Xaç atası

 

Kamran Nəzirlinin orijinaldan tərcüməsində

 

 

Antoni Kliriyə ithaf olunur

 

Hər böyük sərvətin arxasında cinayət gizlənir.

Balzak

 

 Birinci fəsil

Ameriqo Bonasera Nyu-York şəhərinin 3 nömrəli cinayət məhkəməsi binasında oturmuşdu, ədalət məhkəməsinin bitməsini, onun qızını şikəst etmiş amansızcasına zorlamaq istəyən adamlara veriləcək cəzanı gözləyirdi.

Zəhmli, ciddi görkəmli hakim qara mantiyasının qollarını çirmələyib sanki öz əlləriylə müttəhimlər kürsüsündə əyləşmiş iki cavan oğlanın dərsini vermək istəyirdi. Onun sifəti təşəxxüslü həqarətlə donmuşdu. Lakin Ameriqo Bonasera hələ heç anlaya bilməsə , nəsə duymuşdu ki, burda bir saxtalıq var.

- Siz ən pozğun hərəkətlər etmisiniz, - hakim sərt şəkildə dilləndi.

", əlbəttə, belədi!" Ameriqo Bonasera düşündü. "Donuzlar! Heyvan uşaqları!"

Saçları müasir dəbdə qırxılmış cavan oğlanların təmiz hamar sifətlərində riyakar pərişanlıq sezilirdi, onlar məyus-məyus başlarını aşağı sallamışdılar, sanki peşman olmuşdular.

Hakim davam etdi:

- Özünüzü meşədəki heyvanlar kimi aparmısız! Allah üzünüzə baxıb ki, yazıq qızın bəkarətini pozmamısız, yoxsa indi sizə iyirmi il verib türməyə göndərərdim.

Hakim bir anlıq susub qansız, turşumuş sifətindən görünən tülkü gözləriylə rəngi saralmış Ameriqo Bonaseranı süzdü, məhkəmə qərarını oxumaq üçün stola əyildi. Sonra sir-sifətini bir qədər turşudub çiyinlərini çəkdi, sanki zərurət qarşısında özünü belə göstərməyə məcbur edirdi, nəhayət, yekunlaşdırdı:

- Lakin sizin yaşınızı, əvvəllər məhkum olunmadığınızı, valideynlərinizin yaxşı mənada nüfuzunu, həmçinin fövqəl müdrik qanunun bizi qisasa çağırmamasını nəzərə alaraq, sizin hər birinizi üç il müddətinə azadlıqdan məhrum edirəm, amma şərti cəzayla!

Dəfn mərasimlərinin təşkilində qırxillik təcrübəsi Bonaseraya özünü idarə etmək vərdişi aşılamışdı; yalnız bu vərdiş ona güc verdi, hiddət qəzəbini gizlədə bildi. Onun yeniyetmə, gözəl qızı çənəsi sınmış halda xəstəxanada yatır, bu heyvanlara isə azadlıqda gəzmək icazəsi verilir. Deməli, onun qabağında oyun oynadılar. Ameriqo gördü ki, üz-gözlərində işıq saçan valideynlər əzizgirami oğlanlarının başına yığışdılar. Sevinir gülürdülər. "Niyə yox? Əlbəttə, indi sevinib-gülərlər ..."

Bonaseranın boğazı qurudu; onu acı, zəhərli qəhər bürüdü, sıxılmış dişləri arasındakı ağzına turşumuş tüpürcəklər doldu. O, qoltuq cibindən kətan dəsmalını çıxarıb dodaqlarına sıxdı, elə beləcə qaldı yerində; həmin iki həyasız, utanmaz gənc kinayəli təbəssümlə yanından ötüb keçdi, heç ona tərəf baxmadılar da. Bonasera səssiz-səmirsiz onlara yol verdi, yalnız kraxmallı dəsmalını ağzına möhkəm sıxmışdı. Bu heyvanların ardınca valideynləri - iki kişi iki qadın keçirdi, onlar Bonaserayla demək olar ki, yaşıd görünürdülər, lakin köklü amerikalı kimi geyinmişdilər; Bonaseraya baxdılar, bu baxışlardan pərtlik sezilirdi, lakin onların içində hansısa təntənə gizlənmiş bir çağırış vardı.

