Ney üfürmədən...
Salam Sarvana Şərq sualları
Soruşun, neçə il axtarıb
aşiq
quyudan qeyb olan yaşsız
qocanı?
Biz hansı dənizin ləpədöyəni,
hansı
çöldə yanan
közsüz ocağıq?
Soruşun, Şəmsini tapdımı
Rumi?
Kərbəla içdimi Hüseynin
qanın?
İsa qovuşdumu bəs atasına?
Musa tapmadımı qutsal olanı?
Məcnuna Leylini vəd edən yolun
sonunda nə vardı, bilinmədimi?
Min ildir axtarıb tapammadılar
Kərəmi yandıran o sarı
simi.
Hansı
bomba idi, yaxıb kül etdi
şərqin uzağında sakuraları?
Neçə əli kəsib
Xəzərə atdı
Yoldaş
Stalinin dil şuraları?
Soruşun, kim idi edam günündə
öz xalqına baxıb köksü odlanan?
Otuz yaşlı məğrur,
əyilməz əzmi
edam səhbasında dəyərsiz
qılan.
Kim idi göylərə yol çəkən adam,
niyə
yandırmışdı yazdıqlarını?
O hansı dəliydi, baxıb gülürdü
sırayla məftildən asdıqlarına?
Kim idi sübh vaxtı
minarədəki,
niyə
kəsilmişdi billur
avazı?
Hansı
uşaqlıqdı, mərmi
altında
hələ də gözləyir
ətirli yazı?
N dairəsi
Sən də mənim kimi yadına salma,
hansı
küçə idi bizi ayıran?!
neçə il təqvimə baxa
bilmədim,
neçə ildi həmin günü sayıram,
neçə ildi güllər
fidan qalıbdır,
neçə ildir açmır
yaz bənövşəsi,
bu necə kədərdi, rüsvay elədi
içdiyim qəhərin sərxoş
nəşəsi.
Bu necə yol idi,
tozu-torpağı
hələ də üstümə
sinmiş kimidir,
hansı
xəyanətin yıxmışdı
məni,
qürurum təzəcə dinmiş
kimidir,
hansı
acizliyin köləsi idim,
kim idi başımın üstündə cəllad.
Mən niyə inandım, hələ bilmirəm,
mən
ki tanıyırdım,
günahları adbaad,
çox
da fikirləşmə, gözümün
nuru,
mənim
sahilimdə mirvari çoxdur,
qaç
qurtar özünü
qəmin əlindən,
neçə gözəl gördüm,
qəmə yoluxdu:
saçları tiftikləndi, üzləri
soldu,
gözləri qəm çanağı,
səsləri bərbad.
Nə badə, yadına salma ayrılığı!
Ölüm üçün
Ölümdü də
gələr ömrün bir
cığalbaz yazında
yaşıl otlar üstündə
burnumuzda
yonca qoxusu
gözlərimizdə günorta yuxusu.
Ölümdü də
gələr yayın ortasında
qorabişirən istidə.
sahil, dəniz, soyuq pivə...
ölüm də bunlar kimi bir meyxoş
hissdi də.
Gələr ən səmimi
payızda,
təzədən aşiq olub
bir qızın ətrinə aldandığımız noyabrda,
ayaqlarımız xəzəlləri əzdikcə
ömrümüz əzə bilməyəndə
əcəli
bir şeir də yadigar qoyarıq kağızda,
içində ölüm sözü
keçən bütün
surələr
yarımçıq qalar ağzımızda.
Ölümdü də
gələr bir qış gecəsi
sobabımızın buxarı təzəcə səngiyəndə,
belimiz torpağa əyiləndə
-
insan nə gözəl sualdır qocalanda
"Bu hansı yoldur" cümləsinə.
Ölümdü də
ya iyirmi beşdə, ya əllidə
guya fərqi nə?
Ya yaşıl otlar üstündə,
ya da isti yorğan-döşəkdə
guya fərqi nə?
yollardı da, hərəsi bir
səmtdən gəlir,
eyni səmtə çıxmaq
üçün,
soyuq dodaqlarımız hərəkətsiz,
gözlərimiz dolu hüzün.
Qalata
Yenə
bir ulduz uçdu
sənin
məmləkətindən mənim
məmləkətimə,
yenə
birinin ovuclarında yetim qaldı arzusu,
yenə
ömür dediyin yalnızlığa məhkumdur.
Sənin
yolunu sevdim,
nə qədərmiş yolçusu...
ən böyük yalanımı
da sənə söylədim,
mən saf sevgilərin qədər ovçusu.
Mərmərəyə axıtdım bütün göz yaşlarını,
yumruğum havada ağlaya bilmərəm,
amma içimdə sancı, içimdə bir ağrı var,
bizim davamızın neçə
ildir bağrı qan.
dostlarımı itirdim yalan pərvazlarında,
gözlərində dinməyən həqiqətin məşəli
Söndü Promoteyin əlində.
Rum qızı,
hardan tapdın bu yıxılmaz əzmini?
Mənə də öyrət,
neçə güllə öldürər
bu üsyankar ruhunu?
Güllə səsləri, qırılan
şüşələr, polis siqnalı...
mən Qalataya baxıram qolların arasından,
şəhər səma edir,
şəhər sanki səmazən.
Yanvar-iyun,
2023.
İstanbul-Tekirdağ
Rəvan Cavid
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.9.