Qarabağdadır
Otuz il bağrına dağlar çəkilən,
Otuz il gözləri yola dikilən,
Molla Pənah adlı könül vəkili,
Bəyi,
xanı, şahı Qarabağdadır!
Qeyrətdən yoğrulmuş oğul
yetirən,
Oğlu
bu vətənə şərəf gətirən,
Çiyni tabutlarda oğul
götürən
Anaların ahı Qarabağdadır!
Gülgəz yanaqlarda yaşa
çevrilən,
Həsrətdən çatılan qaşa
çevrilən,
Ürəklərdə mərmər daşa çevrilən
Şəhidlərin ruhu Qarabağdadır!
Ürək oğulsan, Polad!
İkinci Qarabağ - Vətən müharibəsi
şəhidi, general Polad Həşimovun
ruhuna ehtiramla
Əli qurusun sənə
Tətik
çəkənin, Polad!
Cəsur
generalıydın
Böyük ölkənin, Polad!
And içdi əsgərlərin,
Qanın
yerdə qalmadı.
Elə vurdular, düşmən
Son nəfəs də almadı.
Sən torpağa köçəndən,
Torpaq da
bayraq oldu.
Baş üstə gəzdirilən
Bayraq da
torpaq oldu.
Bu yurdun ürəyində
Ürək oğulsan, Polad!
Vətən dadı verərdin,
Bir də doğulsan, Polad!
Ünvanın, yerin daha ürəklərin
başıdı
İkinci Qarabağ - Vətən müharibəsi
şəhidi, qazaxlı Elcan
Namazovun
ruhuna ehtiramla
Vətən uğrunda savaş
başlayan kimi, Elcan,
Səs
verdin Qarabağın iniltili
səsinə.
Sipər
edib sinəni yağı atan gülləyə,
Nəfəs qatdın torpağın
ağrılı nəfəsinə.
Damarında türk qanın
qaynadı, coşdu, ərən,
Şığıdın düşmən
üstə, alov libas-od oldun.
Ucalıb
Şəhidliyin əlçatmaz
zirvəsinə,
Xalqımızın dilində ən şərəfli ad oldun.
Əvvəl bir eviniydin, indi bir ölkəninsən,
Ünvanın, yerin daha ürəklərin başıdı!
Vətən üçün ölənlər
bu ulu məmləkətin,
Bu yenilməz diyarın ölməz vətəndaşıdı!
Torpağın balası
çağrılır adın
Füzuli bölgəsinin Kərimbəyli
kəndindən olan şəhid
Anar Əsədovun
ruhuna ehtiramla
Ana qucağıydı Füzuli
sənə,
Əvəzolunmazın, biriniydi o.
Haraya getsəydin geri dönərdin,
Ən müqəddəs yerin, piriniydin o.
Düşmənin əlinə keçmişdi
yurdun,
Əsəbdən gözlərin qan
çanağıydı.
Rahat buraxmırdı kişi qeyrətin,
Sinəni
göynədən hicran
dağıydı.
İntiqam zamanı gəldi
yetişdi,
Nifrətin od oldu düşmən
başında.
Şəhidlik zirvəsi düşdü
payına
Təzə-tər ömründə, cavan
yaşında.
Andına
çevrildin obanın,
elin,
Torpağın balası çağrılır
adın.
Şəhidim, əmin ol, bir də yurduna
Dəyməz ayaqları yağının-yadın!
Qazağın suyuna,
havasına gəl
Məlhəmdi Qazağın suyu,
havası,
Qazağın suyuna, havasına
gəl!
Burda cəfa verən yoxdu insana,
Gözəl könüllərin səfasına
gəl!
Qazağın suyuna, havasına
gəl!
Kimisə
görməzsən söyən,
danlayan,
Çoxdu qonaq bilib, səni yanlayan.
Saysızdı dərd-qəmi gözdən
anlayan,
Yüz ağrı-acının dəvasına
gəl!
Qazağın suyuna, havasına
gəl!
Sinəmdə görünən nisgil
dağıdı,
Yerindən oynayan ürək
tağıdı.
Vallah, həsrət, hicran mənə yağıdı,
İlahi
sevginin bahasına gəl!
Qazağın suyuna, havasına
gəl!
Bu yol sənə
çəkdi məni
Pəncərədən
yola baxdım,
Bu yol sənə çəkdi məni!
Şumlayıb sinəm üstünü
Fikir, xəyal əkdi məni!
Bu yol sənə çəkdi məni!
Döndüm, dolandım geriyə,
Çətin ki, könlüm kiriyə.
Bə hicran nə vaxt əriyər?
Həsrət qırdı, tökdü
məni!
Bu yol sənə çəkdi məni!
Hər çiçəyə qonmaz
meylim,
Əyilsəm, qoy "birə"
əylim.
Demə
gileylənmə, neylim,
Ayrılıqlar sökdü məni!
Bu yol sənə çəkdi məni!
Bələdçim ürəkdi,
o da ki, gözsüz
Geri dönəmmirəm
getdiyim yolu,
Bələdçim ürəkdi, o
da ki, gözsüz...
Heç
bircə kəlmə də dilimə gəlmir,
Təsəvvür etməzdim içimi
sözsüz.
Qurulan körpünü sınan
görəndə,
Haqqı
yalan-yarğan sanan görəndə,
Düzü düzdə qalıb,
yanan görəndə
Yanıram yüz kərə,
min kərə közsüz.
Qananın başına beləcə
darsa,
Aha, iniltiyə qulağı karsa,
Qoynunda çoxdilli, çoxüzlü
varsa,
Bu dünya sayılsın bə niyə üzsüz?!
Əsəd
TƏHLƏLİ
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 27.