Bonasera dözə bilmədi, çıxış qapısına yürüyüb xırıltıyla bağırdı:

- Siz mənim kimi ağlayacaqsız, görərsiz! Uşaqlarınız məni necə ağladıbsa, mən sizi eləcə ağladacam!

Öz müştərilərinin arxasınca gələn vəkillər valideynləri qabağa verdilər; cavan oğlanlar valideynlərini qorumaq məqsədilə geri çəkildilər, nəticədə çıxışda basırıq yarandı. Yekəpər məhkəmə icraçısı qarnını qabağa verib Bonaseranın yolunu kəsdi; bu, artıq hərəkət idi.

Amerikada yaşadığı bu illər ərzində Ameriqo Bonasera qanun-qaydalara inanmışdı, buna görə müəyyən uğur qazanmışdı indi, beyni nifrətlə tüstülənsə , silah alıb o iki alçağı qətlə yetirmək istəyi ilə alışıb-yansa da, hələ heç nəyi anlamayan arvadına çönüb izah etməyə çalışdı:

- Bizi axmaq yerinə qoydular, - dedi, bir qədər susandan sonra nələr olacağını düşünmədən qətiyyətlə qərar verib əlavə etdi:

- Ədalətli məhkəmə naminə biz mütləq Don Karleoninin ayağına getməliyik!

Coni Fonteyn Los Ancelesdə hotelin dəbdəbəli lüks otağında aldanmış sadəlövh ər kimi qurtum-qurtum viski içirdi; o, qırmızı divana yayxanaraq viski şüşəsini birbaşa ağzına dayadı, sonra isə ləzzəti ağzında öldürmək üçün suyu buzla dolu büllur qabdan sordu. Səhər saat dörd idi. Onun sərxoş təsəvvüründə pozğun arvadı qayıdandan sonra onunla haqq-hesab çürüdəcəyi səhnəsi canlanırdı. Əlbəttə, əgər arvadı qayıtsaydı; indi isə çox gec idi, yoxsa birinci arvadına baş çəkər, qızlarının həyatıyla maraqlanardı. İşlərinin pis getməsindən bəri dostlarına da zəng vurmaq istəmirdi. Vaxt vardı onun zəngi dostlarını çox məmnun edərdi, sevinərdilər əməlli-başlı; indi səhər saat dörddə zəng etsə, əlbəttə, təəccüb edər, burun-damaq sallayarlar. Amma indi o, öz-özünə gülümsəyir düşünürdü: mənim bugünkü pis halımdan xəbər tutsalar, Amerikanın ən məşhur kinoaktrisaları belə mənə acıyacaq!"

Viski şüşəsini növbəti dəfə ağzına dayayanda dəhlizdən səs gəldi, arvadının qapıya açar saldığını eşitdi; o, qurtum vurmağında idi, lakin arvadı otağa girmədi, onun qabağında dayanmadı. Necə gözəl bir məxluq, mələk simalı qadın idi! Bənövşəyi xumar gözləri, incə, zərif bədən fiqurası! Dünyada milyonlarla kişi Marqo Eştonun gözəl çöhrəsini sevirdi, onu ekranda görmək üçün pul ödəyirdilər.

- Harda veyllənirdin? - Coni Fonteyn soruşdu.

- Çöldə-bayırda, verirdim! - qadın dedi.

Görünür, Marqo ərinin çox sərxoş olduğunu duymadı; Coni jurnal stolunun üstündən sıçrayıb arvadının boğazından yapışdı. Lakin o, sehrli üzü, sevimli bənövşəyi gözləri lap yaxından görəndə bütün qəzəbi soyudu, yumşaldı. Qadın kinayə ilə dodaqlarını əydi, görünür, yenə səhv elədi. Coni yumruğunu qaldırdı.

- Coni, bircə üzümə vurma! - Marqo ciyildədi, - axı filmə çəkilirəm!

