Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə
silsilə tədbirlər
hazırlanıb
Bu gün
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
repressiya qurbanı, şair, tərcüməçi
Mikayıl Müşfiqin
anadan olmasının
115 illiyi tamam olur. Mikayıl Müşfiq şəxsiyyəti
və yaradıcılığı
gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik
hisslərinin tərbiyəsində
əvəzsiz xəzinədir.
AZƏRTAC xəbər verir ki, bununla
əlaqədar Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron baza, videomaterial, həmçinin
virtual kitab sərgisi hazırlanıb.
Kitabxana əməkdaşları
tərəfindən hazırlanan
elektron bazada görkəmli ədibin həyatı və yaradıcılığı haqqında
geniş məlumat verilib. Burada “Müşfiq və türk ədəbiyyatı”,
“Müşfiq və aşıq yaradıcılığı”,
“Müşfiqin tərcümələri”,
“Sözləri Mikayıl
Müşfiqindir” bölmələri
yer alıb, müxtəlif illərdə
çap edilən kitablarının biblioqrafik
təsviri öz əksini tapıb. Məlumat bazasında “Müşfiq xatirələrdə”,
“Fotoqalereya”, “Videoqalereya”
bölmələri ilə
yanaşı, “Müşfiq
haqqında deyilənlər”,
“Müşfiqə həsr
olunmuş şeirlər”
də təqdim edilib.
Mikayıl Müşfiqin
anadan olmasının
115 illiyi ilə əlaqədar hazırlanan
videomaterialda şairin
həyat və yaradıcılığı haqqında
məlumatlar təqdim
olunub. Materialda, həmçinin Müşfiqin
tərcümələri haqqında
məlumat verilib, sözlərinə yazılmış
mahnılar da təqdim edilib.
“Könüllərdə əbədi tarix quran şair – Mikayıl Müşfiq” haqqında hazırlanan virtual sərgidə ədibin həyat və yaradıcılığının əsas tarixləri, “Əbədiyyət nəğməsi”, “Seçilmiş əsərləri”, “Könlümü al, oxu!” kimi kitablarının və haqqında yazılan “Müşfiqli günlər”, “Mədəni irs və Müşfiq novatorluğu”, “Müşfiqin sənət aləmi” kimi kitabların, eləcə də “Sevgimizdə Müşfiq ruhu”, “Ah, bu uzun sevda yolu”, “Müşfiqli dünyanın təntənəsi”, “Ölüm adasında son nəfəs” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.
Ədəbiyyat qəzeti.- 2023.- 10 iyun. S. 3.