İrəli
50 yaşa ithaf
Dağlar
endin,
düzlər-düzənlər dolaşdın,
dərədən keçdin,
təpədən aşdın.
Nəfəsin təngiyəndə
neçə çeşmələrdən
əyilib
su içdin.
Gəlib
çıxdın əlli
yaşın
yan-yörəsinə,
sıxıla-sıxıla,
yıxıla-yıxıla...
Gözünün ucu ilə
dörd
bir yanına
baxa-baxa,
boynu bükük,
tək-tənha dolaşırsan.
Anamın
yetim balası.
Hələ arxaya boylanıb,
Gözlərin çox dolacaq
Qəlbin,
ruhun öz odunda
alovlanıb yanacaq.
Çünki
əlli
yaşda yetimsən.
Eh! Bu nə yerişdi,
hərdən irəliləyirsən,
hərdən yolu çaşırsan.
İrəli get bir azdan
Səssiz,
səmirsiz
əlli
yaşı aşırsan.
Bir azdan,
arxaya boylanıb,
Yanlışlara baxıb,
özünü qınayarsan
Uduzduğun ömrün,
Ağır havasını udarsan.
Çiyinlərin əyilər
Ciyərlərin sıxılar,
Ürəyin çırpınar,
sıradan qalma geri
addımla irəli.
Böyüdür
Anam
Nəzakətin əziz
xatirəsinə
İndiyədək sən böyütdün,
İndən belə dərd
böyüdür.
Sən bir oğul böyütmüsən,
O bir igid, mərd
böyüdür.
Ağır gün-güzara dözüb,
Azara -bezara dözüb.
Sərt
şaxtaya, qara dözüb,
Döha
möhkəm, sərt
böyüdür.
Gündə yandı üzüm,
anam,
Eynək
taxır gözüm,
anam,
Dərd
içində sözüm,
anam,
Qəlbimdə möhnət böyüdür.
Gəzirəm
Ağzının içində
Ayağımı çəkə-çəkə gəzirəm.
Çox
təəssüf ki,
birtəhər dözürəm.
Qürurumu dik tutmaq üçün,
dözmək mənim əl ağacımdır.
Yola-yolağa,
daşa-divara vura-vura
yolun səmtini seçirəm.
Mən dözüm ilə
Ağrını dəf edib keçirəm.
Şükür, hələ gedirəm.
Özümdən aşana qədər,
Yaxud,
Özümə dolaşıb
yıxılanadək
mən
bu yolun yolçusuyam.
Dözürəm, gözümdən tutub,
gözümdə haqq əyilməsin.
Dözürəm dilimdən tutub,
ədalət söyülməsin deyə,
dilimi dişimin arasında sıxıb
dözürəm.
Deyim
Sənə asimi deyim,
Sənə mələkmi deyim?
Hər şeyi viran qoyan
Qanlı
fələkmi deyim.
Qəlbində yer taparam
məni
məndən aparan
Qəfil
tufan qoparan
Əsən küləkmi deyim.
Nə əvvəldi, nə axır
Arxamca həsərət baxır.
Sən suçulu, mən fağır,
Gəlim
gedəkmi deyim.
Mələk çıxıb
Tüfəng axtarırdı, yazıq
hərifin
Başının altından min kələk
çıxıb.
Şeytanın oyunu qatıb başını,
İblis bildikləri bir mələk çıxıb.
Ürəklə sevmədim, mən
ürək qoydum.
Qurağa
tuş gəldi, günəş qovurdu.
Külümlə oynadım, odumda
yandım.
İstisi,
hənirini külək
sovurdu.
Bəlkə göylərdən daş
düşməliydi,
Ağac
budağından bir yarpa düşür.
Bədənin üstündən baş
düşməliydi.
Başlar
əyildikcə ta papaq
düşür.
Bağışla
Unutmaq,
sən deyən qədər,
asan deyilmiş.
Özündən uzağa
daş atmaq kimi.
Ya da,
qəflətən yuxudan
adam oyatmaq kimi.
Səbrin
tükənməyi,
Dilin qısalmağı,
Qəlbin
sınmağı,
Ümidin
ölməyi,
Hələ, adamın,
qəflət yuxusundan oyanmağı
var.
Eşqın önündə
mərd-mərdanə daynmağı
var.
Bağışla, sənə
yad kimi baxmaq olmur.
Gecələr yerinə girib
heç
nəyi düşünmədən
rahat-rahat
yatmaq olmur.
Üz-üzə gələndə,
üzünü yana çevirsən
də,
arxanca boylanıb, baxmamaq olmur.
Beləcə özümlə,
vuruşa-vuruşa, dalaşa-dalaşa,
ömru
sürükləyib gətirdim
bu saata, bu günüə,
bu qarlı qışa...
Bağışla,
səni
unutmağa vaxtım olmadı.
Xankəndim,
xan
şəhərim!
Xankəndi şəhərinə bir ağı
Əvvəl örüş yeri
oldun,
Sonra, görüş yeri.
Xankəndim, xan şəhərim,
Xaniman şəhərim.
Xanların anuşları,
hayqanuşları
Başına çəkib,
bihuş
olub
Uduzulan şəhərim.
Göbək rəqsi çalındıqca,
Göbələk kimi bitdi anuşlar,
haykanuşlar bilinmədi qüssəm,
qəhərim
Ayaqda saxladıq,
əldən uduzlan şəhərim.
Əlimiz
anuşların belində
sən də əsir oldun,
anuşların əlində
qalan şəhərim, xan şəhərim.
Gümanlar içində güman
şəhərim ətrafi çis
- çəsək,
duman şəhərim.
Xankəndim, xan şəhərim.
Qala qurduq qalmadıq,
Doyunca kam almadıq.
Ey! Kef şəhərim,
kefqom şəhərim!
Dunyaya gəlişin xan oğlu xantək,
Bir vaxt Şuşa ilə dərd ortağıydın,
İndi əsirlikdə qalan şəhərim.
***
Adına
and içirəm,
Bir adın üçün,
varlığımdan keçirəm.
Adının ucalığını
qorumaq üçün.
Gedəcəm
Arxayın ol, məndən!.. Gedəcəm daha!
Bilirəm, nə ols un, yolum uzaqdı?!..
Buralarda
yenə ilışıb
qalsam,
Taleh üz döndərib uzadacaqdı...
Ya atlanım gedim, ya piyada mən,
Bircə
yola çıxıb,
getməyim gərək.
Yanında qaldıqca üzürəm
səni,
Uzaqlaşıb gözdən itməyim
gərək...
Sən də fikir çəkmə,
ömrünü sür
get.
Yığıb aparası bir şeyim yoxdu.
Nəyim
qalsa sənə halalın olsun,
Günahım üstündə haqqımdan
çoxdu.
Nə olsun, xəstəyəm əlacım yoxdu,
Ümidsiz ölməyə haqqım
çatmayır.
Onsuz da mənimtək xəstələr
çoxdu,
Mən öləsi olsam dünya batmayır!..
Nə vaxtsa səninlə görüşə bi lsək,
Üzə üz tutmağa
üzümüz ki, var.
Birgə
baxanmadıq dünyaya
neynək?!
Özümüzə baxmağa gözümüz ki, var...
Qalib
ŞƏFAHƏT
Ədəbiyyat
qəzeti.- 2023.- 17 iyun.- S.30.