Qadın gülürdü. Coni arvadının qarnına ilişdirdi, qadın yerə yıxıldı. Coni arvadının üstünə çıxdı, qadın az qala boğulurdu, onun ətirli nəfəsi kişinin üz-gözünü yaladı. Coni onun çiyinlərini, böyürlərini, gündən yanmış ipək baldırlarını yumruqladı. Vaxtilə yeniyetməlik çağlarında xaraba Nyu Yorkda "Cəhənnəm Mətbəxi" deyilən yerdə həyasız uşaqları əzişdirdiyi kimi döydü. Əlbəttə, ağrılıydı, lakin ciddi xəsarət yetirmədi, dişlərini ya burnunu sındırmadı. Hər halda, arvadını döyəndə çox güc işlətməli olmadı. Başqa cür edə bilmədi. Qadın açıq-aşkar irişirdi, kinayə ilə gülürdü. Arvadı döşəməyə sərilmiş haldaydı, zərli donu göbəyinə kimi dartılmışdı, hırıldayırdı, gülürdü, ərini qıcıqlandırırdı.

- , gəl bəri, Coni, di gəl. "Gəl, açarını sox deşiyimə..." sən ki yalnız bunu istəyirsən!

Coni Fonteyn ayağa qalxdı. "Onu öldürmək azdı, bu nacins öz gözəlliyinin zirehi altında gizlənib".

Marqo qarnı üstə çömbəldi, çevik hərəkətlə ayağa durdu, cavan qızlar kimi rəqs oynaya-oynaya əzilib-büzüldü, zümzümə eləməyə başladı:

- Gördün, ağrıtmadı, heç ağrıtmadı...

Daha sonra məftunedici gözlərindəki qəmli ifadəylə:

- Qanmazın biri qanmaz! - deyə ciddiləşdi, - bütün qarnımı əzdin! Lap uşaq kimisən! Eh, Coni, sən elə ömrün boyu gic heyvan olaraq qalacaqsan! Sən elə sevgini balaca uşaqlar kimi qavrayırsan. İndiyə kimi elə bilirsən ki, qadınla kişi görüşən kimi elə ancaq o məsələ ilə məşğul olurlar; sənin ağzında mırıldadığın nəğmələrdəki kimi... - Qadın başını yırğaladı. - Yazıqsan, yazıq! Di salamat qal, Coni!

Qadın yataq otağına girdi, Coni arvadının içəridən qapını kilidlədiyini eşitdi.

Coni döşəmədə oturub əlləri ilə üzünü örtmüşdü. Həqarət təhqirdən bütün içinə kədər dolmuşdu. Eh, nahaq yerə o, "canilər yuvası" Nyu-Yorkda böyüməmişdi! Ha vaxtsa Hollivudun mürgüləyən cəngəlliklərindən sağ-salamat çıxmasında ona yardımçı olan yoğrulmuş köhnə xəmiri Conini hava limanına getmək üçün zəng vurub taksi çağırmağa məcbur etdi. Onu bu vəziyyətdən bircə nəfər xilas edə bilərdi. Nyu-Yorka uçmaq lazım idi, həmin adamın yanına! O, yeganə adam idi ki, Coni ona etibar edə bilirdi. O, güclü müdrik adamdı, Coniyə onun sevgisi, nəvazişi lazımdı! Bu adam onun xaç atası Don Karleoni idi.

İtalyan yumşaq çörəkləri kimi girdə, alyanaq, üst-başı una bulaşmış çörəkbişirən Nazorin acıqla arvadına, ərə getmək yaşı çatmış qızı Katrinə öz çörəkçi sexinin köməkçisi Enzoya baxırdı. Enzo artıq əynini dəyişib hərbi əsir paltarı geyinmişdi. Geydiyi formanın qolundakı sarğının üstündə yaşıl hərflərlə "hərbi əsir" sözləri yazılmışdı. Enzo qorxurdu ki, Qubernator Adasında axşam yoxlamasına çata bilməsin. Amerikalı sahibkarlara gündəlik işləmək üçün icazə verilən minlərlə italyan hərbi əsirləri kimi ona da icazə vermişdilər, daim qorxu içindəydi ki, bu imtiyazdan onu məhrum edə bilərdilər. Buna görə indi oynanılan xırda məzhəkə onun üçün ciddi məsələydi.

