1938-ci ildə, may ayının
26-da göz açmışdı
dünyaya. Yaşasaydı
anadan olmasının
85-ci ilini yola salacaqdı. Amma tanınmış
şair Adil Rəsulun
cismani ömrü 5 noyabr 1997-ci ildə qırıldı, bitdi.
Amma mənəvi, yaşarı
ömrü "Ağ
gəmi", "Salam, günəş",
"Son görüş", "Limanda" və s. kitablarına daxil etdiyi şeirlərində
davam etdi. Çoxsaylı hekayələri,
publisistik məqalələrinin
ruhunda yaşadı.
Ömrünün müxtəlif illərində
Azərbaycan Televiziyasında,
"Ədəbiyyat və
incəsənət" qəzetində
işləmişdi Adil Rəsul...
Dillər əzbəri
olan mahnılar bəstələnib sözlərinə.
O mahnıların ahəngində
sıx-sıx xatırlanır,
yad edilir...
Türkün qəbri -
qərib qəbri
Acıdərədə
- qəlbidə
Bir məzar var -
Türkün qəbri.
Türkün qeyzi,
Türkün səbri -
Türk
əsgəri.
Şamaxıya çathaçatda
Tapşırıbdı o canını
Yad olmayan bu torpağa.
Yad güllədən ölməyibdir
Elə-belə,
bəxt-taledən
şəhid olub,
qurban olub
canın
edib sadağa.
Bizim elin düşməninə
İnad
olub,
Qisas olub
Canını edib sadağa,
Dönməyibdir bir an geri,
O yerdə ki, can veribdir
O yer olub son səngəri.
Şirvan
yolunun üstündə
O vaxtdan bir məzar
qaldı.
Gizlənmədi o qəbrində
məzarında -
soyu, adı...
Ey məzarda yatan qərib,
Bir qalanın söylə varmı?
Gəlib
burda ağlamağa
Ərzurumdan, ya da Karsdan
Bir yaxının tapılarmı?
Vaxtsız ölüm tale idi,
Yoxsa arzu, ya əhd-niyyət?
Bəlkə orada doğulmaq
Burda ölmək sənin üçün
bir səadət!
Biz keşiyik indi sənə
Bu torpağa rahat qoy baş,
Qoy məzarın nurla dolsun,
Ay əfəndim, ay arkadaş...
Əmanətdir, qardaş, qəbrin
-
Əmanətə xəyanət yox!
Qoruyanın çox idisə,
Düşmənin də çox idi çox.
Çıxdıq daşnaq qırğınından
Təzə oda, qana düşdük -
Dedilər, - siz türk deyilsiz
Adınızı biz dəyişdik...
Getdi Cavid, Cavad, Müşviq,
Gedənlərin təqsiri bir -
Türkpərəstdir, ya da türkdür.
Bir vaxt Vətən adlanırdı,
İndi sürgün oldu Sibir...
Yaxşı bildik,
Stalinin gəlməyirmiş
Türkdən xoşu.
Görkəmlini tutdurmuş -
Xalqı
etsin avam, naşı...
Mahal-mahal
müsəlmanı
Sürgün etdi yuvasından,
Daşnaqlardan qurtarmışdıq
İndi də bax
Çıxmalıydıq
Stalinin davasından.
Gizlədik hamıdan
ad-soyumuzu,
müvəqqəti dandıq
öz kökümüzü.
Talışa dedilər
talış deyilsiz,
Tata da, kürdə də
elə beləcə.
Bizə
də dedilər
farsdan dönməsiz
Sadəcə olaraq
dinirik türkcə.
Ayrıla-ayrıla
kiçilim deyə
Kökümü kökümdən
çıxartdı zaman,
Türk
sözü, söhbəti
Yasaq edildi,
Dağ kimi oğullar
Kəsildi baş-baş,
Lap pıçıltı ilə
Danışdı bir xalq -
Bərkdən danışana: -
Söylədik: - "Yavaş".
Türkün qəbrinə də
Təzə ad verdik;
"Qəribin qəbri"...
Lap evimizdə də
Beləcə dedik,
Təki
uzaq olsun
Şeytan
nəzəri...
Oradan keçəndə
Əziz
günlərdə
Kimsəsiz dərədə
Yollara baxdıq,
Elə
ki, görərdik
Bir kimsə yoxdu -
Qəbri
yoluxurduq...
O vaxtı ziyarət
Gizli olardı,
O vaxtı yerin də
Qulağı vardı.
Nabələd yanında
Ehtiyat edib
O qəbrə gözucu
Dönüb baxmazdıq,
Ürəkdə dinməzcə
Rəhmət oxuyub.
Ancaq bircə kəlmə
Səs çıxarmadıq.
Doğma-doğma neçə şair,
Radioda neçə dalğa
Bizim üçün qada idi,
Bu qəbri də,
Çox
qiymətli əsəri
də,
Ya saxlamaq, ya qorumaq
Bizim üçün xata idi.
