Dmitri Nabokov: "Atam hətta "Lolita"nın əlyazmasını yandırmaq niyyətinə düşmüşdü..."

 

Rusiya Federasiyasında nəşr olunan həftəlik "Arqumentı i faktı" qəzetinin müxbiri Tahir Kərimovun hazırladığı müsahibə (20.08.2003-cü il)

 

İsveçrənin fransızdilli sakinləri Cenevrə gölünü nədənsə "Leman gölü" adlandırırlar. Rus mənşəli amerikan yazar Vladimir Nabokov da öz ömrünün son illərini məhz bu gölün sahilindəki Montröy şəhərində keçiribdir.

Yerli "Montreux Palace" otelinin gölün sahilində yerləşən xudmani binasının 6-cı mərtəbəsindəki otaqda Nabokov onun xanımı Vera Slonim az, çox, düz 16 il yaşayıb.

Biz bu şəhərdə dahi yazıçının yeganə oğlu Dmitri Vladimiroviç Nabokovla söhbət edirik. Bu ilin mayında o, 66-cı doğum gününü qeyd edib. Bir dünya vətəndaşını xatırladan bu insan istənilən yerdə özünü bir qədər "gəlmə" qismində hiss edir. Dmitri özünü əsasən opera müğənnisi, çılğın avtomobilçi istedadlı bədii tərcüməçi kimi tanıdıb. Rus dili daxil olmaqla, o, beş dilə ən yüksək səviyyədə aşinadır.

Dmitri Nabokov da bayaq sözünü etdiyim Cenevrə gölünün sahilində məskunlaşıb, ancaq atasından fərqli olaraq, o, oteldə yox, şəxsi evində yaşayır.     

 

"Onun oğlu olmaq çətindir"

 

 - Vladimir Nabokovun oğlu olmaq çətindirmi?

- Adətən "Nabokov" soyadı hər yerdə dərin rəğbət hissiylə qarşılanır. Sərhəd məntəqələrini keçəndə ya maşınımı yüksək sürətlə sürdüyümə görə İsveçrə məmurları məni saxlayanda soyadım dadıma çatır. Yaradıcılığıyla çoxları tanış olsa da, onun həqiqi dəyəri ancaq seçilmiş insanlara bəllidir.  

- Dmitri Vladimiroviç, bəs sizin ailə həyatınız necə, baş tutubmu? Anladığım qədəriylə siz burada tək-tənha yaşayırsınız.

- , son dərəcə ehtiraslı uzun sürən sevgi macəraları yaşasam da, nikah bağlarıyla hələlik heç kimə bağlanmamışam. Buna yetərincə vaxt ayıra bilsəydim, özümün qayğıkeş bir ata ailə başçısı ola biləcəyimi düşünürəm. Amma, heyhat!  

- Atanızın - hətta gizli yolla olsa belə - Rusiyaya gəlmək arzusu heç cür baş tutmadı... Siz necə, ata-ananızın vətənində olubsunuzmu?

- Mən düz üç kərə Rusiyada olmuşam. İlk dəfə 1995-ci ildə, Sankt-Peterburq şəhər rəhbərliyinin dəvətiylə atamın doğma şəhərinə səfər etdim. Mən o şəhəri ədəbi əsərlər sayəsində, əgər belə demək mümkünsə, sırf Puşkinin gözüylə zatən görmək fürsəti qazanmışdım. Şəhər mənim yaddaşıma boz-bulanıq, hətta bir qədər mısmırıqlı bir yer kimi həkk olunmuşdu. Ancaq orada ikən bina küçələrdəki təkrarsız rəngarənglik mənə görünməmiş bir heyranlıq hissi aşıladı. Öz gözəlliyi ilə şəhər sanki amansız Zamana da meydan oxuyurdu.       

- Rusiya ilə hər hansı əlaqələriniz varmı?