- Mənim ailəmi rüsvay eləmək fikrindəsən? - Nazorin mırıltıyla soruşdu. - Sən mənim qızıma xırda bir hədiyyə vermisən ki, səni unutmasın, ? Müharibə qurtarıb. özün bilirsən ki, Amerika dalından bir təpik vurub səni Siciliyadakı bit-birə basmış kəndinə yollayacaq, elədir, ya yox?

Gödək ayaqlı, sağlam bədənli Enzo əlini ürəyinin başına qoydu, az qala ağlamsınaraq, ancaq özünü itirmədən dedi:

- Padrone, müqəddəs Məryəmə and olsun, mən heç vaxt sizin xeyirxahlığınızdan sui-istifadə etməmişəm. Mən sizin qızınızı qəlbən sevirəm, ona böyük ehtiramla yanaşıram. Bilirəm, mənim onu istəməyə haqqım çatmır, lakin əgər onlar məni geriyə, İtaliyaya göndərsələr, mən heç vaxt Amerikaya gələ bilməyəcəm heç vaxt Katrinlə evlənə bilməyəcəm.

Nazorinin arvadı Filomena lap nöqtəsinə vurdu, gombul ərinə dedi:

- Axmaq-axmaq danışma, özün bilirsən etmək lazımdı. Enzonu heç yana buraxma, saxla burda, göndər Lonq Ayləndə, qohumlarıgilə, qoy gizlətsinlər onu.

Katrin hönkürtü vurdu. Artıq ətə-cana gəlmiş, bir qədər şişman qız olmuşdu, hələ bir bığ yerlərində xırdaca tüklər əmələ gəlmişdi. O, Enzo kimi qəşəng deyildi, onun kimi ər bir hardan tapacaqdı? Xəlvəti yerlərdə onun bədəninə Enzodan başqa kim nəvaziş sevgiylə toxunacaqdı?

- Baxarsız, mən İtaliyaya gedəcəm! Orda yaşayacam! - deyə atasına çəmkirdi. - Enzonu burda saxlamasanız, özüm onunla qaçacam!

Nazorin qızını bic-bic süzdü. Canı yanmış, gör necə yetişib! O, müşahidə etmişdi: görürdü ki, qızı özünü Enzoya necə sıxır; oğlan səbətləri isti çörəklərlə dolduran zaman özünü oğlana yapışdırırdı. Yox, ölçü götürmək lazımdı" Nazorin öz-özünə düşündü, " qədər ki, bu fırıldaqçı oğlan ona toxunmayıb, onu qaynar baton çörəkləriylə yandırmayıb, bir şey fikirləşmək lazımdı. Enzonu Amerikada saxlamaq lazımdı, ona Amerika vətəndaşlığı almaq lazımdı. bu işin öhdəsindən yalnız bir adam gələ bilər: Xaç Atası Don Karleoni!".

Bu üç adamın hər biri eləcə digər qonaqlar 1945-ci ildə avqustun sonuncu sənbə gününə - Miss Konstansiya Karleoninin toyuna qızılı basmanaxışlı dəvətnamə almışdılar. Gəlinin atası, Don Vito Karleoni Lonq Aylənddə böyük bir malikanədə yaşasa da, köhnə dostlarını qonşularını heç vaxt unutmazdı. Elə bu malikanəyə qonaqlar gələcək, ziyafət veriləcək toy-büsat bütün günü davam edəcəkdi. Əlbəttə, yadda qalan anlar çox olacaq!

Yaponiya ilə müharibə bu yaxında qurtarmışdı; cəbəhəyə yollanan oğullar üçün qorxuya düşmək bəhanəsi qalmayacaqdı bu da toy-düyünün rahat keçirilməsinə imkan verəcəkdi; toy elə insanların öz sevinclərini paylaşmaq üçün ehtiyac duyduqları vasitədir.