Ancaq gözlər görə-görə
Beşik
kimi o qəbri
Ovsunladıq sanki dağda;
Görən dedi -
Əhsən dedi,
Ürəyində söylədi ki,
Etibara bir bax xalqda!
Uzun, çətin bir sınaqdan
Mətin
çıxdı mənim
xalqım, -
Çaldı zəfər.
Əmanəti axıracan o qorudu
Axşam-səhər.
Kim nə deyir qoy
söyləsin
Gözəl xalqdı mənim
xalqım.
Türk
millətim.
Böyük qəlbim, böyük
riskim,
Məhəbbətim!
Urəyimdə yer olmayıb
Köləliyə, əsarətə
Yadlar özü həsəd çəkib
Məndə olan cəsarətə,
Sədaqətə,
Etibara,
Əzəmətə!!!
Səbrim
ilə iradəmlə,
kamalımla
daim qalib çıxmışam
mən
müxənnətə,
xəyanətə,
əsarətə...
Acıdərədə bir təpədə
bir məzar var - Türkün
qəbri,
xalqımızın həm sınağı,
həm hünəri.
Elə bil ki, daş bir divdir
Sərilibdir bir dağ üstə,
Ətrafında kəhər atlar
Otlayırlar dəstə-dəstə.
Gündüzlər dörd tərəfini
Göz-göz lalələr bəzəyir,
Axşam
düşdü göylərində
Sapsarı ay, ulduz gəzər...
May, 1986
Yaxşı insanlar
Baxırsan gözümə, solğun
üzümə
Gözünə qəribə bir
sevinc dolur.
Mənim
büdrəməyim sənin
qalxmağın,
Kədərim-sevincin, qələbən
olur.
Sözə başlayırsan neçə
mənalı,
Oxu da, yayı da mənə tuşlanır.
Mətləbi yüz yerə yozsan da özün
Görürəm tək mənim
qapım daşlanır.
Sən haqq qazandırıb yüngül ömrünə
Ağır kişilərə yanıq
verirsən.
Görürsən cavaba ehtiyac yoxdur,
Qəlbindən keçəni açıq
deyirsən.
Şübhəmlə elə bil sirdaş olaraq
"Ölümlə sən məni yaman əyirsən".
Məzar
eşələyən goreşən
kimi
Sağ ikən köksümü eşələyirsən.
Qeyrəti, namusu, vətən
eşqini
Sən irad tutursan çox-çox
yoldaşa.
Elə bil insanın insanlığını
Sən qaxınc eləyib vurursan başa.
İndi kişilənib meydan açırsan -
Görürsən hardasa düşmüşəm
qəmə.
Bu gündən, sabahdan çox danışırsan,
Deyirsən, kişisən di bacar
ölmə.
Məni
ölüm ilə çox da qorxutma -
Könlümə təsəlli yaxşı
əməldir.
Məndən sonra gələn
yaxşı insanlar
Sənin
qənimindir, mənə
heykəldir.
1982
Gecə durnalar
uçar
Gecə durnalar uçar
Səslərində qəm, kədər.
Uçarlar son payızdan
İlkin
bahara qədər.
Gecə
durnalar uçar
Qaranlığa qarışar,
Oxuyub bir nəğməni
Qaqqıldaşar, çığrışar.
Gecə
durnalar uçar,
Uçuşu yorğun, arğın.
Əriyər sıraları
Qoynunda qaranlığın.
Gecə
durnalar uçar
Məst
edər göyü, yeri.
Sanki göydə səslənər
Durnalar orkestri.
Gecə
durnalar uçar,
Qəmli
sonalar uçar.
Xatirələr oyanar,
İllər ilə calanar.
İqtibas
Pendir ağzında bir bala Qarğa
Uçaraq qondu bir qədim bağa,
Bu gəliş tülküyə
tanış gəldi,
Yaxınlaşıb əvvəlkitək
çömbəldi.
Dedi: - Xoş gəlmisən bala Qarğa
Səfa
gətirmisən bizim bağa.
Bir zaman buraya çox Qarğa gəlib
Oxuyub, oynayıb, gülüb, şənlənib.
Onlar da bu bağda pendir
yeyiblər
Pendir yeyə-yeyə nəğmə
deyiblər.
Bilirəm sənin də gözəl səsin var,
Həm də oxumağa çox həvəsin var.
Nəğməniz ruhuma inan, məlhəmdir,
Bu bağça-bağ sizsiz
bir dünya qəmdir.
Oxu, ruhum şad olsun,
Könlüm qoy abad olsun.
Bilənlər bilir mən sənət hərisiyəm
-
Mən gözəllik, istedad dəlisiyəm.
...Pendiri ehmalca qoyub budağa
Qarğa
başladı oxumağa.
...Tülkü baxıb-baxıb
bərəkallah dedi,
Səndən gözləməzdim, vallah, - dedi.
1976
Adil RƏSUL
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 23.