- Bu yaxınlarda biz ortaq səylərlə Nabokov muzeyinin Amerikalı Dostları Fonduna bənzər bir təşkilat yaratdıq. Təəssüf ki, bəzi rus nəşriyyatlarıyla biz qanunun diliylə, yəni vəkillərimiz vasitəsiylə danışmağa məcbur qalırıq. Hərdən mənə elə gəlir ki, mərhum atamı düz iki kərə, həm   əməlli-başlı soyublar, hərçənd o, pullarının, evlərinin qədim samovarlarının əlindən çıxmasına görə heç vaxt ağlayıb-sızlamağı özünə yaraşdırmazdı. Həm əgər 1917-ci ildə onun uşaqlıq dövrünə aşkar qəsd olunmuşdusa, indiki, kapitalizmə yenicə qədəm qoyan Rusiyada isə onun müəlliflik hüquqlarına son dərəcə saymazyana bir münasibət sərgilənir. Bu isə adama yamanca yer edir.     

 

"Mitya möcüzələr aləmində"

 

- Ata-ananız barədə düşünəndə, ağlınıza ilk gələn olur?

- Sağ ikən valideynlərim bir-birlərinə necə səmimi heyrətamiz duyğularla bağlı idilərsə, onları hətta ayrı-ayrılıqda xatırlamaq da mümkün deyil. Bir yazıçı kimi Nabokovun mətnləriylə vaxt tanış olduğumu bilmək istəyirsinizsə, bu, "Alisa möcüzələr diyarında" kitabının tərcüməsi sayəsində mümkün olub onu mənə məhz anam oxumuşdu. 

- Ailənizdə heç mübahisələr, ixtilaflar yaşanırdımı?

- Ciddi mübahisələri ümumiyyətlə xatırlamıram. Əlbəttə, istənilən ailədə rast gəlindiyi kimi, bizim evdə ixtilaflar yaşanırdı, həm bunlar əsasən ədəbi mövzularla bağlı olurdu. Məhz belə gərgin müzakirələrin biri sayəsində anam "Lolita"nın əlyazmasını yandırılmaqdan güclə qoruya bilmişdi. Çünki əsəri yazıb-tamamlamaqla öz ilhamını məmnun edən atam onu sobaya atmaq qərarına gəlmişdi... 

Öz soyuqqanlıqlarını cəsarətini əsla əldən verməyən ata-anamın vur-tut iki kərə özünənəzarəti itirdiklərinə şahid olmuşdum. 1964-cü ilin yayını ABŞ-ın Nyu-Meksiko ştatındakı Tass şəhərində keçirməkdən ötrü biz üçlükdə yola çıxmışdıq. Qəflətən anamda bir şişin əmələ gəldiyi aşkar olundu onu müayinə etdirməkdən ötrü biz yolumuzu əlüstü Nyu-York xəstəxanasından saldıq. Tərs kimi həmin vaxt aviaşirkət işçiləri tətil edirdilər. Santa-Fe dəmir yol xəttiylə irəliləyən sürət qatarı bununla bağlı dayandırıldı biz anamı onunla yola saldıq. Atamla mən isə maşında onun ardınca yola düzəldik. Yolda mən durmadan sürəti artırdığım üçün bir baxdım ki, atam çarəsiz, xırıltılı tamamilə yad bir səslə üstümə çımxırır: "Yəni sən onu da başa düşmürsən ki, anan xərçəngdən ölə bilər?!" Allaha şükürlər olsun ki, o vaxt hər şey sovuşub-getdi.

1977-ci ilin yayında atamın keçindiyi Lozanna xəstəxanasından birlikdə geriyə, Montröyə qayıtdığımız vaxt anam həyatdan tamamən bezmiş halda mənə  demişdi: "Gəl, gedib bir aeroplan kirələyək havaya qalxaraq, onu harayasa çırpaq..."

Atamı biz burada, Montrö Palasdan piyada beş dəqiqəlik məsafədəki Klarana məzarlığında torpağa tapşırmışıq.