Şənbə günü səhər Don Karleoninin dostları hörmət əlaməti olaraq onun ailə şənliyinə şərik olmaq üçün Nyu-Yorkdan axın-axın gəlməyə başladılar. Gələn qonaqların hər biri toy hədiyyəsi gətirmişdi: içi kağız əskinaslarla dolu süd rəngli qalın zərf. Çek gətirən yox idi. Zərfin içinə qoyulan vizit kartları hədiyyənin kim tərəfindən verildiyini bildirir Xaç Atasına hörmətin ölçüsünü nişan verirdi. Bu, həqiqi qazanılmış layiqli ehtiram idi.

Don Vito Karleoni elə bir insan idi ki, ona kömək üçün müraciət edən heç kim əliboş qayıtmırdı. O, boş vədlər vermirdi, miskin bəhanələr gətirən deyildi; heç vaxt deməzdi ki, bəs, dünyada ondan da güclü qüvvələr var, bunu edə bilməz, əl-qolu bağlıdır, filan-beşməkan. Bununla belə, onun sənə dost olması mütləq deyildi, hətta sənə kömək etdiyinə görə əvəz ödəmək vacib deyildi. Lakin bir şey tələb olunurdu: gərək sən özün-özünü onun dostu elan edəsən! o zaman Don Karleoni xahişə gələn adamın, yetim, fağır, ya da məzlum olmasından asılı olmayaraq, hər kəsin ağrılı problemini öz problemi hesab edirdi. Bu ağrılı problemi həll etməkdə isə artıq onun üçün heç bir maneə, heç bir əngəl yaradıla bilməzdi. Bəs onun mükafatı olurdu? Dostluq! Hörmət əlaməti olaraq ona verilən fəxri "Don" titulu, bəzən isə daha yaxın doğma adamlar üçün "Xaç Atası" kimi çağırılması. Əlbəttə, hörmət əlaməti kimi hansısa xudmani hədiyyə ola bilərdi: evdə çəkilmiş şərab şüşələri, yaxud onun Milad süfrəsini bəzəmək üçün xüsusi olaraq bişirilmiş istiotlu qoğallar - bunlar yeganə ehtiram əlamətləriydi, pulla kompensasiya edilən vasitələr deyildi ola da bilməzdi. Təbii ki, adi nəzakət xətrinə, başa düşülməli idi ki, sən ona borclusan, onun da sənin xırda xidmətindən yararlanmağa hər zaman haqqı çatır.

Qızının əlamətdar toy günündə Don Vito Karleoni Lonq Biçdəki malikanəsinin qapısı ağzında durub öz qonaqlarını qarşılayırdı; Don onların hər birini yaxşı tanıyırdı, hər birinə inanırdı. Bir çoxları həyatda Dona görə uğur qazanmışdı bu toy günündə bəziləri Donun üzünə "Xaç Atası" deməkdən çəkinmirdi. Burda yad adam yox idi, hətta qonaqlara qulluq edənlər ev adamlarıydı. Barda xidmət göstərən adam onun köhnə dostlarından biriydi, barmenin toy hədiyyəsi təkcə qonaqlara paylanan spirtli içkilər deyildi, həm öz peşəkar xidmətiydi. Ofisiantlar Don Karleoninin oğlanlarının dostlarıydı. Bağda qoyulan piknik stollarının üstündəki yeməkləri Donun arvadı rəfiqələri bişirmişdi, gəlinin rəfiqələri isə geniş bağın bər-bəzək işlərini görmüşdülər. 

Don Karleoni kimliyindən asılı olmayaraq - varlı ya kasıb, güclü ya zəif - hamını eyni sevgiylə qarşılayırdı, hamıya eyni diqqət göstərirdi, onun xarakteri beləydi. Qonaqlar da mehribancasına Donla salamlaşır, ona "smokinq sizə yaraşır!" deyir, şaqqanaq çəkib gülürdülər; belədə naşı müşahidəçi asanlıqla yəqin edə bilərdi ki, xoşbəxt bəy elə Don Karleoninin özüdür.

