da başını çevirib gedir.

- İlk olaraq hansına ehtiyacınız var?

- Əvvəlcə yoldaş, sonra yol.

- Yaxşı insan olmağımız bizi xilas edəcək?

- Yaxşı insan ol, amma bu "yaxşı insan" olmaq səni xilas etmir. Qiyamət günü ibadətinin, halalının, haramının hesabını verəcəksən.

- Görüntü reallığı əks etdirir?

- Heç kim kənardan göründüyü kimi deyil bir insanı tanımaq üçün illər lazımdır.

- İnsanları dəyişdirir?

- Nəfəs aldığın hava, üzdüyün su, oturub-durduğun adam, getdiyin yol səni dəyişdirir.

- Dərdlərin dərmanı var?

- Hər dərdin dərmanı; bir şirin təbəssüm, iki xoş söz.

- etməli?

- Ağrıya səbr etmək, nemətlərə şükr etmək lazımdır.

- Tale haqqında düşünürsünüz?

- Taleyin yayı çəkilmiş dayanır, vaxtı çatanda boşalacaq.

- Kəndin ağsaqqalları necə deyirdilər?

- Kənd ağsaqqalları deyirdilər ki, hamının göydə bir ulduzu var, adam öləndə ulduzu düşür.

- Həyat nədir?

- Anlaşılmaz bir sirr. Düşünürük ki, qurduğumuz nizam həmişə belə davam edəcək. Birdən kəndir qırılır, işıq sönür, hər şey dağılır.

- Vətən nədir?

- Vətən, quş uçmaz, karvan keçməz kəndlərdə dil bilməyən uşaqlara dərs verməkdir. Vətəni şairlər şeirə, bəstəkarla musiqiyə, alimlər yazıya, rəssamlar rəsmə, fotoqraflar şəkilə nəqş etmək istəyərlər. Vətən bunlara sığmaz. Vətən, ancaq vətən üçün döyünən bir ürəyə sığa bilər.

- Necə tapmaq olar?

- Axtarmaqla tapılmaz... Amma tapanlar, ancaq axtaranlardır.

- İnsanları tanımaq çətindir?

- Çətin işdir. Bir insanı tanımaq çətin işdir. Tanıyaraq onu anlamaq daha da çətindir.

- Kim kimin dilini başa düşür?

- Külək buludun, bulud yağışın, yağış suyun, su torpağın dilini anlayır.

- Yaxşı adamların kökü kəsilib?

- Dünya durduqca yaxşı insanların kökü kəsilməz.

- çətindir?

- Bircə insanlıq itməsin, insanlar korlanmasın. Əşyanı yeniləmək olar, xarab olar düzəldərsən, amma korlanmış insanı düzəltmək mümkün deyil, Allah bilir neçə nəsil lazımdır ki, yenilənsin?!

- Onda edək?

- Ac görsən, yedizdir, çılpaq görsən, doyuzdur.

- Bir insanı qədər tez tanımaq olar?

- Qırx il tanısan, bir adamı tam tanıya bilməzsən.

- Yer nədir?

- Yer kürəsi nəhəng teatr səhnəsidir, hər kəs öz rolunu əzbər bilməlidir.

- Sizi kədərləndirər?

- Axmayan çeşmə kimi insanı kədərləndirə bilər ki. Uşaqsız təzə gəlin, çiçəksiz budaq, meyvəsiz ağac, oxumayan quş, danışmayan, qaçmayan, oynamayan uşaq.

- İnsan yükü nəyə bənzəyir?

- İnsan yükü duz yüküdür. Kürəyində daşıyarsan, hər metrdə daha da ağırlaşır, nəhayət dözülməz olur.

- Ürək nədir?

- Qəlb içimizdə pisliyin gedib çatmadığı yeganə yerdir. Bu, bizim vicdanımızdır, onun əmri altındadır. Pis ehtirasın zərrəsi ona çatmaz, aldatmaq nədir bilməz, şəhvəti heç vaxt tanımaz. İblisin toxumu onun torpağında kök salmaz. Ürək içimizdəki mələyin adıdır Yunusun deyimiylə desək, könül Tanrının taxtıdır.

 

 Hazırladı: Nilufər Hacılı

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 5.