- Məşhur yazarın yeganə övladı olduğunuz üçün, heç şübhəsiz, ərköyün böyüyübsünüz. Uşaqlıq dövrünüzü bəs indi necə dəyərləndirərdiniz?

- Haqlısınız, mən böyük sevgi nəvaziş dolu bir mühitdə, ərköyüncəsinə böyüyən bir oğlan uşağı olmuşam. Anamla istənilən mövzuda danışa bilirdim, atam isə mənimlə sadəcə cürbəcür oyunlar oynamağa vaxt tapırdı. İstənilən konkret ya mücərrəd suallarla valideynlərimə müraciət edə bilirdim. Aradan uzun illər ötəndən sonra da mən arxayın idim ki, hansısa məişət məsələsinin həlli ya tərcümədə dəqiq bir sözün tapılması barədə onların köməyinə bel bağlaya bilərəm. Əziz xatirələri könlümdə qorunacağı müddətcə onlar mənim üçün ölümsüz şəxslər sayılacaqlar.

- Siz, Dmitri Vladimiroviç Nabokov, özünüzü heç rus insanı sayırsınızmı?

- Mən Almaniyada məskunlaşan rus ata-ananın övladıyam. Uşaq vaxtı Fransada yaşamışam, Amerikada təhsil almaqla yanaşı, həm hərbi xidmət keçmişəm. Müğənnilik karyerama isə İtaliyada başlamışam. Sonralar İsveçrəyə köçmüşük bunun ardınca bir neçə kərə Rusiyada olmuşam. Əsl "köklərim", təbii ki, yoxa çıxıb. Yeri gəlmişkən, məskunlaşdığım bu mikrokosmda özümü qismən olsa, bir gəlmə yerində hiss eləmək, düzü, mənim könlümcədir. Bunun hansısa şəkildə dəyişməsini isə heç arzulamaram. Söhbətin bu yerində mən atamın tələbəsi olan dərsə hazırlıqsız gələn amerikan bir qıza verdiyi öyüdü xatırlatmaq istərdim: "Əslində sənin öyrənib - mənimsəməli olduğun cəmi iki dərs var. Bunlardan birincisi belədir: həyat - gözəldir. İkinci dərs isə həyatın qüssədən yoğrulmasıyla bağlıdır". Bu iki halı dəyişdirmək iqtidarında olmadığımızı biz öz-özümüzə gec-tez etiraf etməliyik. Bir bunları dəyişməyə gərək var axı?!       

"Ədəbi qəhrəmanlar ensiklopediyası" kitabından bir alıntı:

"Hələ 1953-cü ildə Nabokov öz müsahibələrində yetkin yaşdakı bir kişinin on iki yaşlı nimfetə vurulması barədə roman yazdığından söz etmişdi. Yazarın xanımı Vera nəşriyyat redaksiyalarına əvvəlcədən xəbərdarlıq eləmişdi ki, bu əsərin uşaqlar tərəfindən oxunması məsləhət görülmür. Bu şərtə hazırcavablıqla təpki verən redaktorlardan biri həmin vaxt deyibmiş: "Bu roman heç böyüklər tərəfindən oxumağa da yaramır axı!.."

İngiliscə fərqli bir roman yazan bu rus nasirinin əsərini adam içinə çıxartmaqdan ehtiyatlanan ABŞ nəşriyyatları bir-birinin ardınca onun çapından imtina mövqeyini seçiblər.    

Ən nəhayət, Parisdə fəaliyyət göstərən yüngül-yaraq mövzulu əsərlərin nəşri üzrə ixtisaslaşan "Olimpiya Press" nəşrlər evi (müəllifin adını göstərməmək şərtiylə) romanı çap etməyə razılıq verib, halbuki Nabokov bunun tam əksini tələb edirmiş. Axırda yazar bu şərtlə razılaşır 1955-ci il oktyabrın 8-də "Lolita" romanı Parisdə işıq üzü görür.  