Qapı ağzında onunla birgə üç oğlundan ikisi durmuşdu; böyük oğlu Santinoya atasından başqa hamı "Soni", ahıl italyanlar isə "oğlum" deyə müraciət edirdilər; gənclər Santinoya heyranlıqla baxırdılar. Birinci nəsil italyan amerikalılar üçün Soni çox ucaboy idi, demək olar ki, altı fut olardı, onun pırtlaşıq qıvrım saçlarını da nəzərə alsaq, bir qədər hündür görünürdü. Sifəti Kupidin kobud maskasını xatırladırdı: cizgilər düz idi, qalın həssas dodaqları isə əyriydi, lap soğan kimi; çuxurlu sivri çənəsi qəribə olsa, dumanlı ədəbsizlik təsəvvürü yaradırdı. Öküz kimi güclü yekəpər olan Soniyə - bunu hamı bilirdi- təbiət səxavətlə kişiyə xas olan elə bəxşiş vermişdi ki, qədimdə allahsızlar atdan qorxduğu kimi əzabkeş arvadı da onunla yatağa girməyə çəkinirdi. Söz gəzirdi ki, Soni gənc çağlarında fahişəxanalara gedəndə, ən pozğun çoxbilmiş qadın belə onun yekə həcəmətini görüb istər-istəməz titrəməyə düşür, ondan ikiqat pul tələb edirmiş.

İndi bu toy ziyafətində bəzi cavan, incəbel, ağzıböyük, ərli italyan qadınları Soni Karleonini inamlı soyuq baxışlarla izləyirdi, amma çox nahaq yerə vaxt itirirdilər. Axı bu gün arvadı üç körpə uşağı toyda olsa da, Soni Karleoni başqa birisini - gəlin bacısının rəfiqəsi Lüsi Mançinini gözaltı eləmişdi. Əyninə çəhrayı ziyafət donu geyinmiş gənc Lüsi burdaydı, bağda oturmuşdu; qara işıldayan saçlarına təbii güllərdən tacşəkilli bəzək vurmuşdu, Soninin niyyətini gözəl anlayırdı. Hələ toya hazırlıq ərəfəsində qız dalını-qabağını fikirləşmədən bütün həftəni Soniyə əzilib-büzülmüş, oğlana qır vermişdi; bu gün isə səhər gələn kimi kilsədə Soninin əlini bərk-bərk sıxdı; ərə getməmiş qız bundan artıq edə bilərdi ki!

Atası Donla müqayisədə Soninin heç vaxt böyük adam olmayacağının qız üçün heç bir əhəmiyyəti yox idi. Lakin Soni güclü cəsarətli oğlan idi, səxavətliydi, qəlbi , deyilənə görə, cinsi orqanı kimi böyük idi. Doğrudur, atasından fərqli olaraq Soni təmkinli, ağır təbiətli deyildi; çılğın səbirsiz adam idi, ehtiyatsız qərarlar verirdi. Atasının biznes işlərinə böyük kömək göstərsə , çoxları Donun Sonini öz varisi edəcəyinə inanmırdı.

Ortancıl oğul Frederikoydu; onu gah Fredi, gah da Fredo çağırırdılar; sevimli övlad idi, beləsi üçün hər bir italiyalı dua edərdi. Fredo sədaqətliydi, hörmətcil, atasının sözünə baxan övlad idi; otuz yaşı olsa da, hələ valideynləri ilə bir evdə yaşayırdı. Enlikürək dolu bədənli olmasına baxmayaraq, qəşəng deyildi; Kupidə bənzər ailə cizgilərini saxlamışdı: başındakı qıvrım saçları girdə sifətinin üstündə papaq kimi görünürdü, həssas dodaqları da eynilə Sonidəki kimi əyilmişdi. Fredoya ən çox yaraşan söz "daş" idi; bu qaraqabaq xamuş atasının əsl dayağı idi, Donun bir sözünü heç vaxt iki eləməzdi, qadınlarla bağlı qalmaqallı vəziyyətlərə düşməmişdi. Lakin bütün bu müsbət keyfiyyətləri ilə yanaşı, onda cəzbedici heyvani güc yox idi, adamları özünə tabe etdirmək üçün liderə xas olan vacib hipnozçu bacarığından məhrum idi. Məhz buna görə Fredonu da Don Karleoninin gələcək varisi hesab etmirdilər.

