Vətəndir
Hər
kəsin öz qəlbi, öz duyğusu var,
Həyat düşüncəsi,
söz duyğusu var.
Hər duyan
ürəyin yüz qayğısı var,
Mənimsə tək dərdi-sərim vətəndir.
Sənin, mənim
varsa bizdə, bizim yox,
Bu yerdə
hiyləyə, məkrə
dözüm yox.
Dostlardan
gizli bir sirrim, sözüm yox,
Bircə
açılmayan sirrim
vətəndir.
Bir yol tanıyırıq - o
da haqq yolu,
Tarixim qan dolu, xəyanət
dolu.
Vətəndə Babəkin kəsilən
qolu,
Qürbətdə soyulan dərim vətəndir.
Mənim
öz taleyim, öz alın yazım...
İlk eşqim, gözümdə
qalan murazım...
İkiyə bölünüb, bölən
Arazım,
Arazla qovuşan Kürüm vətəndir.
Bəzən çox tələsir,
bəzən gec gəlir,-
Bütün dərdlərimə bu
dərd güc gəlir.
Ürəyim sıxılır, başım
gicəlir,
Fəqət ən ağrıyan
yerim vətəndir.
Gəlirəm, Şuşam...
Deyəsən, mənim də
yetişdi növbəm,
Tanrı
dərgahına ulaşdı
tövbəm.
Mən səni Mədinəm, mən səni Kəbəm
Bilirəm, Şuşam, bilirəm!
Bezmədim oxşayıb-əzizləməkdən,
Qəlbdə ocaq çatıb,
köz közləməkdən.
Bir ömür boyunca yol gözləməkdən
Ölürəm, Şuşam, ölürəm!
Türkün ilk qalası, son şəhəri
tək,
Ölməz şəhidlərin zor
zəfəri tək,
Qoca müsəlmanın Həcc
səfəritək,
Gəlirəm, Şuşam, gəlirəm!
Aç
duman-duvağı, göstər
üzünü,
Görüm zirvələrdə Cıdır
düzünü.
Gözümün yaşıyla yağı
izini
Silirəm, Şuşam, silirəm!
Qayıtdın ilahi inam, ümid tək,
Yaşandı otuz il ölü
sükut tək.
Yol boyu boşalıb qara bulut tək
Doluram, Şuşam, doluram!
Qovzan zirvələrdən, gəlişimə
bax,
Bu dağda, dərədə
əl işimə bax.
Göz yaşı içində gülüşümə
bax, -
Gülürəm, Şuşam, gülürəm!
Qara donlu kafir, qara günlü sən;
Başında kəlağay - ağca
duman-çən.
İstəsən, son şəhid, ilk qurbanın
mən
Olaram, Şuşam, olaram!
Könlümü
Bilmirəm neyləyim, hara aparım?
Dosta bağışlayım, yara
aparım?..
Sürgünə yollayım, dara
aparım
hər gün haldan-hala düşən könlümü?
Dərd
var təkbaşına çalxamaq
olmur,
Dərd
var ki, oxşayıb ağlamaq olmur...
Yaralı
quş kimi saxlamaq olmur
sinəmdə qovrulub bişən
könlümü.
Mən ona bənzəyən ozan görmədim,
Alın
yazısını pozan
görmədim.
Bircə
nizamlayıb düzən
görmədim
yüz yerdən çatlayan şüşə könlümü.
Dərddən qoşun çəkib
karvan elədim,
Qəlbi
o karvana sarvan elədim.
Bir dəli sevdaya qurban elədim
bulaqtək çağlayıb daşan
könlümü.
Özündə qırovlar, qarlar
əridər,
Yaşamaq adına ömür
çürüdər.
Kiritsə, anamız torpaq
kiridər
bu ağlar könlümü,
bu şən könlümü.
...Gəl
Deyirsən ki, nə gətirim
gələndə,
Sındırdığım ürəyini götür, gəl!
Sən ən gözəl hədiyyəsən mənimçün,
Saçlarının qoxusunu gətir, gəl!
Fərqi
yoxdur, boran olsun, qar olsun,
Yerli-yersiz məhkəmələr qurulsun;
Qoy gözlərim gözlərində
durulsun,
Əllərini əllərimə yetir,
gəl!
Olacaqlar
olacaqmış axırda...
Göydən yağış-xatirələr yağır da;
Biz gəzərkən çiçək
açan cığırda
Ayrılığın tikanları bitir, gəl!
Nə duyğulu, nə nisgilli payızdır,
-
Gündüz günəş, gecələrsə
ayazdır.