İlk vaxtlar kitab barədə hamı susmağa üstünlük verir. Avropa Amerika qitələrində ingilis dilində dərc olunan qəzetlər roman barəsində hətta rəylərin çapına yasaq qoyurlar. Ədəbiyyatda yüksək ideallar arayan ilk tək-tük oxucular qiraət sonrası əsərdən dəhşətə gəldiklərini bildirirlər, qatma-qarışıq cinsi sərgüzəştlərə düşkün oxuculara isə roman dərin məyusluq hissi yaşadır. Çünki "Lolita" cəmiyyətdə əksəriyyətin qəbul etdiyi çərçivələrə uyurdu, geniş oxucu kütləsinin zövqünə. Bu səbəblər ucbatından da kitabın açıq şəkildə satışı, hər ehtimala qarşı, bir çox ölkələrdə qadağan olunmuşdu.  

Amma ingilis romançısı Qrehem Qrin israrla deyirdi ki, bu roman həmin il ingilis dilində yazılan üç ən yaxşı roman arasına salınmalıdır. Məhz bu israrıyla da o, XX yüzilin ən qalmaqallı romanının yolunda "yaşıl işıq" yandırmağa nail olmuşdu. Bu gün üçün (2003-cü ilin avqust ayına - A.Y.) dünyanın 20-dən çox dilinə çevrilən bu romanın ümumi tirajı artıq 50 milyon nüsxəni aşıbdır. Həm bu rəqəmə pirat nəşrlər daxil deyildir. Bununla yanaşı, əxlaqi yasaqlar ucbatından "Lolita"nın kütləvi nəşrini qadağan edən ölkələr dünyada az deyildir".  

Tanıtım qeydləri:

Dmitri Nabokov (10.05.1934, Berlin - 23.02.2012, Veve, İsveçrə) - amerikalı tərcüməçi opera müğənnisi olmaqla yanaşı, görkəmli yazıçı Vladimir Nabokovun Vera Slonimlə nikahından doğulan yeganə övladıdır.

1937-ci ildə Nabokovlar ailəsi Almaniyadan əvvəlcə Fransaya, oradan isə ABŞ-a köç edir.

1951-55-ci illərdə oğul-Nabokov Harvard Universitetində humanitar fənlər (əsasən ədəbiyyat tarix) üzrə ali təhsil alır. Diplomunu aldıqdan sonra isə Massaçusets ştatındakı Kembric şəhərində Longy School of Music Konservatoriyasının vokal (bas) şöbəsində təhsilini davam etdirir. Daha sonra opera müğənnisi kimi fəaliyyətə başlayan Dmitri 1960-cı illərdə gələcəkdə dünyaşöhrətli tenora çevriləcək Luçano Pavarotti ilə birgə gənc vokalistlər müsabiqəsinin qalibi seçilir. 1961-ci ildə "Bohema" operasında L.Pavarotti ilə eyni səhnədə çıxış edir. 1982-ci ilə qədər peşəkar opera ifaçısı kimi fəaliyyət göstərir. Eyni vaxtda rus dilini tədris edir. Qaya dırmanışı avtomobil idmanı ilə vaxtaşırı məşğul olur, 1965-ci ilədək isə avtoyarışlara pilot qismində qatılır. Öz gücünü o, kinoda da sınayır, 1968-ci ildə "Zirehli seyfdəki çaqqal" adlı italyan filmində rol alır. Özünün etirafına əsasən, 1960-cı illərdə o, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İtaliya üzrə tapşırıqlarını da icra edibmiş.         

Vera Yevseyevna Nabokova (qızlıq soyadı - Slonim) (1902-1991) Vladimir Nabokovun xanımı yeganə övladının anası, eyni vaxtda yazarın ilham pərisi, tərcüməçisi, ədəbi irsinin redaktoru qoruyucusudur.

 

 

Tahir Kərimov

Dilimizə çevirdi: Azad Yaşar

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 28-29.