Üçüncü oğul Maykl Karleoni, ata qardaşlarının yanında deyildi; o, bağın xəlvəti bir küncündə oturmuşdu. Lakin orda da ailəyə yaxın adamların maraq dolu baxışlarından gizlənə bilməmişdi.

Maykl Donun kiçik oğluydu; övladlar arasında yeganə adam idi ki, güclü atasının hökmlərindən imtina etmişdi. O biri qardaşlarından fərqli olaraq, Maykl üz cizgilərinə görə Kupidə oxşamırdı; qətranlı hamar səliqəli saçlarından dümdüz tellər ayrılmışdı, qıvrım deyildi. Onun tərtəmiz tünd zeytun rəngli dərisi incə qız dərisi kimi gözəl idi. Mayklın xüsusi yaraşığı vardı; vaxtilə Don kiçik oğlunun belə yaraşıqlı olmasını çox narahatçılıqla qəbul eləmişdi, düşünmüşdü: görəsən Maykl böyüyəndə kişi kimi olacaq? Lakin Maykl Karleoni on yeddi yaşa çatanda atasının bütün həyəcan narahatlığı yox oldu.

Toyda kiçik oğul bağın ən sonuncu stolu arxasında oturmuşdu; atasından ailəsindən soyuduğunu qəsdən nümayiş etdirirdi. Yanında əyləşən amerikalı qız barədə hamı eşitmişdi, ancaq bu gün ilk dəfəydi ki, onu görürdülər. Əlbəttə, Maykl gələn kimi hörmət əlaməti olaraq onu hər kəsə, o cümlədən doğma ailəsinə təqdim etdi; qız elə bir təəssürat oyatmadı. Sarışın çox arıq idi, sifəti qadın sifətinə bənzəmirdi, zəkiydi, özünü oğlan kimi çevik rahat aparırdı. Adı da yad, qulağa yatmırdı: Key Adams. Əgər Key desəydi ki, onun əcdadları hələ iki yüz il əvvəl Amerikada məskunlaşıblar Adams da ən çox işlənən familyadır, yəqin ki, hamı çiynini çəkərdi, yəni: "bunun bizim üçün əhəmiyyəti yoxdu".

Hamı duymuşdu ki, Don üçüncü oğluna diqqət yetirmir. Müharibədən əvvəl Maykl onun sevimlisiydi, şübhəsiz, idarəetmə vaxtı yetişəndə ailənin bütün işlərini məhz Maykla etibar etməyi düşünürdü. Onun gücü var, atası kimi ağıllı təmkinlidir, anadangəlmə qabiliyyət bacarıqları var - necə hərəkət etməyi, hansı üsulla davranmağı bilir, adamlar elə buna görə ona hörmət etməyə başlamışdılar. Lakin İkinci Dünya müharibəsi başlayanda Maykl könüllü olaraq dəniz donanması piyada qoşunlarına yazıldı. O, atasının sözünə baxmadı, cəbhəyə getdi.

Don Karleoni oğlunun ona yad olan dövlətə xidmət etməsini, bu ölkə uğrunda həlak olmasını istəmirdi, buna yol vermək niyyətində deyildi. Həkimləri rüşvətlə ələ aldılar, səssiz-küysüz hər şeyi yoluna qoydular, bütün lazım olan işləri altdan-altdan gördülər. Ehtiyat tədbirlərinə xeyli pul sərf olundu. Mayklın artıq iyirmi bir yaşı tamam olmuşdu; o öz həyatına özü cavabdeh idi, özüylə bağlı işlərə özü qərar verirdi. Beləliklə, Maykl orduya yazıldı, Sakit Okeanın o üzünə, müharibəyə yollandı. Cəbhədə vuruşdu, kapitan rütbəsinə qədər yüksəldi, hərbi medallar aldı. 1944-cü ildə "Life" ("Həyat") jurnalı öz səhifəsində onun şəklini qəhrəmanlığı barədə fotoreportaj dərc eləmişdi. Don Karleoninin bir dostu ona jurnalı göstərəndə (buna evdə heç kim cürət etmirdi) Don etinasız halda mızıldamışdı:

- Belə möcüzələri o özgələri üçün göstərir!