Tənha
durna toranlıqda yol azdı,
Durnalar
da qərib-qərib ötür,
gəl!
Sən gəlməsən, bu dağlara çən gələr,
Qəlb
evinə qəm üstündən qəm gələr,
Sənsizlikdən qövr eyləyən
nəğmələr
Ürəyimə axır sətir-sətir,
gəl!
Bu nə istək, nə həvəsdir, a zalım?
Sənsiz
dünya boş qəfəsdir, a zalım;
Bəlkə də bu, son nəfəsdir, a zalım,
Dur, özünü son nəfəsdə
yetir, gəl!
***
Bir qəzet küncündə
gördüm şeirini,
şəkilsiz, imzasız,
Çox
qəribəydi, -
Adın,
təxəllüsün görünmürdü
heç...
Oxudum, düşündüm...
Düşündüm, oxudum...
xətrimə dəydi.
Bilirsən niyə? -
Bu böyük qəzetdə
şeirinin yeri
Bilmirəm niyəsə,
nəyə görəsə
Sənin
ailədə, evdə,
həyatda
Özünə seçdiyin yerə
bənzədi.
***
Sənə bir yalan deyim,
O yalandan tut, yaşa.
Unudulacağını
Biryolluq
unut, yaşa.
Sənə bir yalan deyim,
Doğrular yalan olsun.
Üşüyən ürəyində
Günəş doğsun, doğulsun.
Sənə bir yalan deyim, -
Bu dünya bizim olsun.
Gözəl oğlanlar - oğlum,
Qızlar
da - qızım olsun.
Sənə bir yalan deyim, -
Ürəyində dağ olsun.
Qoruyucu mələktək
Səndən göz-qulaq olsun.
Sənə bir yalan deyim, -
Dincəlsin canın, canım.
İnandırdıqlarıma
Mən özüm də inanım.
Ölüm məşqi
Gəl,
bir az ölümü
məşq edək...
çaşıb,
Mən ölüm qəfildən,
sən bir az ağla.
Qəlbinə axsa da odlu göz yaşın,
Bir az da özünə ehtiyat saxla.
Ölümü məşq edək
səssiz-səmirsiz,
Nə vaxtdır həyatı məşq etmirikmi?
Yaşamaq adına iki ömrü biz
Ayrıca
şam kimi əritmirikmi?
Öncə mən ölməli...
bu acı xəbər
Başında çaxmasın ildırım
kimi.
Ayağın altında yarılmasın
yer,
Qarşında durmasın sıldırım
kimi.
Qoy, ölüm... Ölümlə
doğmalaşım bir,
Bu acı həyata üsyan eyləyim.
Sən yaşa, sən yaşat...qorxunc gecələr
Mən sənə təzə-tər
şeir söyləyim.
...Son dəfə yaşayaq ölümü bu gün,
Mən ölüm... Sən bir az ağla,
əzab çək.
İki ömür yaşa bir sevgi üçün,
Yolunu gözləyim mən də sevərək.
***
Dünən ilham pərim qonağımızdı,
Kimə,
nəyə baxsam, şeir olurdu.
Mələklər başımda dövrə
vururdu,
Ziyan işlərim də xeyir olurdu.
Təbiət çimirdi nur dənizində,
Pəncərəm günəşdən şəfəq əmirdi.
Sehrli duyğular səltənətindən
Könlümə təzə-tər hisslər
damırdı.
Göylər xəyalıma qucaq
açmışdı,
Günəş də uzaqdan gülümsəyirdi.
Quşlar
qoşulmuşdu ürək
ritmimə,
Qəlbimlə həmahəng nəğmə
deyirdi.
Özüm də havalı
gəzirdim evdə,
Yerdən
üzülmüşdü əlim-ayağım.
Vəfasız dostlar da vəfalı
idi,
Artmışdı bir anda arxam-dayağım.
İlham dayanmışdı əmrə
müntəzir,
Saxlaya bilmirdim əldə qələmi.
Sözlər misralara düzülürdülər
Bir qala bürcündə kərpiclər kimi.
Adamlar, ağaclar, daşlar, çiçəklər
Məni
bir baxışdan başa düşürdü.
Həyat
qayıdırdı özəl
rənginə,
Dünya
gözlərimdə gözəlləşirdi...
Yapışıb ilhamın səmənd
atından,
Onu cilovlayıb saxlaya bilsəm...
Könlümə ələnən nur
yağışını
Bütün həyatıma paylaya
bilsəm...
Zəki Bayram
YURDÇU
Ədəbiyyat qəzeti.-
2023.- 10 iyun. S. 29.