1945-ci ilin əvvəllərində Maykl Karleoni ağır yaralandı evə buraxıldı; Maykl hardan biləydi ki, bütün bu işləri düzüb-qoşan atası olmuşdu. O, üç həftə evdə qaldı, sonra heç kimlə məsləhətləşmədən Hanoverdə Nyu-Hampşir şəhərinin Dartmut kollecinə girdi ata evini tərk etdi. Budur, o, bacısının toyuna gəlib, eyni zamanda gələcək arvadını, sanki yuyulmuş əski parçasına bənzəyən amerikalı qızı da özüylə gətirib.

Maykl Karleoni toya gələn bəzi tanınmış qonaqların həyatında baş verən ayrı-ayrı məzəli əhvalatları Key Adamsa söyləyirdi. Keyin belə maraqla qulaq asması, bu əcaib adamların həyatının eqzotik epizodlarına diqqət kəsilməsi Mayklın özünə ləzzət verirdi. Maykl qızın yeniliyə, təzə həyat təcrübələrinə belə acgözlüklə maraq göstərməsinə həmişə heyranlıqla baxırdı. Taxtadan qayrılmış şərab çəninin başına toplaşmış bir qrup kişi qızın diqqətini cəlb etdi. Maykl Ameriqo Bonaseranı, çörəkbişirən Nazorini, Antoni Koppolanı Luka Brazini tanıdı. Key çevik fəhmiylə bildirdi ki, bu dörd kişi nəsə bikef görünür. Maykl gülüb dedi:

- Elədi, onların hamısı xahişə gəlib; mənim atamla təkbətək görüşü gözləyirlər, nəsə xahiş edəcəklər ondan.

Doğrudan da, bu adamlar Don Karleoninin hər hərəkətini anbaan izləyir, narahat baxışlarını kişidən ayırmırdılar.

Don hələ qapı ağzında durmuşdu, gələn qonaqları qarşılayıb salamlayırdı; daş döşənmiş meydançanın o biri tərəfində qara bir "Şevrolet" dayandı. Qabaq oturacaqlardan iki nəfər düşüb bloknotlarını çıxartdı, çəkinmədən meydançada duran o biri maşınların nömrələrini yazmağa başladı. Soni atasına çönüb dedi:

- Bu uşaqlar yəqin polisdən gəliblər.

Don Karleoni çiyinlərini təəccüblə çəkdi.

- Mən bu küçəyə cavabdeh deyiləm. Qoy istəyirlər eləsinlər.

Soninin ağır sifəti qəzəbdən qızardı.

- Heyvan uşaqları, day hörmət-izzət qalmayıb! - dedi cəld qara maşının durduğu yerə tələsdi. Soni qeyzlə başını içəri soxdu, sürücüylə göz-gözə qaldı; sürücü soyuqqanlı tərzdə cibindən bumajnikini çıxarıb açdı, yaşıl vəsiqəsini göstərdi. Soni bir kəlmə demədən geri çəkildi, elə hirslə tüpürdü ki, tüpürcəyi qara maşının arxa qapısına düşdü, sonra çönüb getdi. Soni elə bildi ki, indicə sürücü maşından düşüb onun arxasınca qaçacaq, ancaq belə olmadı. O, Dona yaxınlaşıb dedi:

- Federal Təhqiqat Bürosundan gəliblər. Həyasız köpəy uşaqları! Bütün maşınların nömrələrini yazırlar...

 

Mario PYUZO

Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 20-21.